“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                 

Aysel Bayramova: "Onunla hər dəfə qucaqlaşanda..."
Tarix: 17-02-2015, 09:21 | Çap et
Aysel Bayramova: "Onunla hər dəfə qucaqlaşanda..."
DİA.AZ aktrisa Aysel Bayramovanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Aysel xanım, sizi kamera qarşısına keçməyə nə vadar etdi?

- İstək, həvəs...

- Bu həvəs sizdə çoxdan var idi?

- Doğulandan (gülür).

- Bu həvəs sizi haralara apardı?

- Məktəb vaxtı hamı mənə deyirdi ki, sənin bədən ölçülərin və boyun modellik üçün çox yararlıdır. Get özünü sına. Amma mən bir o qədər də ciddiyə almırdım. Elə oldu ki, bu barədə fikirləşdim və “Bes Model of Azerbaijan” yarışmasının seçim turuna qatıldım. Sözün düzü, seçim mərhələsini keçib, əsas tura düşəcəyimə heç ümidim yox idi. Lakin hər şey əksinə oldu. Yüzlərlə iştirakçının arasından seçilənlərdən biri də mən oldum. Həmin yarışmadan sonra bir model agentliyi ilə müqavilə imzaladım. Orada çalışmağa başladım. Rəhbərliyin təkidi ilə “Miss Azerbaijan” yarışmasına qoşuldum. Amma o müsabiqəyə getmək fikrim yox idi.

- Səbəb?

- Çünki mənə xəbər gəlib çatmışdı ki, ilk üçlük əvvəlcədən məlumdur artıq. Kimisi pul gücünə, kimisi adamına görə artıq ilk üç yerə “sahiblənmişdi”...

- Yarışmaya qatılandan sonra zənninizdə yanılmadığınızı gördünüz?

- Yanlımamışdım, fikirləşdiyim kimi oldu (gülür).

- Sonra nə baş verdi?

- Sonra bir müddət bu sahədən uzaqlaşdım. İşlədiyim şirkətlə də müqaviləmi yarıda pozdum. Podiumlara çıxmasam da, ara-sıra müxtəlif jurnallara çəkilirdim. Həmin ərəfədə mənə aparıcılıq təklif olundu. “Bermud üçbucağı” adlı verilişin aparıcılarından biri də mən oldum. Verilişdən sonra “Susmuş vicdan” adlı seriala dəvət aldım. Bu, mənim çəkiləcəyim ilk serial olduğuna görə, bir az ehtiyat edirdim. Əvvəlcə tərəddüdlə yanaşdım, amma rejissorun çoxsaylı təkidlərini nəzərə alaraq, çəkilmək qərarına gəldim. Amma debütüm çox uğurlu alındı...

- Çəkildiyiniz seialın adına uyğun olaraq sizə bir sual verim... Vicdanınız nəyin qarşısında “susur”?

- Çox qəribə olsa da, haqsızlığın. Əslində, mübarizə aparmaq istəyirəm, amma nədənsə həmişə mümkünsüz olur.

- Davam edək...

- Bəli, “Susmuş vicdan” dan sonra “Xəyanət” filminə çəkildim. Daha sonra “Aydın” serialına dəvət aldım. Onu da deyim ki, türk rejissorunun ekranlaşdırdığı bu serialda mənə baş rol – Gültəkin obrazı həvalə olunmuşdu. Həddindən artıq çətin bir çəkiliş prosesi keçdim. Məmməd Səfa müəllim və rejissor mənimlə fərdi şəkildə məşğul olurdular. Təsəvvür edin ki, tərəf müqabilimlə məni bir-birimizə öyrəşdirmək və rola psixoloji olaraq tam uyğunlaşdırmaq üçün hətta yeməyə də bir göndərirdilər ki, üzümüz bir-birinə alışsın. Çünki ondan qabaq mən onunla hər dəfə qucaqlaşanda rejissor “olmadı” deyirdi. Bizim bir-birimizə tam surətdə alışmağımız bir ilə yaxın çəkdi və nəhayət, rejissor dedi ki, hər şey hazırdır, aktyor və aktrisa bir-birlərinə tam öyrəşiblər. Beləliklə də, çəkilişlərə start verdik.

- Bir il çox vaxt deyil?

- Əlbəttə, amma bu o demək deyildi ki, mən aktrisa olaraq rolu oynamağa çətinlik çəkdiyim üçün bir il məşq etdim, sadəcə olaraq, rejissor ortalığa əsl “sənət əsəri” çıxartmaq üçün öz dəyərli vaxtını qurban verdi və bizi rola mükəmməl dərəcədə hazırladı.

- O serialın aqibət necə oldu?

- Hal-hazırda Türkiyədə montaj işləri gedir. Yaxın zamanlarda televiziya kanallarımızdan birində nümayiş olunacaq, inşallah.

- Xeyirli olsun... Ondan sonra, yəqin ki, başqa serial və filmlərdən də dəvət aldınız...

- Bəli, “Ləkə” serialına dəvət almışdım. Amma həmin ərəfədə “Aydın” çəkildiyim üçün ora gedə bilmədim. Bundan başqa “Toy gecəsi” serialından da baş rol üçün təklif gəlmişdi. Düzünü desəm, serialın adı və ssenarisi mənim ürəyimcə deyildi. Amma razılıq vermişdim. Hazırlıq prosesinin son mərhələsində çəkilməkdən imtina etdim. Hətta “Kann” festivalı üçün nəzərdə tutulmuş bir filmdən də təklif gəlmişdi mənə. Amma bir az açıq səhnələr olduğuna görə razılıq vermədim. Baxmayaraq ki, yüksək məbləğdə qonorar vəd olunmuşdu.

- Nə qədər?

- Üç gün üçün on beş min manat...

- Deməli, siz də qəti şəkildə heç bir açıq-saçıq səhnəyə çəkilmərəm deyən aktirsalardansınız?

- Düz vurğulayırsınız.

- Axı “My name is İntigam” filmində sizin canlandırdığınız obraz KİV-də 18+ olaraq təqdim olundu...

- O kimin üçünsə 18+, kimisi üçün də adi bir səhnə kimi görünə bilər. Orada heç bir açıq-saçıq səhnə yox idi. Ola bilər ki, geyimimə və mətnaltı frazalara görə onu elə adlandırıblar.

- O filmə qədər dramatik rolları canlandırmışdınız. Birdən-birə komediya filminə çəkilmək sizin üçün çətin olmadı?

- Əslində, Müşfiq Şahverdiyev mənə zəng edib bu rolu təklif edəndə əvvəlcə imtina etdim. Ancaq o, təkidlə bildirdi ki, məhz sənin çəkilməyini istəyirik. Bu rolda ancaq səni görürük. Sonra rolun gözəlliyindən və mahiyyətindən danışıb məni inandırdı. Belə desək, “saqqızımı oğruladı” (gülür). Düzdür, ona qədər rejissorlar mənə deyirdilər ki, sən komediya filmlərinə çəkilmə, dramatik rollar sənə daha çox yaraşır. Amma mən çox düşündüm, götür-qoy etdim və özümü bu sahədə sınamaq qərarına gəldim.

- Filmdə açıq geyinməkdən çəkinməmisiniz... Kadrarxası da istədiyinizi geyinirsiniz, yoxsa?..

- Bəli, mənim geyimə qarşı heç bir kompleksim yoxdur. İstədiyimi geyinə bilərəm. Qısa, açıq geyimlərdən istifadə etmək mənim üçün problem deyil. Bu baxımdan sərbəst bir insanam.

- Həyatınızda “gözlə qaş arasında” nə baş verdi?

- Həyatımda cərəyan edən hadisələrin çoxu bir göz qırpımında olub. Model olaraq podiuma çıxmağım, aparıcılıq etməyim, aktrisa olaraq fəaliyyətə başlamağım və s.

- Bildiyimə görə, bir nəfərlə ailə qurmağa hazırlaşırdınız, amma alınmayıb. İndi şəxsi həyatınızda vəziyyət necədir?

- “Həri”m alınıb. Amma müəyyən səbəblər və problemlər var. Qorxuram ki, heç alınmasın. Allaha pənah...

- Birinci alınmadı, bu da alınmasa, nə olacaq?

- Gələn dəfə geriyə yol yoxdur artıq, ailə qurub ana olacağam (gülür).

- Bəlkə tam ürəklə sevmədiyiniz üçün sizdə alınmır...

- Mən, ümumiyyətlə, bu yaşıma qədər sevginin nə olduğunu bilmirəm. Amma bunun sevməməklə bir əlaqəsi yoxdur. Hər iki insanla da ciddi münasibət qurmuşdum. Fikrim ailə qurmaq idi...

- İncəsənət həyatınıza necə təsir etdi?

- Bu sənətin həyatıma böyük təsirləri oldu. Bayaq qeyd etdiyim birinci münasibətimin alınmamasında sənətimin təsiri oldu desəm, daha doğru olar. Bu sənətdə çox çirkinliklər olsa da, həmişə yan qaçmağı bacarmışam. Bütün uğurlarımı öz gücüm və istedadım bahasına əldə etmişəm. Yoluma çox sədd çəkmək istəyiblər, lakin iradəmlə o maneələrin hamısını dəf edə bilmişəm. Bir də onu əlavə edim ki, mən çevrəmə çox önəm verən bir insanam. Hər adamı yaxına buraxıb, onunla dostluq etmirəm. Bir halda ki, mənim cəmi bir yaxın rəfiqəm var, yəqin ki, nə demək istədiyim sizə aydın oldu.

- “Ondan ötdü, mənə dəydi...” Kimdən ötüb sizə dəydi?

- Bu vaxta qədər çox zərbələr almışam. Rəfiqə dediyim, dost dediyim, güvəndiyim insanlar məni, mənim öz “silahım”la vurdular. Səmimiliyimdən, dürüstlüyümdən istifadə edib, məni yıxmağa çalışdılar, amma yıxılmadım. Ümumiyyətlə, mən həyatda kimdənsə pislik görürəmsə, Allah mənim qarşıma onun əvəzində həmişə ikiqat yaxşılıq çıxardır...

- Qarşınızda “ikiqat” olanlar çoxdur?

- Kifayət qədər var (gülür).

- Hal-hazırdakı işləriniz barədə bir az danışın, zəhmət olmasa...

- İndi podiumdan tamamilə uzaqlaşmışam. Çünki bizdə modellik sahəsi bir o qədər də inkişaf etməyib və ona qazanc mənbəyi kimi baxa bilmərəm. Düzdür, təkliflər olanda müəyyən jurnallarla əməkdaşlıq edirəm, reklamlara çəkilirəm və s. Əsas gücümü isə aktrisalıq sahəsinə yönəltmişəm. Hal-hazırda “Boyunbağı” serialında əsas rollardan birini canlandırıram. Eyni zamanda, yeni bir verilişdən aparıcılıq üçün təklif almışdı. Onu dəyərləndirdim. Artıq iki veriliş çəkmişik. Bundan başqa, yaxınlarda yeni bir serialın çəkilişinə də başlamışıq. Adı, şərti olaraq, “Qızlar” dır. Ancaq ad üstündə hələ də fikirləşirik (gülür).










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru