!["Bununla özümü reklam etmirəm" "Bununla özümü reklam etmirəm"](/uploads/posts/2016-08/thumbs/1470117512_0001.jpg)
Müğənni Nadir Qafarzadə Füzuli rayonuna yollanıb.
Axşam.az-ın məlumatına görə, sənətçi cəbhə bölgəsində olan əsgərlərə hədiyyələr aparıb.
O bildirib ki, bunu sosial şəbəkədə paylaşmaqda məqsədi özünü reklam etmək deyil:
“Füzuli rayonunda, cəbhə bölgəsindəki əsgərlərə baş çəkdim. Onlara bacardığım qədər sovqat apardım. Bunu paylaşaraq, özümü reklam etmirəm. Bəzi insanlara mesaj göndərirəm ki, əlinizdən gəldiyi qədər yaxşılıq edin”.