Nəqliyyat Agentliyinin “Avropasayağı islahatı”... - Vüsal Kərimli deyir ki...
Tarix: 11-02-2019, 09:35 | Çap et
Paytaxt Bakıda əhalini narazı salan problemlərdən biri də ictimai nəqliyyatla bağlıdır.
Bu sahədə problem, xüsusilə də səhər və axşam saatlarında yaşanır. Günün pik saatlarında ictimai nəqliyyatdan istifadə edənlər dayanacaqlarda uzun müddət gözləməli olurlar. Dayanacaqda sərnişin sıxlığı yaranır, avtobus çatışmazlığı və ya interval problemi xidmətin aşağı səviyyədə olduğunu göstərir. Məsələn, saat 18:00-20:00 aralığında “28 May” metrostansiyasının qarşısında yerləşən dayanacaqlarda çox sayda sərnişin 21, 46 nömrəli marşrut avtobuslarını gözləyir.
Bu marşrut üzrə hərəkət edən avtobuslar gec gəldiyindən gözləyən sərnişinlər rahat şəkildə ünvanlarına gedə bilmirlər. Bu cür problemlər digər ərazilərdə də yaşanır. Məsələnin tənzimlənməsinə məsul olan qurum- Bakı Nəqliyyat Agentliyi (BNA) isə yalnız şikayətləri təkzib etməklə məşğul olur. Nəticədə, vəziyyət düzəlmək əvəzinə, getdikcə pisləşir, problemlər üst-üstə yığılır.
"ASAN radio"nun “QəbuldASAN” verilişində qonaq olan Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib ki, qurum parklanma ilə bağlı Avropa təcrübəsini nəzərdən keçirir: “Bakıda parklanma ilə əlaqədar problemlər var. Buna səbəb tikililər, yeni tikililər, pilot layihələrdir. Parklanma ilə bağlı geniş maarifləndirmə işləri aparılıb. Parklanmaya təsir edən və ona aidiyyəti olan nişanlar əvvəllər də olub. Buna görə cərimələr də var idi”. V.Kərimlinin sözlərinə görə, Bakıda 18 min maşınlıq parkinq yerləri, eyni zamanda 25 özəl sektor tərəfindən inşa edilmiş qapalı və açıq məkanlar var.
Göründüyü kimi, BNA-nın sədri yenə Avropa təcrübəsindən danışır, cərimələri yada salır. Maraqlıdır, bəs BNA göstərdiyi xidməti nə zaman Avropa standartlarına uyğunlaşdıracaq?
Ötən ilin iyul ayında Tarif Şurası Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifini 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik etdi. Qiymətlərin bahalaşmasını aidiyyatı qurumlar xidmət keyfiyyətinin yüksəldilməsi ilə əlaqələndirdi. Aylar keçib, nəticə isə yaxşılığa doğru dəyişmir. Qiymətlər bahalaşmadan öncə də, sonra da göstərilən xidmətdə yaxşılığa doğru heç bir dəyişiklik baş vermir. Qiymətlərin bahalığına aidiyyəti qurumların bəhanəsi var: “Avropada daha bahadır”. Amma Avropada qiymətin baha olduğunu əsas gətirənlər göstərdikləri xidməti oradakı xidmətlə müqayisə etmək istəmirlər. Çünki uduzacaqlarını bilirlər.
İctimai nəqliyyatla bağlı Türkiyə təcrübəsinə baxaq. Qardaş ölkədə marşrut xətti bələdiyyələrin sərəncamındadır. Əhaliyə bələdiyyə avtobusları xidmət göstərir. Türkiyədə olan tıxaclarla Azərbaycanda olanı müqayisə etmək belə yersizdir. Türkiyədə avtomobillər saatlarla tıxaclarda qalır. Amma orada ictimai nəqliyyatda bizdəki problemlər demək olar ki, yoxdur. Səbəb isə sadədir. Ərazi üzrə bələdiyyələr ictimai nəqliyyatın gediş-gəlişini təşkil edir, avtobuslar arasında interval problemi yoxdur, layihələr daha çox qazanc əldə etmək üçün hazırlanmır. Məqsəd yalnız əhaliyə yüksək səviyyədə xidmət göstərməkdir. Digər, ən başlıca səbəb isə nəqliyyat sisteminin bir qurumun monopoliyasında olmasıdır. Azərbaycanda bu sahə əvvəllər Nəqliyyat Nazirliyinin inhisarında olub. İndi isə bu sahəyə Bakı Nəqliyyat Agentliyi nəzarət edir. Qurum isə yalnız cərimələri Avropa standartlarına çatdırmaq üçün layihələr hazırlayır. Xidmət səviyyəsinə gəlincə, Avropa standartları yada düşmür. Olmazmı ki, xidməti də Avropa səviyyəsinə çatdırmaq üçün hansısa layihələr, həll yolları düşünülsün? Əgər bunu etmək mümkün deyilsə, yaxud etmək istəyi və imkanı yoxdursa, deməli daha peşəkar xidmət üçün alternativlərə ehtiyac var. Cebhe.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|