Aprel döyüşlərində Ağdamı tərk etməyən aktrisa
Tarix: 8-03-2017, 08:56 | Çap et
![Aprel döyüşlərində Ağdamı tərk etməyən aktrisa Aprel döyüşlərində Ağdamı tərk etməyən aktrisa](/uploads/posts/2017-03/thumbs/1488948927_0001.jpg) İnsanın gerçək gücü fürsətlərin, imkanların sıfıra bərabər olduğu şəraitdə üzə çıxır. Daha dəqiq desək, ən çətin şərtlərdə, dar imkanlar çərçivəsində onun real resursları özü üçün də aydınlaşır. Fəqumə Yusifova ilə ötən ilin payızında Ağdamda tanış olmuşuq. O, ARB TV və Novo Qoriça kinomərkəzinin birgə istehsal elədiyi “Gecikmə” adlı bədii-sənədli filmin qəhrəmanıdır. Filmin ssenari müəllifi mən, rejissoru Tahir Tahiroviçdir. Əyalətdə yaşayan aktyorların həyatı mənim üçün həmişə bədii material kimi maraqlı olub, xüsusən aktrisaların. Çünki biz kiçik şəhərlərdə qadınların həyatının necə olduğunu, cəmiyyətin onlara tanıdığı imkanların nə qədər məhdud olduğunu bilirik. İllah da ki o, aktrisadırsa (bu sənətin cəmiyyətdə birmənalı qarşılanmaması səbəbindən) onda onun üçün həyat ikiqat çətindir. Fəqumə xanımın peşəkar aktyorluq təhsili yoxdur. O, 15 yaşından Ağdam teatrına gəlib. Bu teatrda Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesinin tamaşasını görüb. Tamaşanın ona emosional təsir gücü olduğundan taleyini teatra bağlayıb. Fəqumə xanımın aktrisa kimi manerası, ritorikası aktyorluq məktəbimizin ənənəsindən kənara çıxmır. Amma məsələ bunda deyil. Həyatı ilə tanış olduqca mənim üçün peşəsi arxa plana keçdi, o, şəxsiyyət kimi böyüdü. Müharibə başlayanda Fəqumə xanım qaçqın düşüb, uzun müddət vaqonda yaşayıb. Beş, körpə uşaqla təkbaşına. Özünüz təsəvvür edin, müharibə illəri, iqtisadi-sosial böhran, qaçqınlıq, tutunacaq nəsə yox, yay-qış vaqonda... Gənc qadın tək körpələrini yaşatmaq, həyatda qalmaq üçün mübarizə aparmalıdır. Demək olar ki, bütün günü işləyib, vağzallarda köşklərdə su, kakao satıb, ağır işlərdən yapışıb. Mümkün olan və olmayan hər şeyi eləyib... Fəquma xanım bunları bizə qəhrəmanlıq, fədakarlıq kimi yox, sadəcə, keçmişdə olmuş adi bir əhvalat kimi danışırdı. Artıq uşaqları böyüyüb, ailə qurub və gedib. O, Ağdamın Ayaq Qərvənt qəsəbəsində (sonradan salınıb) tək yaşayır. Yaşadığı ev sərhədə nisbətən yaxın ərazidə yerləşir.
![Aprel döyüşlərində Ağdamı tərk etməyən aktrisa Aprel döyüşlərində Ağdamı tərk etməyən aktrisa](/uploads/posts/2017-03/thumbs/1488949018_01.jpg) Aprel döyüşlərində bəzi ailələr qəsəbəni tərk edəndə o, getməyib. “Siz niyə getmədiniz? Bakıda da övladlarınız yaşayır, onlara gedə bilərdiniz”. O, sualımdan təəccüblənir (və mən sualımın yersiz olduğunu anlayıram), çiyinlərini çəkir: “Niyə gedim ki, elə şeylər görmüşəm. Bu nədir ki...” Mənə elə gəldi ki, Fəqumə xanım qorxu hissini elə müharibə illərində, sağ qalmaq üçün mübarizədə apardığı dövrdə həmişəlik itirib. ...Yaşadığı qəsəbəyə avtobus işləmir, o, həftənin altı günü, yağışda, palçıqda teatra yolu piyada gedir. Mərkəzi yola çatanda da avtobus ola, ya olmaya. Maşınla təxminən bir saatlıq yolda o, piyada üç-dörd saatını itirir. Amma Fəqumə xanımın dilindən bir dəfə də olsun giley, bunun sənət naminə qurbanvermə olduğunu eşitmədim. Əksinə, onun həyat dolu olmasına heyrətlənirəm. O, soyuq evində məşq də edir, həyat-bacaya əl də yetirir, gül-çiçək, meyvə ağacları becərir. Demək istəmirəm ki, biz belə şərtlərdə yaşamağı norma kimi qəbul etməliyik, sosial həyatımızı yaxşılığa doğru dəyişməkdən ötrü nəsə etməməliyik. Əksinə, hər bir insan normal şərtlərdə yaşamalıdır. Bu vəziyyətdə məni məsələnin başqa tərəfi sarsıdır. Heç nəyə baxmayaraq qadının daxili gücü, iradəsi, ruhdan düşməməsi. Bu gün 8 Martdır... 8 Martdan danışanda qadının təhsilli olmasının vacibliyini önə çəkirik. Təhsil əlbəttə ki, vacibdir. Amma təkcə təhsilmi? Son 20 ildə keyfiyyətli təhsil alan adamların mənəvi dəyərlərinin laxlandığını, pis mənada fürsətcilliyinin şahidi olduq. Sağlam cəmiyyətin özəyi təkcə təhsili qadında (bayramdan dolayı qadını vurğulayıram) yox, bəlkə daha çox mənəvi dəyərlərin möhkəmliyindədir. Fəqumə xanımın ali təhsili yoxdur. Və hələ də bizdə işıqlı, sağlam nəsə qalıbsa, həm də Fəqumə xanım kimi mənəviyyatı güclü, təmiz qadınlara borcluyuq. \\KULİS.AZ\\
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10 |
|
|
|
• Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07 |
|
|
|
• Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39 |
|
|
|
• London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11 |
|
|
|
• “Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47 |
|
|
|
• "Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43 |
|
|
|
• Tramp-Putin razılaşması Bakıdan necə görünür - Asif Nərimanlının yorumu
Bu gün, 00:28 |
|
|
|
• Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar - BU NƏDİ BELƏ?
Bu gün, 00:22 |
|
|
|
• Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? - GƏLİŞMƏ
Bu gün, 00:15 |
|
|
|
• Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Bu gün, 00:12 |
|
|
|
• Zelenski Trampla danışıqlarını açıqladı: - SENSASİON DETALLAR
Bu gün, 00:01 |
|
|
|
• “Kiyevdə dəhşət, Moskvada sevinc” - ABŞ-ın Ukrayna siyasətində dramatik dönüş
Dünən, 23:57 |
|
|
|
• Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 22:27 |
|
|
|
• Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Dünən, 22:09 |
|
|
|
• MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Dünən, 22:04 |
|
|
|
• Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Dünən, 21:18 |
|
|
|
• “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Dünən, 21:12 |
|
|
|
• "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Dünən, 21:09 |
|
|
|
• "Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Dünən, 19:15 |
|
|
|
• Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Dünən, 19:10 |
|
|
|
• Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Dünən, 19:09 |
|
|
|
• "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Dünən, 19:09 |
|
|
|
• Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Dünən, 19:02 |
|
|
|
• "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Dünən, 18:12 |
|
|
|
• Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Dünən, 18:09 |
|
|
|
• Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Dünən, 18:06 |
|
|
|
• “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Dünən, 18:02 |
|
|
|
• Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Dünən, 17:57 |
|
|
|
• Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Dünən, 17:54 |
|
|
|
• “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Dünən, 17:51 |
|
|
|
• Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Dünən, 17:46 |
|
|
|
• Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Dünən, 17:37 |
|
|
|
• Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Dünən, 17:36 |
|
|
|
• Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:31 |
|
|
|
• Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Dünən, 17:30 |
|
|
|
• SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Dünən, 17:27 |
|
|
|
• Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Dünən, 17:25 |
|
|
|
• Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Dünən, 17:21 |
|
|
|
• "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Dünən, 17:20 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Dünən, 17:14 |
|
|
|
• Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Dünən, 17:11 |
|
|
|
• Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Dünən, 17:09 |
|
|
|
• "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Dünən, 17:08 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Dünən, 17:07 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Dünən, 16:50 |
|
|
|
• Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:48 |
|
|
|
• Putin genişmiqyaslı müharibəyə başlayır
Dünən, 16:27 |
|
|
|
• "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Dünən, 16:23 |
|
|
|
|