![Mətanət İsgəndərlinin nəvəsi üçün oxuduğu mahnı Mətanət İsgəndərlinin nəvəsi üçün oxuduğu mahnı](/uploads/posts/2016-12/thumbs/1483074467_0001.jpg)
Əməkdar artist Mətanət İsgəndərli “Ömrümə xoş gəlmisən” adlı yeni mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Mehman Hüseynoğluna, musiqisi Ruslan Səfəroğluna məxsusdur. Mahnını Əvəz Muradov aranjiman edib.
M.İsgəndərli bildirib ki, mahnını bu yaxınlarda 1 yaşı olan və onun adını daşıyan nəvəsi Mətanətə həsr edib.