"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                 

Elmar Vəliyevin adamı sahibkarın 1,5 milyonunu mənimsəyib - yeni faktlar
Tarix: 6-09-2018, 09:03 | Çap et
Elmar Vəliyevin adamı sahibkarın 1,5 milyonunu mənimsəyib
Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin bu günlərdə işdən çıxarılan rəisi, sabiq başçı Elmar Vəliyevin “sağ əli”, “torpaq alverçisi” kimi tanınan Məharət Mustafayevin qanunsuz əməlləri barədə “Yeni Müsavat”ın ötən saylarında yazılmışdı. Həmin məqalələrdə onun Gəncədə vətəndaşlara saxta sənədlə torpaq verməsi, müxtəlif adamlardan pul alıb, sonra aldatması ilə bağlı çoxsaylı faktların olduğunu bildirmişdik.

Məharət Mustafayev haqda redaksiyamıza növbəti ilginc məlumatlar daxil olub. Xəbəri verən mənbə deyir ki, M.Mustafayevin Elmar Vəliyevə arxalanaraq törətdiyi qanunsuzluqların sayı-hesabı yoxdur. Mənbə iddia edir ki, M.Mustafayevin adı uzun illər törədilmiş qətl işində də keçir. Amma bu haqda dəqiqləşdirmələr apara bilmədiymizdən həmin məsələnin detallarını dərc etmirik.

Qaynaq qeyd edir ki, Məharət Mustafayev Gəncənin Nizami rayonunun icra başçısı olarkən, habelə o vəzifədən azad edilib Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işlədiyi müddətdə bir neçə təmir-tikinti şirkətinin sahibinin başına müsibətlər gətirib: “Məharət Mustafayev kriminal davranışlı adamdır. O, hətta bir neçə il öncə Elmar Vəliyevə xoş gəlsin deyə, Gəncədə abadlıq işləri aparan, lakin müəyyən səbəbdən 1-2 gün işi gec yekunlaşdıran şirkətin rəhbər şəxslərini başının dəstəsi ilə şəhərin ortasında döymüşdü. Bir neçə şirkətə isə Gəncədə abadlıq işləri gördürərək, pullarını verməyib”.

Mənbə daha sonra bildirir ki, Məharət Mustafayevin problemlər yaratdığı şirkət rəhbərlərindən biri də Nizami Həsənovdur. Sitat: “Nizami Həsənovun ”Kolani MMC" adlı şirkəti var. O, çox yaxşı, bacarıqlı mühəndisdir və gördüyü işlər hamının xoşuna gəlib. Onun şirkəti Gəncənin abadlaşdırılması işinə cəlb edilmişdi. Nizami Həsənov 2011-2013-cü illər ərzində Gəncədə Dram Teatrını, Filarmoniya binasını tam, əsaslı təmir edib. Həmçinin şəhərin bir sıra ərazilərinin abadlaşdırılması işini görüb, Heydər Parkının təmirini edib. Həmin vaxt Məharət Mustafayev Nizami Rayon İcra Hakimiyyətinin başçısı idi və “Kolani MMC”nin sifarişçisi də onun rəhbərlik etdiyi icra hakimiyyəti idi. Faktiki olaraq, dövlət sifarişi ilə görülən işlər üzrə tərtib olunan “Forma-2" adlı sənəd məhz Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı Məharət Mustafayevin imzası və möhürü ilə təsdiqlənib. Həmin vaxt Nizami Həsənov işləri görüb, başa çatdırandan sonra ona yaranmış 1 milyon 538 min manat borcu ödəmək istəmədilər. Baxmayaraq ki, Məharət Mustafayev imza ataraq, möhür vuraraq ”Forma-2"də yazıb ki, “Kolani MMC”yə 1 milyon 538 min manat borcu var, onu qısa müddətdə ödəyəcək. İş adamına, sadəcə, söz verdilər, 1 manat da olsun pul vermədilər".

Mənbə bildirir ki, bundan sonra Nizami Həsənov tam müflis olub, şirkəti iflic vəziyyətə düşüb. Abadlıq işləri üçün işlədilən tikinti materiallarını müxtəlif firmalardan nisyə götürdüyü üçün həmin firmalara küllü miqdarda borcu yaranıb. Mənbə həmçinin iddia edir ki, Nizami Həsənovu nisyə tikinti materialları aldığı adamlar sıxışdırırdı. İş adamı təzyiqlərə dözməyərək intihara cəhd etmişdi. Son anda onu xilas etmək mümkün olmuşdu. Sitat: “Bundan sonra Elmar Vəliyev səs-küy yaranacağından ehtiyatlanaraq, onu yanına çağırıb borcun əvəzində Gəncə ətrafında 150 hektar torpaq təklif etmişdi. Ora isə tam yararsız bir ərazi idi, nə satmağa yarayırdı, nə də əkin-biçinə. Nizami Həsənov oranı borc əvəzinə götürməyib ki, ona şirkətlərə ödəməyə nağd pul lazımdır. Bundan sonra Məharət Mustafayev demişdi ki, ”indi heç torpağı da vermirik, get nə bilirsən elə". Faktiki olaraq Məharət Mustafayev dövlətin təmir-tikinti üçün ayırdığı, “Kolani MMC”yə verilməli olan 1 milyon 538 min manatı mənimsəyib. Nizami Həsənov da bu gün çox ağır bir durumdadır, 5 ildir onun başına müsibətlər gətiriblər".

Mənbə bildirib ki, Məharət Mustafayevin əməlləri bununla bitmir: “Onun borclu olduğu, daha doğrusu, dövlət layihəsi üzrə iş gördürüb xeyli pulunu mənimsədiyi digər şirkətlər də var. Həmçinin Məharət Mustafayev işdən çıxarılandan sonra Gəncədə yüzlərlə vətəndaş müxtəlif aidiyyəti qurumlara şikayət edərək bildirib ki, Məharət Mustafayev onlara torpaq satıb, ancaq sənəd verməyib, yaxud pullarını alıb, torpaq sahəsi verməyib”.

Qaynaq qeyd edir ki, yeni icra başçısı Niyazi Bayramovun göstərişi ilə Məharət Mustafayevin əməllərinin araşdırılması üçün yaradılan komissiya işini davam etdirir: “Heç şübhəsiz ki, Məharət Mustafayev yol verdiyi ağlasığmaz qanunsuzluqlara, ağır cinayət xarakterli əməllərə görə cavab verəcək”.

Redaksiya yazıda adları keçən şəxslərin mövqeyini dinləməyə, qəzetdə çap etməyə hazırdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Bu gün, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Bu gün, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Bu gün, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru