"Rəvan Sığorta" Qarabağ əlilini hədəfə alıb... - QALMAQAL
Tarix: 18-09-2018, 09:19 | Çap et
!["Rəvan Sığorta" Qarabağ əlilini hədəfə alıb... "Rəvan Sığorta" Qarabağ əlilini hədəfə alıb...](/uploads/posts/2018-09/thumbs/1537247862_0001.jpg) DİA.AZ: - Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Əvəz oğlu Abbaszadənin pensiyasının yarısınını da “özümüzünkülər” aparır. Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir.
Məlumatda daha sonra qeyd olunur: "“Maşın şou “nu maliyyələşdirən “Nurgün Motorsun “ törəmə şirkəti “RƏVAN SIĞORTA”nın həmin “Nurgün”də 10 min manatlıq saxta defekt aktı tərtib etməklə Qarabağ əlilini əlavə xəstəliyə -şəkərə yoluxdurmasına hüquqi qiymət verilmədiyindən əlil Nərimanov məhkəməsində iddia qaldırıb. Vergilər Nazirliyinin yoxlaması Qarabağ əlilinin şikayəti əsasında “ana-bala” şirkətlərə maliyyə sanksiyası tətbiq etməsi bu şirkətləri necə qəzəbləndiribsə, başqa məhkəmədə eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda, gizlincə Sabunçu məhkəməsində əlilə qarşı eyni predmet üzrə iddianı icraata götürdüblər.
Qarabağ əlili də qarşılıqlı iddia qaldırıb “əlil maşı”nının dünyasını dəyişmiş yiyəsindən-şəhiddən saxta ödəniş tələb edilməsinə hüquqi qiymət verilməsini tələb edib. Sabunçu məhkəməsinin (hakim İmran Burcayev) “RƏVAN”ın sifarişilə qarşılıqlı iddianı görməzliyə vurub və şəhidə qarşı qaldırılan iddianın cavabdehin ölməsi nədəni ilə maşına və olaya aidliyi olmayan Xaliq Abbaszadənin ünvanı üzrə Suraxanı məhkəməsinə “aidiyyatı “ üzrə göndərilməsi barədə qərardad qəbul edib. Qarşılıqlı iddiaçı bu qərardaddan şikayət verib və Bakı Apellyasiya Məhkəməsi 18.08.2016 tarixli qərardadla əlilin şikayətini təmin etməyib.
Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadından Ali Məhkəməyə kassasiya şikayəti verilib .9 aydan sonra -16.05.2017 tarixli qərardadla Ali Məhkəmənin İlqar Dəmirov, Əli Rüstəmov, Tatyana Qoldmandan ibarət üçlüyü apellyasiya instansiyasının qərardadını qüvvədə saxlayıb. Yəni ali instansiya aidiyyatı 2017 -ci ildə müəyyən edibsə, bundan bir il qabaq 28.11.2016 tarixində işə mahiyyəti üzrə baxılmasının mümkün olmazlığının sübuta ehtiyacı yoxdur . Qarabağ əlili ilyarımdır Ali Məhkəmənin qərarının icrasını gözlədiyi halda, gözləmədiyi özbaşınalıqla üzləşib. Səhiyyə Nazirliyinin rəyi ilə xaricdə müalicəyə getməyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF ) vəsait ayırmadığından reabilitasiya vasitəsi olan avtomobilini satmağı qərara alan əlilə maşının həbsdə olduğu bildirilib. Heç demə Ədliyyə Nazirliyinin Suraxanı icra məmuru Vüsal Əliyev yol polisinə Qarabağ əlilinin maşınına həbs qoyması haqqında məktub veribmiş. Həbs barədə məhkəmə qərarını tələb edən əlil bu dəfə pensiyasından 50 faiz tutulmasının şahidi olub. Heç bir xəbərdarlıq, sənəd ,məhkəmə qərarı olmadan DSMF avqust ayında əlilin pensiyasından 175 manat kəsib".
Daha sonra diaaz.space-a göndərilən məqalədə bildirilir: "Ali dövlət hakimiyyəti, hüquq-mühafizə orqanlarına müraciət edən Qarabağ əlili 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində də pensiyasından məhkəmə qərarı olmadan 50 faiz tutan DSMF -in Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia qaldırıb . Konstitusiyanın 29 -cu maddəsinə görə, mülkiyyət toxunulmazdır və məhkəmə qərarı olmadan əmlakın, özəlliklə əlilliyə görə pensiyanın müsadirə edilməsinə yol verilmir. “Əmək pensiyaları haqqında “ qanun əsasında “işini görən” DSMF -in sözügedən idarəsinin isə nə bu qanundan, nə də Konstitusiyanın özündən xəbəri yoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit şöbəsinin müdiri Heybət İmanov əlilin şikayətini 2 günə araşdırdığını və icra məmurunun məktubu (??) ilə Qarabağ əlilinin pensiyasından avqust ayından 50 faiz “RƏVAN”a ödənildiyini bildirib. Məktub əsasında əlilin pensiyasının yarıqat edilməsi yəqin yeni qaydadır. “Əmək pensiyaları haqqında” qanunda pensiyadan tutulmanın yalnız məhkəmə qərarı əsasında mümkünlüyü təsbit olunub, ƏƏSMN yetkililəri məktub əsasında Qarabağ əlilinin pensiyasını kəsmələrini əsaslandırırlar".
diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|