Kasıbsansa, gəlməginən "roddom"a... - Burada rüşvət boğaza qədərdir
Tarix: 28-03-2019, 09:01 | Çap et
Azərbaycan səhiyyə sistemində ən acınacaqlı hallardan biri də doğum evləri ilə bağlıdır. Vəziyyətin kritik həddə çatdığı səhiyyə ocaqlarından biri də paytaxtın Sabunçu rayonu ərazisində yerləşən 2 saylı doğum evidir. Burda baş verən özbaşınalıqlar və baş həkim Mehriban Abbasquliyevanın vəzifəsindən başqa məqsədləri üçün istifadə etməsi barədə mətbuatda dəfələrlə yazılıb. Mətləbə keçməmişdən öncə qeyd edək ki, Mehriban Abbasquliyeva həm də Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədridir. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı üzə çıxan məlumatlarda göztərilir ki, Mehriban Abbasquliyevanın qılıncının arxası də kəsir, qabağı da: “Baş həkim YAP-ın Sabunçu rayon təşkilatının sədri olmasından necə lazımdırsa istifadə edir. Bu adamın arxasında kim dayanıb bilmirəm, amma özündən çox arxayındır. Sabunçu rayonunda əsas söz sahiblərindən biridir. 2 saylı doğum evi bərbad haldadır, işçilər baş həkimin fəaliyyətindən qətiyyən razı deyil. Yayılan söz-söhbətlərə görə, Səhiyyə Nazirliyi doğum evini bağlamaq istəyir. Hələlik bununla bağlı konkret addımlar atılmır. Səhiyyə Nazirliyinin komissiyaları əvvəllər doğum evində mövcud olan nöqsanları görürdü. Son dövrlər doğum evinin fəaliyyətini yoxlamağa gələn nazirlik rəsmiləri baş həkimin otağında oturub müəyyən söhbətlər edəndən sonra çıxıb gedirlər”. Sözügedən tibb müəsisəsində baş verənlərlə bağlı cumhuriyyet.az-a danışan mənbənin sözlərinə görə “İstoriya”lar cırılır. 2 saylı doğum evi dövlətin balansında olduğuna görə “istoriya”ları Səhiyyə Nazirliyi verməlidir amma Sabunçu rayon 2 saylı doğum evinin rəhbəri isə guya “istoriya”ları çap etdirir. Səhiyyə müəssisəsinin özünün mətbəəsi var, “istoriyalar”ın çapı üçün hər ay bütün işçilərdən 18-20 manat arası pul yığılır: “Səhiyyə Nazirliyi 2 saylı doğum evinə mütəmadi olaraq sabun, yuyucu toz, karandaş, pozan və digər dəvtərxana ləvazimatları göndərir. Ancaq bunların heç biri doğum evinin işləri üçün, yəni təyinatı üzrə istifadə olunmur. Həmin avadanlıqların hansı marketlərə getdiyi bilinmir”. Mənbənin bildirdiyinə görə, müxtəlif neqativ işlərlə məşğul olan baş həkim əldə etdiyi gəlirlər hesabına özünə biznes qurub: “Onun Sabunçu rayonu ərazisində pərdə, uşaq geyimləri, ofis ləvazimatları və məişət əşyaları satılan dükanları var. Mehriban xanım Sabunçu rayonundan kənara çıxmır. YAP-ın rayon təşkilatının sədri olduğundan bütün biznes işlərini Sabunçu ərazisində qurub. Heç kim ona “gözün üstə qaşın var” deyə bilmir. Mehriban Abasquliyeva xəstəxanaya şəxsi biznesi kimi nəzarət edir. Belə ki, ana olmaq istəyən qadınlar birbaşa ya özləri, yada yaxınları Mehriban xanımın qəbulunda olmalıdır. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə xəstəyə təcili yardım göstərilir. Bu günlərdə(adı şərtdir) 2 saylı Doğum Evində övlad dünyaya gətirən qadın bir daha ana olmaq istəmədiyini bildirir. Onun cumhuriyyet.az-a dediyinə görə, Mehriban xanımın tələbləri olduqca yüksək səviyyədədir. Elə bu səbəbdən orda yatan xəstələr mütləq imkanlı olmalıdır. Əks təqdirdə müraciət edən xəstələr acı hallarla qarşılaşır. Digər bir məlumatda isə bildirilir ki, baş həkimin müavini Xanımqız Paşayevanın rolu pulyığmadan ibarətdir. Maraqlısı budur ki, 2 saylı Doğum Evində açılan “bazar” Səhiyyə Nazirliyi tərəfindən təbbi qarşılanır. Sanki doğum evləri gəlirli obiyekt kimi istifadəyə verilib. Bir daha nəzərinizə çatdıraq ki, 2 saylı Doğum evi Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1987-ci ildə tikilib və istifadəyə verilmişdir. Doğum evi fəaliyyətə başladığı gündən qadınlara doğuşayardım xidməti göstərməlidir. Lakin təəsüflər olsun ki, 120 çarpayıdan ibarət olan xəstəxanada böyük narazılıqlar yaranıb. Sosial şəbəkədə kütləvi yayılan video görüntülərin subutu onu deməyə əsas verir ki, Mehriban Abasquliyevanın rəhbərlik etdiyi 2 saylı doğum evində heç bir qanun işləmir. Vətəndaşların yaydıqları videoda açıq-aydın görünür ki, ilk növbədə xəstələri mülayim şəkildə qəbul edənlər daha sonra rüşvətin pik həddini sınaqdan keçirməkdədirlər. Belə ki, paylaşılan video kadrlarda xəstələrə bağlı qapı arxasında göstərilən xidmətdən dərhal sonra, xidmət haqqı tələb edilməkdədirlər. Qanunsuzluğun tuğyan etdiyi 2 saylı doğum evində hamilə qadınların övladının cinsiyyətinin deyilməsi nazirlik tərəfindən qadağa edilməsinə baxmayaraq rüşvət qarşılığında yüksək xidmət adı altında qanunu tapdamaq 2 saylı Doğum Evinin əməkdaşları üçün adı hal hesab edilməkdədir. ”Pul ver, uşağın cinsiyyətini deyim” deyərkən gün ərzində yüksək məbləğlər toplanmaqdadır. Maraqlıdır ki, Səhiyyə Nazirliyi yayılan görüntülərə münasibət bildirməyib..
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
• Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01 |
|
|
|
• Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59 |
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
|