Astara Pedoqoji Kollecində “yağmalama sessiyası” - İDDİA
Tarix: 10-01-2019, 09:37 | Çap et
![Astara Pedoqoji Kollecində “yağmalama sessiyası” Astara Pedoqoji Kollecində “yağmalama sessiyası”](/uploads/posts/2019-01/thumbs/1547098678_0001.jpg) Pedaqoji kadrların hazırlanması hər zaman təhsilin ən prioritet sahəsi olaraq qalır. Çünki, millətin gələcəyi, elmi potensialı məhz müəllim əməyinin nəticəsində əldə olunur. Ulu öndər “mən dünyada müəllim adından şərəfli ad tanımıram” deyəndə məhz bunları nəzərdə tuturdu. Gələcəyin müəllimlərini hazırlayan Astara Pedaoji Kollecində isə gələcəyimizə göz görə-görə zərbə vurulur desək yanılmarıaq. Rubrika.az saytına burada hökm sürən ab-hava haqqında elə məlumatlar daxil olub ki, oxuduqca adamın damarlarında qanı donur. Xatırladaq ki, APK ölkəmizdə öz “ənənələri” ilə tanınan təhsil ocaqlarındandır. 2015-ci ildə Kollecin keçmiş direktoru rüşvət alarkən həbs olunmuşdu. O zaman çoxları düşünürdü ki, bu biabırçı fakt başqaları üçün-ən azından Astara Pedaqoji Kollecinin kollektivi üçün görk olacaq. Ancaq deyir sən saydığını say, gör təzə direktor nə sayır. Mikayıl Cabbarov Təhsil naziri işləyərkən kollecə öz müşaviri Ağababa İbrahimovu direktor təyin edəndə yəqin ümid edib ki, burada vəziyyət kökündən dəyişiləcək, rüşvətə son qoyulacaq, təhsilin keyfiyyəti yüksələcək. Nə yazıq ki, kollecdə təhsilin səviyyəsi yüksəlməsə də rüşvətin məbləği ildən-ilə yüksəlib. Kollecdə bu məbləğ az qala Mərkəzi Bankın günlük valyuta məzənnələri ilə nizamlanır. Necə də olsa BAZAR iqtisadiyyatı dövründə yaşayırıq. Rubrika.az saytına verilən məlumatlara görə, hazırda Kollecdə 800-ə yaxın tələbə təhsil alır. Qış imtahan sessiyasının başlanması ilə əlaqədar tələbələr əməlli-başlı hazırlaşıblar. Elə düşünməyin ki, binəva tələbələr gecə-gündüz kitab oxuyub qeydlər aparırlar. Əsla-belə imtahana hazırlaşmağı kollecdə kimə desəniz gülməkdən uğunub gedər. Burada imtahanı tələbələr başları ilə yox, cibləri ilə verirlər. Ümumiyyətlə kollecdə pulsuz yalnız nəfəs almaq mümkündür. Tələbələr Rubrika.az saytına bildirirlər ki, Ağababa müəllim belə davam eləsə yaxında yəqin ki, bizlərdən hava pulu da alınacaq. Kollecdə hər işin öz qiyməti var. Dərsə gəlməməyin, həftəliyin, aylığın, imtahanların... İmtahan demişkən indi sessiyanın ən qızğın vaxtlarıdır. Aldığımız məlumata görə şıdırğı imtahan yağmalanması həyata keçirilir. Bəli-bəli məhz yağmalanması. Tələbələrdən 250-300 manatdan pul toplanılır. Ağababa müəllimin kollecdə tətbiq etdiyi yeni imtahan tarifləri məhz bu qiymətlərdən başlanır. Kimsəyə güzəşt belə olunmur. Rubrika.az saytına verilən məlumata görə imtahanlardan keçmək üçün tələbələrdən biri hətta son ümid kimi anasının nişan üzüyünü belə satmağa məcbur qalıb. Ağababa İbrahimovun rəhbərlik etdiyi kollecdə baş verən başqa dəhşətli faktlar da bizə məlumdur-deyib çox da qanınızı qaraltmaq istəmirik. İnanırıq ki, bir gün qızıl üzük lazımi yerlərdə dil açıb çox mətləblərdən məlumat verəcək. Hər halda Kollecin artıq belə bir təcrübəsi var!
PS. Yazı hazırlanarkən Kollecin direktoru Ağababa İbrahimovla əlaqə saxlamağa cəhd etdik. Direktorla əlaqə saxlamaq mümkün olmadı, telefonlarımıza cavab vermədi. Şöbə müdiri vəzifəsində işləyən Yusif müəllimlə telefon əlaqəsi yaratdıq, münasibət bildirməyini istədik. O, bu barədə direktora məlumat verəcəyini bildirdi. Daşdan səs çıxdı, direktordan səs çıxmadı.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|