Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                 

Aktrisa Xatirə Süleymanova: "Sevirəm, özü də iki nəfəri..."
Tarix: 11-02-2015, 09:29 | Çap et
Aktrisa Xatirə Süleymanova: "Sevirəm, özü də iki nəfəri..."
diaaz.space aktrisa Xatirə Süleymanovanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Xatirə xanım, siz Azərbaycanda serial və filmlərə ən çox çəkilən aktrisalardan birisiniz. İndiyə qədər neçə serialda rol almısınız?

- “Qaynana”, “Aramızda qalsın”, “Çaqqal nəfəsi”, “Son hədd”, “Göyçək Fatimə”, “Bir ailəm var”, “Həyat varsa”, “Həyat, sən nə qəribəsən” kimi seriallarda rol almışam. Bundan başqa, “Bakı, mən səni sevirəm” adlı bədii filmdə və “Sərkərdə ləyaqəti” sənədli filmində çəkilmişəm.

- Sadaladığınız seriallardan sizə ən düşərlisi hansı oldu? Daha dəqiq desək, tamaşaçı sizi hansı serial vasitəsilə tanımağa başladı?

- Yaradıcılığımda və tanınmağımda hər birinin öz rolu oldu. Amma “Həyat varsa” və “Bir ailəm var” serialı böyük tamaşaçı rəğbəti qazandırdı mənə. Rejissor Rüfət Şahbazov gənc olmağına baxmayaraq, çox mədəni və səviyyəli bir iş çıxartdı ortalığa. Bir də Adil Azayın “Son hədd” serialı çox xoş oldu mənim üçün.

- Uzun illərdir ki, Sumqayıt Dram Teatrında fəaliyyət göstərirsiniz. Bakıdakı teatrlarda müqavilə ilə işləmək fikriniz olub?

- Fikrim deyəndə ki, indiyə qədər işləməmişəm.

- Dəvət almamısınız, yoxsa?

- Xeyr, dəvət olmayıb.

- Olsa, işləyərsiniz?

- Qismətdən artıq yeməzlər. Bu, mənim həyatımda ən çox işlətdiyim kəlmədir. Allahın qismətindən qaçmaq olmur. İnşallah...

- Qismətinizin hansısa bir hissəsindən gileylənirsiniz, yoxsa həmişə şükür etməyi bacaranlardansınız?

- Əlbəttə, bacarıram. Şükür Allahın böyüklüyünə. Versə, nemətdir, verməsə, hikmət. Şükür bu günümə. Ən azından, hansısa bir el şənliyində, toyda, bayramda tamaşaçı sevgisini görüb-hiss edirəmsə, deməli, Allahın sevimli bəndəsiyəm. Mən bunu belə təhlil edirəm.

- Bildiyimə görə, həyat yoldaşınız 16 il bundan öncə dünyadan köçüb. Allah rəhmət eləsin. Hansısa bir xəstəliyi var idi?

- Bəli, həyat yoldaşımın ürəyi xəstə idi. Üç il ailəli oldum. O rəhmətə gedəndə oğlanlarımın birinin bir, o birinin isə iki yaşı var idi. İndi, maşallah, biri universitetdə təhsil alır, digəri də orta məktəbin son siniflərində oxuyur. O da ali məktəbə hazırlaşır. Uşaqlarım Allahın mənə verdiyi ən böyük mükafatdır, düşünürəm. Onlar mənim həyat simfoniyalarımdır. Allah eləməsin, onların pis sədaları gəlsə, onda pis bəstəkar olmuş olaram.

- Ailəli olarkən aktrisa kimi fəaliyyət göstərirdiniz?

- Xeyr, yoldaşım iş adamı idi. Mənim heç nəyə ehtiyacım yox idi. Teatrda işləmirdim. Uzun illər uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində incsənət söbəsinin müdiri vəzifəsində çalışmışam. Həm də həyat yoldaşım qısqanc adam idi. Heç eyvana da çıxmağa icazəm yox idi. Onsuz küçəyə çıxdı söhbəti yox idi. Amma həyat... Üç ilin gəlini, iki körpə ilə “canavar həyat”la üz-üzə qaldım. Şükür Allaha, mənim sahibim oldu. Şükür oğullarıma, şükür bu günümə. Özüm özümə dayaq olmağım üçün Allah mənə qüvvət verdi.

- Siz təcrübəli bir aktrisa kimi seriallarda olan vəziyyətlə bağlı nə deyə bilərsiniz? Niyə bizim seriallara az baxılır?

- Məncə, az baxılmır. Sadəcə olaraq, hərənin öz zövqü var və müzakirə olunmur. Amma yaxşı olar ki, seriallarımızın səs-səda salması üçün çəkilişlər zamanı peşəkar aktyor və aktrisalara müraciət olunsun. Çünki onların hər biri məktəb keçən insanlardır. Hər bir sənətin sənətkarı daha gözəldir.

- Qeyri-peşəkarlara çoxmu müraciət olunur?

- Sənətdə qeyri-peşəkarlar doludur. Utancverici bir şeydir. Aktyorların dəyərlərini vermək istəməyənlər, sənətdən bixəbər olanlar pul qazanmaq üçün hər yoldan ötəni seriala çəkirlər ki, ona pul ödəməsinlər. Yalnız özünə və sənətinə dəyər verən rejissorlar peşəkarlarla işləməyə üstünlük verirlər.

- Bəs sizin üçün o qeyri-peşəkarlarla bir serialda çəkilmək, tərəf-müqabili olmaq çətin olmur?

- Bu, tək mənim problemim deyil. Belələri rejissorları da çox incidirlər. Peşəkarlarla bir səhnəni bir dubla çəkiriksə, başqaları ilə bu dubllar uzanır. Həmin səhnə də qeyri-səmimi alınır. Aktyorlar da yorulurlar. Çox çətin və arzuolunmaz olur. Amma deyim ki, onlar özlərindən o qədər razı olurlar ki, biz mat qalırıq. Sənətdənkənarlar “meydan sulayanda” sənətkarlar mat qalırlar. Lakin bu, davam edə bilməz. Təbiilik və səmimilik peşəkar aktyorda daha qabarıq görünür. Səhnələrin sevilməsi lazımdır. Yoxsa belə olmur...

- Artıq dörd ilə yaxındır ki, Sumqayıt Dram Teatrında “Qatil” tamaşasında baş rolu canlandırırsınız. Eyniadlı tamaşa Akademik Milli Dram Teatrında da səhnəyə qoyuldu. Fərqi nədə gördünüz?

- Bu barədə danışmaq istəmirəm. Bircə bunu deyə bilərəm ki, biz əsərin mənasını və fikrini pozmadan ifa etdik. Mən utancaq, həyatı boyu əli kişi əlinə dəyməyən fağır müəllimi oynadım.

- Deməli, Akademik Milli Dram Teatrında səhnələşdirilən “Qatil”in motivi və məğzi dəyişdirilmişdi? Belə qənaətə gəlmək olar?

- Siz özünüz əsəri diqqətlə oxusanız, fərqi görəcəksiniz. Mən heç vaxt aktyorların əziyyətinə ləkə gətirəcək fikir demərəm. Çünki o rolu təhvil verənə qədər aktyor dəridən-qabıqdan çıxır. Hər rejissorun əsərə öz yanaşma tərzi var. Kim nəyi necə görür, necə fikirləşir, onu da səhnələşdirir.

- Siz də vaxtilə bir tamaşada öpüşmüsünüz, səhv etmirəmsə...

- Sevgi o qədər ülvi hissdir ki, onu öpüşmə və başqa bir şey olmadan, baxışlarla da həll etmək olar. Öpüşmək hələ lap yaxşı aktyor olmaqdan xəbər vermir. Mənim sevgi səhnələri oynadığım tamaşalar çoxdur. Amma rejissorlar o səhnələri elə incəliklə verdilər ki, nifrət doğuracaq heç nə yaranmadı. Biz unutmamalıyıq ki, bura Azərbaycandır. Əgər müasirlik deyiriksə, bu, çılpaq və açıq-saçıq səhnələrin bolluğu demək deyil.

- Sevginin ülvi hiss olduğunu vurğuladınız. Həyat yoldaşınızdan sonra kimisə sevdinizmi, yaxud indi sevirsinizmi?

- Sevirəm, özü də iki nəfəri...

- Bilirəm, övladlarınızı nəzərdə tutursunuz. Allah saxlasın. Amma mən əks cinsin nümayəndələrini nəzərdə tuturdum...

- Onlar da əks cinsin nümayəndələridir də (gülür). Mən ürəyimin açarını hər ələ təqdim eləmərəm (gülür). Hər şey gizli olanda abırlı və gözəl olur.

- Hal-hazırda hansı işin üzərində çalışırsınız?

- Hələ ki, ciddi bir iş yoxdur. Amma başlayanda birdən başlayır, adam çaş-baş qalır. Allah camaatımızın canını sağ eləsin, təki həmişə xeyir işlər olsun, mən də həmin məclislərdə aparıcılıq edim (gülür). Yenə də deyirəm, şükür bu günümə...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru