
DİA.AZ: - Müğənni Nura Surinin oğlu David Azərbaycan Ciu-citsu Federasiyasının təşkil etdiyi BJJ və FİGHTİNG üzrə – 9 yaşlı uşaqlar arasında keçirilən yarışlarda 34 kq çəki dərəcəsində yarışıb.
DİA.AZ xəbər verir ki, bundan öncə 4 dəfə qalibiyyət qazanan idmançı bu dəfə də döyüşlərdə bütün rəqiblərinə qalib gələrək respublika çempionu olub.
Xatırladaq ki, Nura Surinin böyük oğlu peşəkar futbol və qaydasız döyüşlə, ortancıl oğlu isə ciu-citsu idmanı ilə məşğul olur.