"Ailə qurandan sonra teatrdan uzaqlaşacağam..." - Azərbaycanlı aktrisa
Tarix: 4-02-2015, 09:10 | Çap et
!["Ailə qurandan sonra teatrdan uzaqlaşacağam..." "Ailə qurandan sonra teatrdan uzaqlaşacağam..."](/uploads/posts/2015-02/1423026590_0001.jpg) diaaz.space aktrisa Ruqiyyə Heydərovanın Milli.Az-a müsahibəsi.
- Ruqiyyə xanım, siz Dövlət Kukla Teatrının gənc aktrisalarından olsanız da, oynadığınız bir çox tamaşalarla uşaqların yaddaşına indidən həkk olunmağı bacarmısınız. Bu tamaşalara misal olaraq, “Pinokkio”, “Karlson”, “Göyçək Fatma”, “Balaca şahzadə” və s. tamaşaları misal göstərmək olar. Maraqlıdır, karyeranıza niyə məhz Kukla Teatrında başlamaq qərarına gəldiniz?
- Çünki başqa teatrlarda olan ab-hava mənə o qədər də yaxın deyil. Bura teatr olaraq mənim ilk iş yerimdir və düşünürəm ki, elə sonuncu da olacaq. Çünki bura, buranın kollektivinə çox öyrəşmişəm.
- Axı bu teatrda sizin üzünüz bir o qədər də görünmür. Daha çox pərdə arxasında qalırsınız. Bu hal sizin məşhurlaşmağınız üçün bir maneə deyilmi?
- Mənə, onsuz da, pərdə arxasında qalmaq lazımdır da (gülür).
- Niyə? Tanınmaq istəmirsiniz?
- Xeyr. Əslində, mənim heç sırf aktrisa kimi fəaliyyət göstərmək fikrim də olmayıb. Çünki bizim ailədə və yaşadığım Maştağa kəndində bu peşəyə bir o qədər də müsbət tərəfdən yanaşmırlar.
- Bəs ailə üzvləriniz sizin aktrisa olmağınıza necə icazə verdilər?
- Onlar mənim müəllimə olmağımı istəyirdilər. Lakin topladığım bal yetərli olmadı. Ona görə də, Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. Amma mənim böyük səhnələrdə, filmlərdə oynayıb məşhurlaşmaq fikrim olmayıb heç vaxt. Bunu valideynlərimə də demişdim qabaqcadan. Bəlkə də, buna görə ürəyiyumşaq davrandılar (gülür).
- İndi sizin sənətinizə qarşı necə münasibət göstərirlər?
- Çox yaxşı. Ən azından necə bir kollektivdə çalışdığımdan xəbərdardırlar.
- Barmağınızdakı üzük diqqətimi çəkdi... Nişanlısınız?
- Bəli, nişanlıyam.
- Nişanlınız da sənət adamıdır?
- Xeyr, onun bu sənətlə heç bir əlaqəsi yoxdur.
- Ailə qurandan sonra işinizi davam etdirəcəksiniz?
- Düşünürəm ki, yox. Ailə qurandan sonra teatrdan uzaqlaşacağam.
- Ailənizə görə sənətin “daş”ını atacaqsızın, yoxsa..?
- Sırf ailəmə görə. Çünki həyat yoldaşımın iş qarafiki ilə mənim qrafikim düz gəlməyəcək, deyə düşünürəm.
- Belə çıxır ki, səhnə sizin üçün bir o qədər də önəmli deyil...
- Önəmli olmağına, önəmlidir. Ancaq aktrisalıq mənim üçün əvəzolunmaz sənət deyil. Mən yalandan deyə bilmərəm ki, bu sənətsiz yaşaya bilmərəm, səhnədən ayrı qala bilmərəm və s.
- Heç bir filmə, ya da seriala da çəkilmək fikriniz yoxdur?
- Qəti surətdə yoxdur.
- Bəlkə Kukla Teatrının aktrisalarının serial çəkilişləri zamanı rejissorların diqqətindən kənarda qalmaqları sizi həvəsdən salıb?
- Onunla heç bir əlaqəsi yoxdur. Çünki dəfələrlə seriallardan dəvət almışam. Birmənalı olaraq, bütün təkliflərə “yox” demişəm.!["Ailə qurandan sonra teatrdan uzaqlaşacağam..." "Ailə qurandan sonra teatrdan uzaqlaşacağam..."](/uploads/posts/2015-02/thumbs/1423026651_01.jpg)
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
• Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01 |
|
|
|
• Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59 |
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
|