Ön cəbhədə döyüşən zabitə qarşı arxa cəbhədə dələduzluq - GİLEY
Tarix: 11-04-2018, 09:02 | Çap et
Azərbaycan Ordusunun düşmənlə üz-üzə xidmət edən, bu ölkənin suverenliyi uğrunda canını ortaya qoyan zabitimiz Lombard fırıldaqçılığına məruz qalıb.
Miq.az-a daxil olan şikayət bir çox mətləbləri, o cümlədən, kredit fırıldaqçılarının bu dövlətin heç bir dəyərinə sayğı göstərmədiyini ortaya çıxardır.
Ön cəbhədə döyüşən zabitə qarşı arxa cəbhədə dələduzluq
Kərimov Rüstəm Elşad oğlu Azərbaycan Ordusunun zabitidir. Düşmənlə üz-üzə olan N saylı hərbi hissədə xidmət edir. O, bütün həyatını Azərbaycanın suverenliyini qorumaq, qarlı günlərdə belə Vətənin uğrunda mübarizə aparmağa həsr etmək yolunu seçib. Amma bu istəkdə bulunan və ön cəbhədə xidmətə başlayan Rüstəm Kərimova zərbəni arxa cəbhədə-Nəsimi rayonu, Mir Cəlal Əliyev küçəsi, 18 A ünvanında yerləşən Lombardda vurublar.
R. Kərimov deyir ki, aldığı məvacibdən pul toplayaraq avtomobil almaq qərarına gəlir. Avtomobil sahibi ilə 14500 manata razılaşır. Lakin 10500 manat ödəmək iqtidarında olduğu üçün Lombarddan kredit götürmək qərarına gəlir. Nəsimi rayonu, Mir Cəlal Əliyev küçəsi, 18 A ünvanında yerləşən Lombardla razılaşır. Razılığa görə, o, 4300 manat kredit qarşılığında aldığı avtomobili Lombardın əməkdaşı Pərvanə Muxtarovanın adına keçirir. P. Muxtarova ona avtomobili sürmək üçün etibarnamə verir. Hər ay Lombarda 361 manat ödəməli, krediti tam ödədikdən sonra isə avtomobili onun adına keçirməli imişlər.
3 aya 4700 manat faiz, yaxud Lombardın görünməmiş fırıldağı
R. Kərimov avtomobili aldıqdan təxminən 15 gün sonra qəza keçirir. Sığorta şirkəti avtomobilin təmiri üçün təyin olunan 1240 manatı ödəməyə razılaşır, lakin prosedura görə bu pul P. Muxtarovanın hesabına köçürülməlidir. Çünki avtomobil onun adınadır.
R. Kərimov deyir: "Mən bununla bağlı Lombarda müraciət etdim. Lombardda mənə kredit verən Xəyal adlı şəxs razılaşmadı. Daha sonra sığorta şirkəti pulu Pərvanə Muxtarovanın hesabına köçürüb, avtomobil "Qrand Servis”də təmir olunduqdan sonra Lombarda aparılıb. Mənim bu prosesdən heç bir xəbərim olmadı. Bu proseslər təxminən bir neçə ay apardı. Həmin müddətdə aylıq 361 manatı ödəmədim, nəticədə 3 aylıq gecikmə yarandı. Mən aylıq ödənişi gecikmə ilə birlikdə ödəmək üçün Lombarda getdim, lakin Xəyal adlı şəxs mənə bildirdi ki, onlar bunu qəbul etmirlər. Mən götürdüyüm 4300 manatı faizi ilə birlikdə ödəməliyəm. Yalnız bundan sonra avtomobili mənə verəcəklər. Bir neçə gün sonra xəbərdarlıq etdilər ki, avtomobili satacaqlar. Bu yaxınlarda isə bildirdilər ki, avtomobili artıq satıblar. Mənə dedilər ki, avtomobili 12000 manata satıblar. Guya mənim borcum faizi ilə birlikdə, həmçinin, maşının cəriməsi ilə birlikdə 9000 manatdan çox eləyir. Halbuki, maşının cəriməsi maksimum 150 manat ola bilər. 12000 manatdan 9000 manatı özlərinə götürürlər, mənə də cəmi 3000 manat verirlər. Beləcə hər şey qurtarır. Halbuki mən avtomobilə 10500 manat nəğd pul ödəmişəm. Avtomobili alan şəxsin dilindən kağız yazılıb ki, mən ona 10500 manat nəğd pul ödəmişəm, həmçinin, Lombarddan 4300 manat alıb vermişəm. Amma Lombard 3 ay gecikməyə görə 4700 faiz alır. Bu dələduzluqdur”.
R. Kərimov deyir ki, ona avtomobilin 12000 manata satılması ilə bağlı heç bir sübut göstərilməyib. Həmçinin, bu alqı-satqıdan onun ümumiyyətlə xəbəri olmayıb.
Burada açıq qalan məqamlar var:
1. 3 aylıq gecikməyə görə necə 4700 manat faiz gəlir? 2. 14500 manata alınan avtomobil bazar qiymətinə yox, 12000 manata satılır. 3. Lombard avtomobili 12000 manata satıbsa, bununla bağlı hər-hansı qəbzi, yaxud alqı-satqı müqaviləsini niyə avtomobilin əsil sahibinə göstərmir? 4. Lombard doğrudanmı avtomobili satıb? Sübut olmadan kim zəmanət verə bilər ki, Lombard avtomobili satdığını iddia edir və faizi şişirdərək, R. Kərimova 3000 manat verməklə qazanc əldə etmək istəyir. Adi hesablamaya görə, Lombard buradan 7 min qazanc əldə edib. Belə ki, real qiyməti 14500 manat olan avtomobilə 7300 manata (4300 manat kredit kimi, 3000 manat da satışdan qalan pul kimi) əldə edir.
Hadisənin analizi da göstərir ki, bu, Azərbaycan qanunvericiliyinə zidd olmaqla yanaşı, Azərbaycan Ordusunun düşmənlə üz-üzə xidmət edən zabitinə qarşı böyük dələduzluqdur.
R. Kərimov məsələ ilə bağlı Binəqədi rayon polis bölməsinə şikayət etdiyini bildirib. O, həmçinin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edəcəyini qeyd edib. O, ümid edir ki, dövlət rəhbərliyi bu məsələni diqqətdə saxlayacaq.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|