!["Bilmirəm bu şayiələr haradan qaynaqlanır" "Bilmirəm bu şayiələr haradan qaynaqlanır"](/uploads/posts/2017-01/thumbs/1485150702_0001.jpg)
Əməkdar artist Tünzalə Ağayeva ilə müğənni Samira Allahverdinin küsülü olduğu xəbəri yayılıb.
Axşam.az-ın məlumatına görə, S.Allahverdi məsələyə münasibət bildirib.
İfaçı deyib ki, həmkarı ilə aralarında heç bir inciklik yoxdur:
“Münasibətimiz yaxşıdır, küsməmişik. Hamı öz işi ilə məşğul olduğu üçün az-az görüşürük. Bilmirəm bu şayiələr haradan qaynaqlanır”.
Qeyd edək ki, T.Ağayeva da açıqlamasında aralarında küsülülk olmadığını demişdi.