Astarada vətəndaş dərdini KİMƏ DESİN? - GİLEY
Tarix: 6-02-2023, 10:45 | Çap et
Astara rayon rəhbərliyi, eləcə də rayonda fəaliyyət göstərən digər dövlət idarələri Ərkivan qəsəbə sakini Fuad Nuriyevin problemlərini də, şikayətlərini də görməzdən gəlirlər. Elə Fuad Nuriyevin özünün dili ilə desək, "veclərinə almırlar".
Amma, deyəsən Astara rayon rəhbərliyi və çalışanları, həmçinin yerli bələdiyyələr nəinki Fuad Nuriyevi, ümumiyyətlə bütün rayon sakinlərini, eləcə də heç qanunları "veclərinə almırlar" ki, bu gün qanunların gərəkdirdiyi kimi deyil, ürəklərinin istədiyi kimi fəaliyyət göstərirlər.
Məsələn, nahardan sonra əksər bölgələrin icra hakimiyyətlərində olduğu kimi, burada da dəstəyi qaldıran olmur. Belə çıxır ki, yarım gün işləyirlər? İşdə olurlarsa, dəstəyi niyə qaldırmırlar?
Şəhid məzarları önündə, yaxud xüsusi günlərdə camaatgözünə dövlətin diqqət ayırdığı Şəhid ailələrini tədbir keçirmek adı ilə toplayıb, 5-6 "fotosessiya" edib, sosial şəbəkələrdə, rəsmi saytlarda paylaşmaq işini düzgün idarə etməkmi sayılır?
Əvvəllər, vətəndaşlar "belə nağıllara" inanırdılar. Sonra, elə o "şəkilllərdən ilhamlanıb" İcra Hakimiyyətinə üz tutan, günlərlə qapılarda gözləyən, axırda kobud cavab alıb, kor-peşman geri dönənlər beləcə nağıllara inanmayacaq qədər sürətlə böyüdülər.
44 günlük vətən müharibəsi və müharibədən sonra müharibə iştirakçılarına qarşı çox məmurların, çox səlahiyyət sahiblərinin davranışları xalqın səbrini daşdırdı.
Uzun illərdir susub qanunların tələblərinə uyğun yaşayan, qanun pozmaqdan qorxan xalq qanunsuz tikililərə xeyir-dua verən İcra başçılarını, dövlət mülkünü satan, həmçinin düşmən tapdağında olan 20 faiz torpağımızı geri alan oğullara 2 sot torpağı qıymayan bələdiyyə sədrlərini, icra nümayəndələrini gördükcə, dövlət qurumlarnda çalışanları "hökumət" hesab edən kütlə arasında yavaş-yavaş hakimiyyətə qarşı inciklik yaranmağa başladı ki, görünür bu da elə qanun saymayan çox məmurların əsas məqsədi imiş.
Şikayətlər, narazılıqlar artdıqca problemlər də azalmaq yerinə daha da artmağa başladı.
Elə bu cür problemlərinə çarəni mətbuatda axtaran narazı xalqın "DogruXeber.az"a davamlı müraciətləri də bizi onları narazı salan məmurları tənqid etməyə məcbur etdi.
Beləcə adımızdan çəkinən məmurların sayı da getdikcə çoxaldı. Ordan-burdan qulağımıza çatır ki, sən demə bizi bir çox dövlət idarələrində rəhbər vəzifələrdə çalışanlar "müxalifət sayt" adlandırırmış...
Əvvəla onu təkrar diqqətinizə çatdırırıq ki, biz var gücümüzlə və birinci növbədə vicdanımızın tələbi ilə adımıza (DogruXeber.az) layiq, doğruları danışmağa, dərc etməyə çalışırıq. İkinci növbədə, biz də bu xalqın içindəyik, "əyrini əyri, düzü düz" görməyi gözəl bacarırıq, üçüncüsü nə müxalifətin, nə iqtidarın - yalnız haqqın tərəfindəyik.
Qaldı ki, ey doğruları deyəni "müxalifət" adlandıran idarə rəhbərləri, məgər iqtidar olmaq yalan danışmağı tələb edir?
Ağzınızdan çıxan sözlərə diqqət edin. Bu "taktika"nız heç də nəzərdə tutduğunuz kimi sizə "haqq qazandırmır". Bu ifadə ilə hazırkı iqtidar partiyanın fəaliyyətini şübhə altına salırsınız.
Əlqərəz...
Deyəsən, biraz mövzudan uzaqlaşdıq. Amma, bu da xalqın yanında olduğumuz üçün bizə atılan çirkin iftiraların verdiyi əsəbdən irəli gəldi.
Bəli, Astara rayonunun Ərkivan qəsəbəsindən danışırdıq. O Ərkivan qəsəbəsi ki, baxımsız qalan qəbristanlığında belə məişət tullantıları ayaq tutub yeriyir.
Küçələri azacıq yağış yağan kimi yaranmış gölməçələr və palçıq səbəbilə keçilməz hala gəlir. Yeri gəlmişkən, yerli bələdiyyənin "təmir" məqsədilə yollara tökürdüyü xirda çay daşlarını da "Kanal14" YouTube kanalımızda sizlərə təqdim etmişdik. "İki metrdən bir təqribən 3-4 kq xırda daşlar'ı izlədikcə, həm bizdə, həm izləyicilərimizdə gülüş yaradır bu görüntülər.
Yəni, gördükləri iş göz qabağında, üstəlik də vətəndaşların hüquqlarını pozurlar.
Psixoloji durumuna görə ikinci qrup əlil olan Fuad Nuriyev xəstəxanda müalicə aldığı müddətdə həyətyanı və pay torpaqlarının başqalarına satılmasından narazılıq edir.
Bələdiyyə sədri Mehman məsələyə münasibət bildirmək üçün zəng edirik, bizə sanki təzə xəbər verirmiş kimi vətəndaşın durumundan danışır. İcra Hakimiyyətində də Fuad Nuriyevin bildirdiyinə görə "Neynirsəne o torpağı, get indi yaşadığın yerdə yaşa da" deyə, məsləhət verir. Halbuki, vətəndaş rayon rəhbərliyinə məsləhət üçün deyil, səlahiyyətli şəxslər tərəfindən qəsdən yaradılmış probleminin həllində kömək istəmək üçün gedib.
Əmlak Məsələləri üzrə Dövlət Reyestr Xidməti desək, deyir "O da qapısına yazıb vurub ki, "Qazilər, əlillər növbəsiz qəbul edilir', amma mən neçə gün ardıcıl getdim, qapıda gözlətdilər. Mən də ikinci qrup əliləm, niyə gözləyirəm?
Bir dənə qadın var əvvəllər oranın işçisi olub, yeyintiyə görə işdən çıxarılıb, indi hər gedəndə görürəm qapıda 5-6 nəfər yığılıb, qəbulda növbə gözləyir. Yenə həmin o qadın içəridə oturub.
Rayonun o qadından başqa sakini yoxdur?
O qadın özü saxtakarlığa görə işdən çıxarılıb, indi də maklerlik edir, orada oturan İlqarın əli ilə həmin saxta işlərini davam etdirirlər. O İlqara "xeyir" verir deyə, İlqar başqa vətəndaşları gözlədir".
Vallah doğrusu Fuad Nuriyevin pozulmuş hüquqlarını bir yazıya sığdıra bilmədik. Odur ki, bir qismini qeyd etdk.
Yeri gəlmişkən, ötən gün Astara rayonunun da Ərkivan qəsəbəsinin daha bir sakini Fəttayeva Kamilə Nəhməd qızının "DogruXeber.az" redaksiyasına göndərdiyi videomüraciəti "agentliyin tabeçiliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında yayımlanıb.
Xanım bildirir ki, "Şuşada yaralanmış Mirəli Əliyevin anasıyam. Xanım ilk öncə prezidentin müvafiq sərəncamına əsasən oğlunun layiq görüldüyü "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", ""Füzulinin azad olunmasına görə ", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medallarını nümayiş etdirib və bildirib ki, oğlu noyabrın 3-də Şuşada yaralanıb, bir barmağı da amputasiya olunub, əmək qabiliyyətini itirib. Bundan əlavə xanım bildirir ki, müharibədən sonra Mirəlinin psixoloji durumunda da ciddi problemlər yaranıb. Lakin, nə 1 saylı Psixiatriya xəstəxanası ona düzgün diaqnoz vermir, nə də digər problemlərine görə düzgün diaqnozlar verilmədiyi üçün əlillik dərəcəsi də almayıb, veteranlıq da verilməyib. Maddi baxımdan çox əziyyət çəkirik"
Onu da qeyd edək ki, bu hələ Astara rayonunun bir qəsəbəsinin, iki sakininin problemidir. İndi özünüz təsəvvür 109 minə yaxın digər sakinlər nələr yaşayır.
Müraciətlər çoxdur. Silsiləli olaraq, dərc edəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
• “Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08 |
|
|
|
• Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05 |
|
|
|
• Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01 |
|
|
|
• Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59 |
|
|
|
• Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53 |
|
|
|
• USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49 |
|
|
|
• "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40 |
|
|
|
• “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38 |
|
|
|
• Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
• "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17 |
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
|