
DİA.AZ: - Istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyev yenə də qalmaqallı açıqlaması ilə səs-küy yaradıb. Elton bəzi rəqqasələri paxıllıqla ittiham edib.
DİA.AZ-ın məlumatna görə, o, sosial şəbəkədə yazdığı rəydə rəqqasə Renkanı heç bir rəqqasələrin təbrik etməməsinə etirazını bildirib:
“O boyda Renka sosial layihəsi elədi, bütün azərbaycan mətbuatı ondan yazdı. Həmkarlar isə paxıllıqlarından onu təbrik etmədi. Amma Ajda və ya hansısa bir türk müğənnisi gələndə qabaqlarına qaçırlar”.