Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                 

Füzuli Ələkbərovun “vurulması” və AQTA-nın 2 gündə 2 dəyişən mövqeyi - “Malyutka” MÜƏMMASI
Tarix: 6-04-2019, 11:01 | Çap et
Füzuli Ələkbərovun “vurulması” və AQTA-nın 2 gündə 2  dəyişən mövqeyi
Ölkəmizdə qida təhlükəsizliyi son zamanlar vətəndaşların ciddi narahatlığa səbəb olan ən vacib məsələlərdən birinə çevirilib.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqladığı, ölkənin demək olar ki, əksər kütləvi informasiya vasitələri tərəfindən yayılan “Malyutka-2” uşaq qidaları ilə bağlı verilən açıqlama xüsusilə diqqətə səbəb olub. Baş Prokurorluq və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin də mövqe bildirməsi isə narahatlığı xüsusilə artırıb.

Məlum olduğu kimi, iki gün əvvəl AQTA “Malyutka-2” uşaq qidalarının tərkibində uşaqların sağlamlığına ziyan ola biləcək maddələrin aşkarlandığına dair məlumat yayıb. Agentliyin Baş Prokurorluqla birgə açıqlamasında bildirilib ki, Agentliyin 1003 "Çağrı Mərkəzi”nə "Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib: "Araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində "Malyutka-2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və məhsulun içərisində istehlak üçün yararsız yad cismlər aşkar olunub. Müayinə aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər "Malyutka–2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur".

Qeyd edək ki, satışda olan uşaq qidalarının tərkibi ilə bağlı məsələ həmişə ictimaiyyəti narahat edib. Pediatorlar daim bu cür qidalardan imtina olunmasını tövsiyə ediblər. Belə olan halda niyə yalnız “Malyutka”nın tərkibi ilə bağlı araşdırmalara başlanması sual doğurur. Ölkəmizin idxal sektorunda inhisarçılığın mövcud olması da sirr deyil. Rəsmi olaraq açıqlanmasa da, hansı məhsulun ölkəyə gətirilməsinin arxasında kimlərin dayandığı müzakirələri həmişə olub. Bu “mübarizə”nin tərkib hissəsi olaraq bəzən hansısa məhsulların gözdən salınması kampaniyası da aparılır. Ona görə də “Malyutka”nın idxalının arxasında kimin dayandığı maraqlı məqamlardan biridir. “Malyutka-2” ətrafında baş verənlərin uşaq qidasının tərkibində zərərli yad cismlərin olduğunun aşkarlanması, yoxsa hansısa sahibkarın “vurulma kampaniyası” olduğu əhəmiyyətli məqamdır.

Qeyd edək ki, “Malyutka-2”nin qutusu üzərində Niderland Krallığının “Nutricia B.V.” şirkətinə məxsus olduğu bildirilir, “Veysəloğlu” MMC isə distribüter kimi göstərilir. Amma “Veysəloğlu”-dan mətbuata verilən açıqlamaya görə, şirkət “Nutricia B.V.” ilə 2007-ci ilin iyunundan 2018-ci ilin aprelinədək əməkdaşlıq edib və qeyd edilən şirkətin məhsulları olan “Nutrilon” və “Malyutka” markalarının respublikamıza dağıtımını həyata keçirib. Qeyd olunan tarixdən “Nutricia” şirkətinin məhsullarının idxalını tam dayandırıb. Ötən ilin noyabr ayından istehsalçı şirkətlə əməkdaşlıq müqaviləsinə rəsmi formada xitam verilib: ““Nutricia” şirkətindən ən son idxal etdiyimiz məhsulların (“Malyutka 2”) son istifadə tarixi 06.03.2020-dir. Mətbuatda yayılan fotolarda isə qeyd edilən məhsulun son istifadə tarixi isə 19.03.2020-dir. Yəni mediada şəkilləri yayılan “Malyutka 2” uşaq qidası “Veysəloğlu” MMC-nin bu məhsulun idxalına dair müvafiq şirkətlə müqaviləsinə xitam verdikdən sonra bizə aidiyyatı olmayan digər bir şirkət tərəfindən ölkəyə gətirilib. “Veysəloğlu” MMC tərəfindən 1 aprel 2018-ci il tarixindən etibarən “Nutricia” şirkətinin məhsulu olan uşaq qidasının idxalı ilə bağlı “Nutricia” şirkətinə sifariş verilməyib. Xitam müqaviləsinin imzalanmasına qədər satılan bütün məhsullarla bağlı “Veysəloğlu” MMC məsuliyyət daşıyıb. Əməkdaşlıq müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq, qeyd edilən tarixdən etibarən respublikamıza idxal edilən “Nutricia” fabrikinin bütün məhsulları, həmçinin də mətbuatda adı hallanan “Malyutka 2” uşaq qidası ilə bağlı yaranan hər hansı bir problemə görə “Veysəloğlu” MMC məsuliyyət daşımır”.
“Veysəloğlu”dan həmçinin bildirilib ki, xitam müqaviləsi imzalandığı tarixdə “Nutricia” şirkətinin müxtəlif ticarət nişanları altında istehsal olunan və anbarlarda saxlanılan bütün məhsulları “Nutricia” şirkətinin təyin etdiyi İDC 2000 şirkətinə təhvil verilib. Yararsız mallar isə İDC 2000 şirkətinin iştirakı ilə rəsmi qaydada məhv edilib. Əməkdaşlığın xitamından sonra istehsal edilən qablaşma üzərində idxala dair qeyd olunan “Veysəloğlu” MMC-nin adının çıxarılması xüsusi ilə tələb edilib”.

“İDC-2000” MMC də “Nutricia”-nın rəsmi distribüteri sayılsa da, məsuliyyəti öz üzərindən atır. Şirkətin direktor müavini Fuad Rzayev “Malyutka”-nın idxalının onlara aid olmadığını desə də, mətbuata verdiyi açıqlamasında bu məhsulu tərifləyib: “Bu gün “Malyutka” uşaq yeməkləri bu bazarın ən çox satılan məhsuludur. Ümumiyyətlə, bu məhsullar sovet dövründən satışda var və keyfiyyəti barədə bu günə qədər heç bir şikayət olmayıb”.

Şirkətin fəaliyyətindən danışan MMC rəsmisi 1998-ci ildən bu şirkətin “Aptamil” uşaq yeməklərinin Azərbaycan bazarında satışına başladıqlarını deyib: “Yaxşı nəticə göstərdiyimiz üçün daha sonra şirkətin digər uşaq qidalarının satışına da başlanıb. “Nutricia” şirkətinin uşaq yeməklərinin Azərbaycanda birinci rəsmi distribüteri “Veysəloğlu” şirkəti olub. Lakin sonradan şirkət rəsmi satış icazəsini onlardan alıb. 2018-ci ilin mart ayından etibarən “Nutricia” şirkəti tərəfindən istehsal edilən üç məhsulun satışı bizim şirkətə yəni, “İDC 2000 MMC"-yə verilib. Bu məhsullar “Nutrilon”, “Aptamil” və “Malyutka-1,2,3” əmtəə nişanlı uşaq qidalarıdır. 2018-ci ilin avqust ayından etibarən “Veysəloğlu” şirkəti “Malyutka-2” əmtəə nişanlı uşaq qidalarının satışını tamamilə dayandırıb. KİV-də yayılan “Malyutka-2” uşaq qidası “İDC 2000” MMC-yə məxsus deyil. Həmin qablaşdırmanın arxa hissəsində məhsulun “Veysəloğlu” şirkətinə aid olduğu qeyd edilib. Ona görə də bu məhsulla bağlı yaranmış problemə görə “İDC 2000 MMC" şirkəti heç bir məsuliyyət daşımır”.

Qeyd edək ki, “İDC 2000 MMC" sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun mülkiyyətində olan “İmprotex Group”a daxildir. “İmprotex” 1991-ci ildə yaradılıb, əvvəllər Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Füzuli Ələkbərov özü olub, nazir təyin olunandan sonra isə sədr vəzifəsinə həyat yoldaşı İradə Ələkbərovanı gətirib. Amma holdinq sabiq nazirin dostu olduğu bildirilən Həsən İsmayılovun adına rəsmiləşdirilib.

“İDC 2000 MMC”, “İmprotex Travel Tours and Conferences”, “İMEX MMC”, “İmprotex Marine and Sports Facilities”, “İmprotex Truceks and Buses”, “İmprotex Real Estate”, “İmprotex İndustries”, “İmprotex Aqrotexservis”, “İmprotex Commercial Vehicle” şirkətlərinin daxil olduğu, həta “BMW”, “Rollce-Royce”, “MİNİ” kimi avtomobil markalarının rəsmi dilleri kimi tanınan “İmrotex Group” Füzuli Ələkbərovun vəzifəsindən kənarlaşdırılmasından sonra tədricən müflis olmağa başlayıb, adıçəkilən əksər şirkətlər idxal prosesini dayandırıb. Oğlu Vüqar Ələkbərovun İsmayıllı rayonunda yerləşən “Çıraq” otelindəki qarşıdurmadan sonra vəzifəsindən uzaqlaşdırılan Füzuli Ələkbərovun bir sıra biznes qurumlarının da əlindən alındığı bildirilib.

Amma hələlik “Malyutka-2”ni ölkəyə hansı şirkətin gətirdiyi rəsmi olaraq açıqlanmır. Adıçəkilən şirkətlər məsuliyyəti öz üzərlərinə götürmür.

Bir məqam isə xüsusilə diqqəti cəlb edir. Uşaq orqanizminə zərərli maddələrin olduğu bildirilən “Malyutka-2”-nin qutusu üzərində distribüter haqqında məlumat bölməsində “Vesəloğlu” MMC-nin adı qeyd olunub və ünvanı yazılıb. Bu şirkət isə daha çox ölkəmizdə paylayıcı qurum kimi tanınır. Sabiq nazirin ajiotaja səbəb olan qalmaqaldan sonra vəzifədən uzaqlaşdırılması və biznes sturukturlarından bir hissəsinin əlindən alınmasından sonra şirkətinin adının qeyd olunmasından yayınması isə ağlabatandır. Belə olduğu təqdirdə isə məhsulun üzərində dəqiq məlumatların olmamasının başlıca məsuliyyəti müvafiq qurumların üzərinə düşmüş olur.

Hökumət qurumlarının idxalçının kim olması ilə bağlı açıqlaması isə özünü çox gözlətmədi. AQTA “İDC 2000 MMC” rəsmisinin yalanını üzə çıxardı və “Malyutka -2”nin idxalının məhz bu şirkətə aid olduğunu açıqladı. Amma qida təhlükəsizliyində məsuliyyət daşıyan rəsmi qurumun budəfəki açıqlaması iki gün əvvəlki açıqlamanın tam əksinə oldu. Bildirildi ki, aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub: “Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının qutusuna doldurulan yad cismin istehlak üçün yolverilməz olan torpaq süxurları, qum və daş hissəcikləri olduğu müəyyən edilib. Eyni zamanda yad cisim radioloji və toksikoloji müayinələrə cəlb olunub və tərkibində hər hansı təhlükə aşkarlanmayıb. Əlavə olaraq bildiririk ki, “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları ölkəyə “İDC 2000” MMC tərəfindən idxal edilir. Digər qida məhsulları kimi “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. Adı çəkilən məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilmiş və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmayıb. Qida məhsulunun qablaşdırmasına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır”.

Sual olunur: Nəyə görə ətraflı araşdırma aparılmadan belə bir ajiotaj yaradılıb? Verilən sonuncu açıqlama da dövlət qurumlarının bu məsələdə məsuliyyətini azaltmır.
Sonda qeyd etmək yerinə düşərdi ki, dövlət qurumları tərəfindən bazarda tuğyan edən zərərli məhsullarla bağlı açıqlama verilməsi yaxşı olardı.
Cebhe.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru