Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                 

"Hamı deyir qıjısan, kəntoşsan, eybi yox, əcəb edirəm, balalarıma çörək qazanıram"
Tarix: 4-02-2015, 09:08 | Çap et
"Hamı deyir qıjısan, kəntoşsan, eybi yox, əcəb edirəm, balalarıma çörək qazanıram"
Kulis.az “Sevimli şou”nun aparıcısı Mikayıl Güləddinoğlundan müsahibə götürüb.

diaaz.space həmin müsahibəni təqdim edir:

- Siz Mədəniyyət və İncəsənət Universitetini bitirmisiz. Öz istəyinizlə qəbul olunmuşduz, yoxsa, təsadüfən belə alındı?

- İstəyimlə qəbul olmuşdum. Birinci jurnalistikanı yazmışdım. İkinci ədəbi yaradıcılıq və ekran dramaturgiyası idi. İxtisasım da odur. Rafiq Həşimovun vurğunu idim. 11-ci sinifdə oxuyanda onu məhəlləmizdə gördüm, dükanda. Mənə qəribə gəlirdi onu görmək. Yaxınlaşıb dedim ki, məndən jurnalist olar? Başımı sığallayıb dedi ki, niyə olmur ki. Tale elə gətirdi ki, İncəsənət Universitetində oxuyanda bizi Az.TV-yə praktikaya apardılar. Kart verdilər ki, bir ay müddətində gələ bilərsiniz. Uşaqlardan kimsə ora getmədi. Həvəsləri olmadı. Getdim, rejissor Nazim Abbası tapdım. Dedim ki, mənə kömək edin, aparıcıların yanına gedim. Diktorluq sənətinin incəliklərini öyrədən Sabir Axundov rəhmətlik dedi ki, səni kim göndərib? Onda da tapşırıqla idi. Mənim kimsəm yox idi. Atam tramvay sürücüsü olub. Dəstəyim olmayıb. Sağ olsun, Sabir müəllim kömək elədi. Üç ay praktikaya getdim. Amma nəticəsi olmadı. Çünki bilirdim ki, kimsə tapşırmalıdır. Sonra sınaq oldu. Sabir müəllim dedi ki, sən girmə ora. Dedim, niyə? Dedi ki, kiminsə əli ilə getməlisən. Bir adam var, adını çəkməyəcəyəm. İndiyə kimi içimdə ona nifrət hissi var, bilmirəm, bəlkə də dünyasını dəyişib. İndi də yadıma düşəndə pis oluram. İkinci kursda oxuyanda yenə getdim dövlət televiziyasına. Dedim, radiodan başlayım. Həmin adam radioda işləyirdi, kobud şəkildə mənə dedi ki, əəə, qapını çöldən bağla. Pərt oldum. İçəridə qızlar da vardı. Niyə mənimlə elə danışmalıydı ki...

- Deyəsən Aydın Dadaşovun tələbəsi olmusuz.

- Aydın Dadaşov çox ünsiyyətcil adamdır və sözü birbaşa deyəndir. Əslində mənə əvvəl elə gəldi ki, Aydın müəllim hamını pərt eləməyə çalışır. Sonra gördüm ki, yox, həqiqəti deyir. İncəsənət Universitetinə təzə daxil olmuşdum, ilk dərs günüdür, bizdə Fərahim adlı oğlan vardı, indi Şəkidə mədəniyyət şöbəsinin müdiridir. Nəsə ondan xoşum gəlmirdi, heç nə eləmirdi, sadəcə, xoşum gəlmirdi, onu döydüm. Aydın müəllim məni tənbeh elədi, amma sonra onunla möhkəm dostluq elədik. Hətta bir dəfə ona dərdimi dedim ki, atam qəzaya uğrayıb. O da tutdu qolumdan məni auditoriyaya gətirdi, dedi ki, bu, yazıqdır, yazıq adamdır, atası da “avariya” edib, pulları da yoxdu. Mən də məəttəl qaldım ki, o niyə belə edir. Çox qəribə, bənzərsiz adamdır. Yazılarını oxuyuram. Yazıları da bənzərsizdir. Ümumiyyətlə, İncəsənət Universiteti qısa zaman kəsiyində məni çox dəyişdi.

- Nə mənada dəyişdi?

- Sakit adam deyildim, şuluq idim, kimisə döyməliydim. İncəsənət Universiteti məni rəndələdi. Qısa müddətdə dünya ədəbiyyatı ilə tanış oldum, Bunindən tutmuş Markesə kimi.

- Kulis.az-da aparıcıların hansı kitabları oxuması ilə bağlı sorğu olmuşdu. Maraqlı əsərlərin adını çəkmişdiniz. Belə anladım ki, vaxtaşırı mütaliə edirsiz. Kütləvi şounun aparıcısı və ciddi ədəbi nümunələr. Sizcə, buna təəccüblənməliyik?

- Bəli. Bilirsiz, mən televiziya qayda-qanunlarını çox gözəl bilirəm. Qulu Məhərrəmlinin, Aydın Dadaşovun bütün kitablarını oxumuşam. Amma bu kitablarda oxuduğumu praktikaya tətbiq eləmək uşaqlarım üçün çörək pulu qazandırmaz. Mən bu dəqiqə şou aparıram, yaxşı edirəm, toya gedirəm, yaxşı edirəm, uşaqlarımı dolandırıram, əcəb edirəm. Çünki mənim publikama dünya ədəbiyyatı lazım deyil. Mən verilişdə Markesdən danışsam reytinqim bir olar. Amma orda Telli ilə qol-boyun oynasam reytinq olacaq on.

- Amma oxuyursuz axı...

- Nə olsun. Özümü sakitləşdirirəm. Mən Zəlimxan Yaqubdan başqa oğul istərəm ki, mənimlə üzbəüz dayanıb 24 saat şeir desin. Ramiz Rövşəndən, İlham Qəhrəmandan, Salam Sarvandan, Nizamidən şeir deyərəm. Nə olsun, məgər bununla bağlı qarın doyacaq? Hamı deyir qıjısan, kəntoşsan, eybi yox. Əcəb edirəm. Balalarıma çörək qazanıram. Zamanın tələbidir. Maarifləndirici veriliş açsam, o mənə çörək gətirməz. Mümkünsüzdür. Hamı yalandan pafosla danışa bilər. Amma mən zamanın nəbzini tutub gedirəm. Mənim oxuduqlarım məndən başqa kiməsə lazım deyil.

- Amma qazandığınız pulla qızlarınıza yaxşı təhsil verə bilərsiniz ki, məsələn, “Sevimli şou”nun publikasına oxşamasın. Yoxsa, istərdizmi qızlarınız o publika kimi olsun?

- Yox, əlbəttə, istəmərəm. Amma reallıq var da. Toylara gedirəm. Bu biznesdə üç ildir ki, varam. Özüm də istəmədən.

Məni indiyə kimi toyda oynayan görməyiblər. Qonaq çağırıldığım toylarda oynamıram. Çünki içimdən gəlmir. Amma verilişdə oynayıram, publikaya hesablanmış şeydir. Oynayıram, deyirlər ki, toylarda gör, nətəhər oynayır da. Əslində heç nə yoxdur ey, ay bədbəxt. Sadəcə oynayıram.

- Yəni bir növ rol kimi yanaşrısız?

- Eynən.

- Ekrandakı rolunuz bitdi və kadr arxasındakı gerçək Mikayıl necədir?

- Bir dəfə verilişimə gəlin, görün. Verilişə Bahar Lətifqızını, Mətanət Əsədovanı dəvət eləmişdim. Reklam fasiləsi olanda ciddiləşdim. Bunlar da reklamda gülürlər. Deyirəm, nəyə gülürsüz? Deyirlər, sən nə qəribə adamsan. O ekranda gördüyünüz Mikayıl əslində ciddi Mikayıldır. Mənim dostluq etdiyim adamlar da tamamilə fərqli adamlardır.

- Müğənnilərlə dostluq eləmirsiz yəni.

- Müğənnidən adama dost olar? Ciddi deyirəm. Bir şeyi də deyim. “Kanal D”-də “Beyaz Şou”ya baxırdım. Birdən ağlıma gəldi ki, nə var, bu adamı tapmağa. Uçaram beşinci gün İstanbula. Gedərəm “Kanal D” yə. Elə də elədim. “Olduğu kimi” verilişində onunla müsahibəm oldu. Operator Pərvizə zəng elədim. “Kanal D” nin qabağında 8 saat gözlədim. Bəyaz gəldi, maşından düşdü, dedim ki, yetim oğlanam, heç kəsim yoxdu, sizdən müsahibə almasam, məni işdən qovacaqlar. Acun, Bəyaz kimi aparıcı olmağa nə var. İyirmi prodüseri var. Hazır materialla çıxırlar efirə. Yoxsa mən son tamaşaçını da otuzudurub verilişə qan-tər başlayıram.

- Hansı verilişləri izləyirsiz?

- Marağımda olan əyləncəli verilişlərə baxıram ki, rəqiblərim kimlərdir. Necə aparırlar. Sırf işə görə baxıram.

- İstərdizmi televiziyaların mövcud konsepsiyası dəyişilsin?

- Büsbütün. Amma elə dəyişilsin ki, dolana da bilək.

- Söhbət yaxşı şərtlərdə işləməkdən gedir. Dəyişilsəydi, necə bir veriliş aparmaq istərdiz?

- Xəbərləri. Əgər əqidəlisənsə, kişiliyin varsa, minsifətlilik yoxdursa, dünyanın ən çətin şeyi müğənnilərlə işləməkdir. Çünki müğənnilər burda bir söz, orda başqa söz deyirlər. Mən o qədər müğənniləri döyməyə getmək istəmişəm. Dostum, gitarist Nofəl məni saxlayıb. Yarı yoldan qaytarıb.

- Ümumiyyətlə, kitabı niyə oxuyursuz? Buna katarsis kimi baxırsız, yoxsa?

- Əsasən də toylardan sonra oxuyuram. Buna mənəvi xilas kimi baxıram. Çünki toylarda elə danışırlar ki... Amma sən balalarına görə dözməlisən. Əgər toya gedirsənsə, bu sənət lotuluğu sevmir. Lotusansa toya getmə. Udmalısan deyilən sözləri. Yol boyu uzaq rayondan gələndə Ramiz Rövşənin şeirlərini deyirəm. Meditasiya edirəm. Özümə gəlirəm, olanları beynimdən silirəm ki, onlar yoxdu. Ora uşaqlara görə gedirəm.

- Cəbhə bölgəsində üç əsgər şəhid oldu yaxında. Həmin gün də sizin verilişdə çal-çağır vardı. Buna görə sosial mediada çox qınandınız.

- Veriliş yarım saat idi ki, başlamışdı. Canlı yayımda idim. Mənə bu xəbəri dedilər. (Müdafiə nazirliyi xəbəri günorta saatlarında yaymışdı-red.) Canlı yayımda müğənnilərdən xahiş elədim ki, lirik notlarda mahnı oxuyun. Yarıda saxladım onu. Ondan sonra çal-çağır olmadı. Facebooka bilirsiz niyə girmirəm? Qan-xətadı. Avqustda bir hadisə olmuşdu. Mən Qubadlıdanam axı. Ayın 31-i Qubadlının işğalı gün verdilər verilişi. Ağadadaşın ad günü idi. Əvvəldən çəkilib. Verdilər şənbə günü. Mən də Əkbərin əvəzinə aparırdım. Axı, mənim nə günahım var bu efirə o zaman verilib. Haqqımda hər şey yazılmışdı, hər şeyə dözmək olar. Amma biri yazmışdı ki, qeyrətsizdir, çox əsəbiləşdim. Əsli Füzulidən idi, Qazaxda hərbi qulluqdaydı. Fərəcov idi soyadı, adını unutmuşam. Ünvanını tapdım. Sumqayıtda yaşayır. Evlərinə getdim. Atası açdı. Dedim, məni tanıyırısız? Təəccübləndi. Dedim, oğlunuz lazımdır. Dedi, Qazaxda əsgərlikdədir. Sıxdım özümü ki, demək bu hərbi qulluqçudur, belə reaksiyası təbiidir. Telefonunu alıb zəng elədim ki, atanla üzbəüz dayanmışam. Mən qeyrətsiz deyiləm. Səni də ona görə bağışlayıram ki vətənimizi qoruyursan. Səhəri Facebookda da üzr istədi. Mən də Füzulidə ermənilərlə sərhəddə qulluq eləmişəm.
- Siz sənətşünaslıq fakültəsini bitirmisiz. Belə verilişi aparanda özünüzü sənətə xəyanət etmiş sayırsız?

- Edirəm, amma barışdım.

- Müsahibələrinizdən birində demisiz ki, “Sevimli şou”nu təklif edəndə tərəddüd eləmisiz. Nəylə bağlı idi tərəddüdünüz?

- Verilişin alınıb-alınmamağı ilə bağlı. Çünki başqa formatlı proqramdan birdən-birə çevriliş edib şou aparmalı oldum.

- Ara sıra verilişinizə göz atıram. Orda müğənnilərin özünü şit apardığı situasiyalar olur. Bəzən hiss olunur ki, bundan sıxılırsız...

- Üzr istəyirəm, adamın əti tökülür. Aparıcı kimi nəyə əsəbiləşirəm? Müğənnilərin çoxunu, daxili aləmini, həyatını bilirəm, əxlaqdan dərs deyir. Həmişə deyirəm ki, ölsəm şəkərdən öləcəm.

- Bir də onları tərifləyəndə sanki boğazdan yuxarı tərifləyirsiniz.

- Verilişdi də. Nəsimi olmaq istəmirəm.

- Nəsimi Nəbizadə?

- Yox (gülür), dərisi soyulan Nəsimi. Babək də olmaq istəmirəm.

- Daha nə demək istərdiz, verilişdəki publikanıza yox. Sizi qınayan insanlara?

- Qoy, mənim üzümə desinlər. Bu vaxta kimi üzümə gəlib deməyiblər. Diogen sevdiyim filosofdur. Əslində eyni xarakterdə olmuşuq. Çünki o da mənim kimi axmaq camaatla barışıb. Diogendən sitat gətirmək istəyirəm. Ona bir gün deyirlər ki, səni bazarda tərifləyirdilər. Dilxor olur ki, gör, nə gündəyəm ki, məni bazarda tərifləyirdilər. Sabahı gün deyirlər ki, mötəbər ziyalı məclisində tənqid edirlər. Sevinir ki, deməli mənim irəliləyişim var ki, ziyalılar tənqid edir. Qoy məni ziyalılar tənqid eləsin.

- Tənqidə münasibətiniz necədir?

- Əladır. Amma təhqir olmasın.

- Ailədə münasibət necədir verilişinizə?

- Atam və anam dəstəkləyir. Gəlirəm evə verilişdən sonra, həyat yoldaşıma deyirəm ki, filan şeyə baxdın. Deyir ki, seriala baxırdım. Sevmir. Verilişimə epizodik baxır ki, necə görünürəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru