![Ziya Məmmədovun şirkəti LƏĞV OLUNUR Ziya Məmmədovun şirkəti LƏĞV OLUNUR](/uploads/posts/2017-11/thumbs/1509513598_0001.jpg)
Ədliyyə Nazirliyində 24.12.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Az-Nar” QSC-nin səhmdarlarının 25 oktyabr 2017-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin tələblərinə uyğun olaraq şirkətin ləğv edilməsi elan edilib.
“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, “Az-Nar” QSC-nin debitor və kreditorları bu barədə xəbərdar edilir və qanunla kreditorlarının tələblərinin bildirilməsi bu ela dərc edildiyi andan 70 gün müddətində müəyyən edilir.
Cəmiyyətin debitor və kreditorları “Az-Nar” QSC-yə müraciət edə bilərlər.
Kreditorlar tələblərini yazılı qaydada elan dərc edildiyi andan 70 gün müddətində göndərməlidirlər.