Aprel şəhidinin atasından icra başçısına ŞOK İTTİHAMLAR - "Bu adamın amalı ancaq kapital toplamaqdır"
Tarix: 2-04-2018, 08:31 | Çap et
![Aprel şəhidinin atasından icra başçısına ŞOK İTTİHAMLAR Aprel şəhidinin atasından icra başçısına ŞOK İTTİHAMLAR](/uploads/posts/2018-04/thumbs/1522643383_0001.jpg) DİA.AZ: - Zərdab rayonu Böyükdəkkə kənd sakini şəhid atası Abdullayev Rasim Tapdıq oğlu DİA.AZ-a şikayət məktubu ünvanlayıb. Narazı vətəndaş yazır:
"Mənim oğlum 14 fevral 1994-cü il tarixdə anadan olmuş Nurlan 05 aprel 2016-cı il tarixdə şəhid olub. Nurlan ailəmizin yeganə oğlu idi.O hərbi xidməti Naxçıvanda etmişdir. Gizir kimi hərbidə qalıb qulluq edirdi.Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu.Şəhid Nurlan hərbi xidmətdə nümunəvi xidmətinə fərqlənməyə görə dəfələrlə order və medallarla təltif olunmuşdu. Oğlum Nurlan məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq çünki onlar bizim tarixi düşmənlərimizdir.Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı.Biz icra başçısı Lütvəli Babayevin bu hərəkətlərini şəhid ruhuna təhqqir hesab edirik.Oğlum Nurlanın yas mərasimini yola vermək üçün Zərdab rayon hərbi komissarı bizim ailəyə 500 manat pul vermişdi.Həmin pulu icra başçısı məndən aldı ki, oğluna qəbir daşı düzəltdirirəm ora xərcləyəcəm.İcra başçısı Lütvəli Babayev şəhid Nurlanın qəbir daşını düzəltdirilməsi adı ilə rayonda bütün idarə müəssisələrdən pul yığdı və çox hissəsini isə özü mənimsədi. Bundan başqa icra başçsı mənim başıma qaxınc edir ki, sənə sizə nə köməklik edəcəm oğlunun meydini ekspertizada yarmağa mən qoymadım ki, bunun qiyməti 3000 manat edir".
![Aprel şəhidinin atasından icra başçısına ŞOK İTTİHAMLAR Aprel şəhidinin atasından icra başçısına ŞOK İTTİHAMLAR](/uploads/posts/2018-04/thumbs/1522643387_01.jpg)
Daha sonra diaaz.space-a daxil olan müraciətdə deyilir: "Mən özümdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm.Qarabağ müharibəsi veteranıyam,Xəstəliyə görə 2-ci qrup əliləm.
Qeyd edim ki, yoxsulluq həddində yaşayırıq.Evimiz çiy kərpicdəndir.Kasıb yoxsul komamızın təmirinə ehtiyac olsada köməlkilik edən yoxdur.Bizim ailənin yaşayışını gəlib görən olsa dəhşətə gələr Böyükdəkkə kənd orta məktəbinə oğlum şəhid Nurlanın adının verilməsini istəyirik.Çünki oğlum həmin məktəbdə oxuyub.İstəyirəm ki, şəhid oğlumun adı əbədiləşdirilsin.Zərdab rayon icra başçısı Lütvəli Babayev bu xahişimizidə rədd etdi.Lütvəli Babayev bizə düşmən gözü ilə baxır.O, hətta şəhid oğlumun məzarının çardağının üstünə asılmış Azərbaycan bayrağını oradan çıxartdırdı.Lütvəli Babayevi nə vətən, nə dövlət, nə də ki, şəhid maraqlandırmır.Bu adamın amalı ancaq kapital toplamaqdır. Bütün bu haqsızlığa, şəraitsizliyə baxmayaraq oğlumun şəhid olması ilə fəxr edirəm.Lütvəli Babayev zərdablıların xatirində talançı, anormal icra başçısı kimi qalsada, mənim oğlum şəhid Nurlan Azərbaycan xalqının xatirində əbədi yaşayacaq.Biz bununla fəxr edib qürur duyuruq".
![Aprel şəhidinin atasından icra başçısına ŞOK İTTİHAMLAR Aprel şəhidinin atasından icra başçısına ŞOK İTTİHAMLAR](/uploads/posts/2018-04/thumbs/1522643454_02.jpg)
diaaz.space-a yazan şəhid atası sözlərini belə bitirir: "Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm gəlib bizim ailə vəziyyətimizi ev şəraitimizi görüb bizə yaxından köməklik edəsiniz. Şəhidin adının əbədiləşdirilməsi üçün Böyükdəkkə kənd orta məktəbinə oğlum Nurlanın adını verəsiniz.
![Aprel şəhidinin atasından icra başçısına ŞOK İTTİHAMLAR Aprel şəhidinin atasından icra başçısına ŞOK İTTİHAMLAR](/uploads/posts/2018-04/thumbs/1522643522_03.jpg)
05 aprel 2018-ci il tarixdə Nurlanın şəhid olmasının ikinci ildönümünə bütün mətbuat nümayəndələrini dəvət edirəm.Xahiş edirəm gəlin şəhid Nurlanın valideyinlərinin yaşayışına baxın.Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm".
diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|