“MTN-nin keçmiş zabiti Təhsil Nazirliyində at oynadır” - İTTİHAM VAR
Tarix: 13-01-2016, 08:42 | Çap et
“Təzadlar”a Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin rəisi Kənan Quliyevlə bağlı ilginc məlumat və sənədlər daxil olub...
Hüquq müdafiəçisi Məmməd Həmidov tərəfindən “Təzadlar”a təqdim olunmuş və ölkənin ali rəhbərliyinə ünvanlı müraciəti diqqətimizi çəkdi. Söhbət Təhsil Nazirliyinin daxili nəzarət idarəsinin rəisi Kənan Quliyevin barəsində olan şikayətdəki faktlardan gedir... Şikayətçi - hüquq müdafiəçisi yazır:
Hörmətli “Təzadlar”! K.Quliyev MTN-nin Tərtər Rayon Şöbəsində adi bir əməkdaş olub, sonradan MTN naziri Eldar Mahmudov tərəfindən Təhsil Nazirliyinə təyinat alıb... O, 27.12.2013-cü il tarixindən TN-nin daxili nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Halbuki TN-nin özünün rəsmi saytında dərc etdiyi Əsasnaməsinə görə TN-də yüksək vəzifəyə ən azı 5 il pedaqoji stajı olan, elmi işçi adı olan və ya dövlət orqanlarında vəzifədə işləmiş şəxslər təyin oluna bilər. Bəs bu K.Quliyev TN-də bu məsul vəzifəyə necə yol tapıb? Niyə bu şəxs Təhsil Nazirliyində açıq-aşkar sabotajla məşğul olaraq xaricdə təhsil almış məzunlarımızın hamısına diplomlarının tanıması ilə bağlı etdikləri müraciətlərə TN-nin adından eyni məzmunda “İmtina” məktubu yazır: “...Sizin ixtisas üzrə bilikləriniz Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edilmişdir. Göstərilələri nəzərə alaraq diplomunuzun ölkə ərazisində tanınması mümkün hesab olunmur.” Sual olunur: bəs xarici ölkələrdə adlı-sanlı Ali məktəblərə qəbul olunanlar sonradan nə etməlidir, oxumamalıdırlar? Mən fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Prezident Administrasiyası hüquq şöbəsinin müdiri F.Ələsgərova, Baş Prokuror Z.Qaralova, təhsil naziri M.Cabbarova, Dövlət Təhlükəsizlik Komitəsinin sədri M.Quliyevə, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi K.Əliyevə müraciət edirəm: bildirirəm ki, Təhsil Nazirliyinin şöbə rəisi Kənan Quliyevin qanunazidd hərəkətləri barədə əvvəl 05 noyabr 2015-ci il tarixdə aidiyyatı orqanlara göndərdiyimiz məlumatla bağlı Baş Prokurorluğun Təhsil Nazirliyi Aparatına göndərdiyi 13.11.2015-ci il tarixli, 15-0090-01-01-104814 saylı rəsmi məktubuna baxmayaraq bu günədək bizə heç bir cavab göndərilməmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyimiz Nağıyev Samir Seymur oğlu 01.09.2009-cu il tarixindən 14.07.2014-cü il 25 iyun tarixinədək Rusiya Federasiyasının Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti (MİSİ) İqtisadiyyat və Statistika İnstitununun əyani təhsil forması üzrə tələbəsi olmuşdur, “Maliyyə və kredit” ixtisası, ali professional təhsil proqramı üzrə müqavilə əsasında təhsil və diplom almışdır. RF-nın Dövlət Ali Attestasiya Komissiyasının 25 iyun 2014-cü il tarixli 50 saylı qərarına əsasən ona “İqtisadçı” ixtisası verilib və ali təhsil haqqında (1077060009481) diplom verilmişdir. Lakin Təhsil Nazirliyinə 2014-cü ilin iyul ayında diplomunun tanınması ilə bağlı müraciət etsə də 1 ildən sonra vətəndaşa diplomunun tanınmasının mümkünsüzlüyü ilə bağlı Təhsil Nazirliyinin şöbə müdiri Kənan Quliyev əsassız ekspert rəyinə əsasən mənfi cavab vermişdir. Belə ki, diplomun tanınması ilə (nostrifikasiyası) bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə edilmiş rəsmi müraciətə əsasən TN-nin Daxili nəzarət şöbəsinin müdiri Kənan Quliyevin imzaladığı 29.06.2015-ci il tarixli, 21094/03-24 saylı cavab məktubunda qeyd edilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydalarını”, Avropa regionunda alı təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın II.1.2 maddəsini, Konvensiya komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsini və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq, Sizin ixtisas üzrə biliklərinizin AR-nın təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. Göstərilənləri nəzərə alaraq, Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika universiteti tərəfindən adınıza verilmiş 25.06.2014-cü il tarixli. N-077060009481 nömrəli mütəxəssis diplomunun ölkə ərazisində tanınması mümkün hesab olunmur.” Xatırladırıq ki, “Xarici dövlətlərin Ali Təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı QƏRARInın 3.6 cı və 3.7 -ci bəndində qeyd edilənlərə əsasən ekvivalentlik haqqında Şəhadətnamə verilir. Göründüyü kimi, TN-nin səlahiyyətlisi Kənan Quliyevin imzaladığı və 1 ildən sonra ərizəçiyə verdiyi cavab məktubunda diplomun tanınması ilə bağlı əsassız qeydi Nazirlər Kabinetinin məlum Qərarının 3.6-cı maddəsinə heç bir halda uyğun gəlmir və “Sizin ixtisas üzrə biliklərinizin AR-nın təhsil sahəsində dövlət standardlarına cavab vermədiyini müəyyən edilmişdir” qeydinin heç bir hüquqi əsası yoxdur.
- Bəs Kənan Quliyev niyə bu qənaətə gəlmişdir ki, adı çəkilən diplom tanına bilməz?
(Davamı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
• Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01 |
|
|
|
• Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59 |
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
|