Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

Maliyyə nazirinin komandası təşvişə düşüb - İDDİA
Tarix: 6-04-2018, 09:02 | Çap et
Maliyyə nazirinin komandası təşvişə düşüb
Nazir Samir Şərifov və onun Maliyyə Nazirliyindəki sadiq komandasına daxil olan şəxslərin bu ilin mart ayının 14-də Azərbaycan Beynəlxalq Bankının (ABB) Müşahidə Şurasındakı vəzifələrini itirmələri barədə məlumat vermişdik.

Xatırladaq ki, maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramov hələ Cahangir Hacıyevin zamanından başlayaraq uzun illər ABB-də Müşahidə Şurasının sədri olub.

“Reytinq”in məlumatına görə, Azər Bayramovun rəhbərlik etdiyi 5 nəfərdən ibarət Müşahidə Şurasının tərkibində Samir Şərifovun daha iki kadrı da təmsil olunub. Bunlar Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanovla, Maliyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışan Mahir İsrəfilov idi. Lakin ABB-dəki son iclasda yenidən formalaşan Şurada Samir Şərifovun bu 3 kadrı “vuruldu”. Bütün bunlar isə onun rəhbərlik elədiyi Maliyyə Nazirliyində də müzakirələrə səbəb olub.

Məlumata görə, Azər Bayramovun ABB-dən uzaqlaşdırılması nazirlikdə yeni söz-söhbətlərə rəvac verib. Bəziləri iddia edir ki, prezident seçkilərindən sonra növbə Maliyyə Nazirliyinə çatacaq və bu qurumdakı korrupsiya şəbəkəsi hədəfə çevriləcək.

İddialara görə, Samir Şərifov nazirlikdaxili prosesləri birinci müavini vasitəsi ilə deyil, məhz müavini Azər Bayramovun əli ilə reallaşdırır: “Son bir neşə ildə Azər Bayramov nazirlikdə özünü nazir kimi aparırdı. Bu, onun qardaşı Ceyhun Bayramovun Təhsil Nazirliyində əvvəl aparat rəhbəri, daha sonra nazirin 1-ci müavini təyin edilməsi ilə daha qabarıq görünməyə başladı. Mikayıl Cabbarov vergilər naziri təyin edildikdən sonra isə çoxları düşünürdü ki, tezliklə Azər müəllimin qardaşı təhsil nazir təyin ediləcək. Lakin belə bir anda onun özünü ABB-dən uzaqlaşdırdılar. Üstəlik, qardaşının nazir təyinatı da reallaşmadı. Təbii ki, bütün bunlar Azər Bayramovun simasında bəzi maliyyəçi məmurlarda xəyal qırıqlığı yaradıb”.

Məlumatda bildirilir ki, A. Bayramovun zəifləməsindən ən çox narahat olanların başında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusibov durur: “O, məhz Azər Bayramovun köməyi ilə Gəncə Dövlət Universitetinin rektoruna qarşı əndazəyə sığmayan kampaniya aparıb, onu “yıxdı”. Bu barədə ölkə KİV-ləri ayrı-ayrı vaxtlarda məlumatlar yayıblar. Dərhal da həmin universitetdə prorektor işləyən qardaşı Yusif Yusibovun rektor təyinatı həyata keçirildi. Sözsüz ki, bütün bunlar Azər Bayramov-Ceyhun Bayramov qardaşlarının Mikayıl Cabbarova minnətçi düşmələrinin hesabına baş verdi. İndisə Mikayıl Cabbarov digər nazirliyə göndərilib, postuna isə Ceyhun Bayramovun gətiriləcəyini, bununla da iddia sərhədlərinin daha da genişlənəcəyini düşünən Cavanşir Yusibov son vaxtlar baş verənlərdən narahat olub. Çünki Samir Şərifovdan daha çox, Azər Bayramovu özünə lider sayan Cavanşir Yusibov bilir ki, liderinin çöküşü ona da, hətta qaydalara zidd oyunla rektor təyin edilmiş qardaşına da problem yarada bilər”.

Maliyyə Nazirliyinin əməkdaşlarından biri “Reytinq”ə deyib ki, A. Bayramovun nazirlikdəki fəaliyyəti onun şəxsi mənafeyinə xidmət edir: “Azər Bayramov vəzifə səlahiyyətlərindən istifadə edərək, ancaq şəxsən tanıdığı, dostları, qohumları və həmyerlilərini bir çox şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirib. Rayonların büdcəsində nəzərdə tutulan xərclər yalnız onun şəxsi tanışları, dostları və qohumları tərəfindən, onların təsis etdiyi firma və şirkətlər vasitəsi ilə aparılır. Bu isə nazirlikdə korrupsiyanın sistem halında çalışması deməkdir. Halbuki, dünyanın heç bir yerində elə bir sistem yoxdur ki, bir şəxs həm dövlət büdcəsinin xərclərini, həm də aparılmış xərclərin təftişini həyata keçirsin. Ancaq Azər Bayramov çox ustalıqla Samir Şərifovun etimadını qazanaraq, həm ölkəmizin büdcə xərcləri "təsnifatı"nı aparır, həm də büdcə xərclərinin təftişini həyata keçirir. Beləliklə, Azər Bayramov dövlət büdcəsində qanunsuz aparılan xərclərin və küllü miqdarda mənimsəmələri ört-basdır etmək imkanı qazanır”.

Məlumatlı şəxsin sözlərinə görə, dövlət büdcəsinin xərclər bölgüsünün strukturuna nəzər yetirdikdə aydın görmək olur ki, A. Bayramovun səyi və şəxsi təşəbbüsü ilə mal alışı və xidmətlərin göstərilməsi ilə bağlı xərclər bütün şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsindən ya tamam, ya da qismən çıxarılır. Bu isə mərkəzi icra hakimiyyəti orqanlarının büdcəsinə əlavə olunur: “Bu xərclər əsasən Maliyyə Nazirliyinin 1 saylı Xəzinədarlıq İdarəsi tərəfindən həyata keçirilir. 1 saylı Xəzinədarlıq İdarəsinin müdiri də kənar adam deyil, o, Azər Bayramovun həmyerlisi və qohumu Nadir Qarayevdir. Sonrakı mərhələdə isə Cavanşir Yusibov ortaya girir və o, təftiş adı ilə nazir, komitə sədri, agentlik direktoru və icra başçılarından tutmuş, hətta məktəb direktorlarına qədər bir çox məmurlarla haqq-hesab çəkir. Nəsə, bunlar başqa mövzunun materialıdır. Ancaq əmin olun ki, hazırda Maliyyə Nazirliyindəki proseslər, o cümlədən Dövlət Xəzinədarlığı ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinə də nəzarəti həyata keçirən Bayramov burada da “ipi” əlində cəmləyib. Halbuki, Dövlət Xəzinədarlığı ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti üst-üstə düşə bilməz və bir-birinin əksi olan iki quruma bir şəxsin nəzarət etməsi dövlətin gələcəyi və korrupsiyaya qarşı müabrizə aspketindən düzgün deyil. Bu işin belə qurulması dövlətin maliyyə vəsaitlərinin asanlıqla talan olunmasına şərait yaradır. Ancaq görünən odur ki, Azər Bayramov – Cavanşir Yusibov - Nadir Qarayev tandeminin bütün qanunsuz əməllərinə, həmçinin, hətta nazir, komitə sədri və icra başçılarının büdcəsinə də müdaxilə etmələrinə nazir Samir Şərifovun göz yumması səbəbsiz deyil. Lakin onun da mövqeyinin son aylar zəifləməsi, Azər Bayramovun ABB-də üzləşdikləri, qardaşının isə nazir təyinatının gerçəkləşməməsi nazirlikdəki qruplaşmada ciddi narahatlıq yaradıb”.
P.S. Yazıda adları çəkilənlərin mövqeyini öyrənmək mümkün olmayıb. Onları da dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru