Yerüstü Nəqliyyat Agentliyinin yeraltı gəlirləri... - Anar Rzayev hardan necə qazanır?
Tarix: 7-02-2023, 08:58 | Çap et
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Yerüstü Nəqliyyat Agentliyindən şikayətlər tükənmir. Mütəxəsislər problemlərinin səbəbkarı olaraq nazirliyin struktur rəhbəri Anar Rzayevi və nazir müavini Rəhman Hümmətovu görürlər. Ötən ilin fevralında paytaxtın Heydər Əliyev prospektində baş vermiş hadisəni cumhuriyyet.az olaraq yada salıb bildirək ki, həmin vaxt Bakıda “R Group” logistika şirkətinə məxsus 4 yük maşını yolu bağlamışdı. Sürücülər yolu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etiraz məqsədilə bağladıqlarını deyirdilər.Yük avtomobillərin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməməsinə görə mallarının xarab olduğunu,hər bir icazə sənədinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 2500-2600 dollara verildiyini iddia edirdilər.Anar Rzayevin adamları yük maşınlarının hər reysi üçün birdəfəlik vərəqəyə görə rüsumun üstündə 20-30 manat əlavə də tələb edirlərmiş. Sonuncu dəfə bu səbəbdən “R Group” şirkətinin rəhbərliyi,sürücülər xidmət rəisinin pulyığanları ilə mübahisə edib,ardından isə sürücülərin məlum etiraz aksiyası keçirilmişdir.TIR-ların gecədən səhər saatlarına qədər yolu bağlı saxlaması nəticəsində nəqliyyatın hərəkəti iflic olmuş və böyük tıxac yaranmışdı. Həmin dövrdə Anar Rzayevin özünün də qardaşının adına qeydiyyatdan keçirdiyi beynəlxalq yükdaşıma şirkəti olub.Lakin sürücülərin etiraz aksiyasından sonra Rəhman Hümmətovun davamlı təkidi nəticəsində bu şirkəti bağlayıb. Həmin şirkətə məxsus yük avtomobilləri nazirliyin müxtəlif qurumlarının balansına verilib. Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, hazırda da həmin TIR-lardan istifadə olunaraq gəlir əldə edilir,gəlirin çox hissəsi isə Anar Rzayev-Rəhman Hümmətov cütlüyünün ciblərini doldurur. Bundan başqa,Anar Rzayevin Xırdalanda böyük qarajı da var.İllərlə bu qarajı ayı 20-30 min manat civarında olmaqla “Vanderval” adlı şirkətə icarəyə verib.Bu obyekti də əmisi oğlu Şahin idarə edir. Anar Rzayev adının hallanmasını görərək vəziyyətdən çıxmaq üçün Rəhman müəllimə deyib ki,bu etirazın arxasında keçmiş əməkdaşlar dayanır,onu gözdən salmaq istəyirlər.Həmçinin cənab nazirə də daim qeyri-dəqiq informasiyalar ötürüb,yalanlar danışıblar. Anar Rzayev bacısının qaynını işə düzəldərək bir müddətdən sonra onu irəli çəkməyə başlayıb.Məhz yuxarıda bəhs olunan yükdaşımaya icazə vərəqələri də Anarın Zaur Ramazanov adlı bu qohumunun əlindən gəlib keçirmiş.Bu Zaur bəy əslində ştatda başqa bir vəzifə daşıyır,amma Anar Rzayev onu işindən ayıraraq yuxarıda dediyimiz məsələləri tapşırıb.Sürücülərin boykotundan qorxuya düşərək iki günün içində Zaur Ramazanovu təhkim etdiyi yerdən kənarlaşdırıb gözdən uzağa çəkir. Anar Rzayevin rəisi olduğu xidmətin yerində Yerüstü Nəqliyyat Agentliyi yaradılanda şikayətçi şəxslər struktur islahatı adı ilə heç bir xəbərdalıq edilmədən,qanunla müəyyən edilmiş möhlət gözlənilmədən işdən azad olunurlar.Halbuki ixtisarın da,əmək müqaviləsinə xitam verməyin də qaydası var.Hər şey qanun çərçivəsində,Əmək Məcəlləsinə müvafiq həllini tapmalıdır. Amma görünən odur ki bu nazirlikdə Rəhman Hümmətov öz qanunlarını yazır,Anar Rzayev kimilər də həyata keçirirlər…Hər bir işçi azad olunarkən möhlət müddəti verilməlidi,bunlar isə belə şeylərə əhəmiyyət belə vermirlər.Çünki işin,işçilərin hesabına qaz vurub qazan doldurur,harınlayırlar.Müxtəlif yerlərdə qazanc mənbələri quranda adi zəhmətkeşlər veclərinə olmaz. Bürokratik əngəllərin,süründürməçiliyin səbəbləri çoxdur.Lakin şikayətə əsasən məsələnin kökündə nazir müavini Rəhman Hümmətovun bəzi “qara iş”ləri durur.Bu “qara iş”ləri “ağartmaq” üçün Rəhman müəllim bəzi adamlara xahiş edibmiş.Amma onlar cənab Hümmətovun sözündən çıxıblar. Şikayətçilər dəfələrlə cənab nazir Rəşad Nəbiyevin qəbuluna düşmək,sözlərini,dərdləfini ona bildirmək istəsələr də həmişə qarşıya sədd çəkiblər,mane olublar.İşçilərlə nazir arasında maneə quranlar var.Çox məsələlər var ki,cənab nazirdən gizlədilir.Çünki bilirlər ki,Rəşad müəllim mütəxəssis olaraq təcrübəli,insan olaraq dürüst,haqqı nahaqqa qurban verməyən insandır.Nazir təyin olunduqdan sonra da çətin bir sahəni necə bacarıqla idarə etdiyi göz qabağındadır. Sadəcə daxildə Rəhman Hümmətov, Anar Rzayev kimilər ümumi işə kölgə salırlar. Biz də cumhuriyyet.az olaraq bu şikayətin izi ilə öz araşdırmamızı apardıq.Müəyyən məlumatlar əldə etdik.Məlum oldu ki,Rəhman və Anar müəllimlər əsl oliqarx həyatı yaşayırlar.Mülklər,bahalı maşınlar,digər pul mənbələri.Elə bil ki varlanmağa tələsirlər.Deyilənə görə Anar Rzayevin paytaxtda 60 sayda evi,Novxanıda böyük malikanəsi də var.Həyat yoldaşının Sədərək Yusif kimi tanınan dayısı isə “Sədərək” yarmarkasının müdiridir.Bir neçə söz də bu yarmarkanın maliyyə işlərinə baxan Anar bəyin Qəhrəman adlı qaynatasından deyək.Qəhrəman müəllim sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun vaxtında nazirliyinin karyerlərə-karxanalara nəzarət edən şöbəsinə başçılıq edib.Kürəkəni tərzdə yığıb-yığışdırmaqla məşğul olub.İndi də “Sədərək” bazarında yerhaqqı yığmaqla məşğuldur. Anar Rzayevin rəhbəri olduğu agentlikdə ixtisaslı işçiləri uzaqlaşdırıb yerinə tanış-bilişi götürüblər.Sıralarında keçmiş əmək müəllimi də var,nəğmə müəllimi də. Soruşanda da deyirlər ki,müəssisə bağlanıb.Necə bağlanıb ki,bütün maddi-texniki baza yerindədir.Nə haqla cənab Prezidentin sərəncamının mətnini təhrif olunmuş şəkildə camaata çatdırırlar? Mətndə xidmətin və digər uyğun təşkilatların yerində,əsasında Yerüstü Nəqliyyat Agentliyinin yaradıldığı qeyd edilib.421 işçi ştatı olan agentlikdə keçmiş ixtisaslı kadrlara yer tapılmır? Hüquq mühafizə orqanları bu işlərə nəzər yetirməlidir.Bildiyimizə görə onsuzda bəzi faktlar artıq araşdırılır.İnanırıq ki,sonda bütün şübhəli,qaranlıq məqamlar üzə çıxarılıb layiqli qiymətini alacaq.
Şikayətdə deyilənlərlə bağlı qarşı tərəfin də mövqeyini əks etdirməyə hazırıq. //cumhuriyyet.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
• “Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08 |
|
|
|
• Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05 |
|
|
|
• Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01 |
|
|
|
• Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59 |
|
|
|
• Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53 |
|
|
|
• USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49 |
|
|
|
• "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40 |
|
|
|
• “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38 |
|
|
|
• Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
• "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17 |
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
|