Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

“Adamın üstündə Allah var, Şəmi maaşımı hər ay vaxtlı-vaxtında verir”
Tarix: 24-02-2015, 10:34 | Çap et
“Adamın üstündə Allah var, Şəmi maaşımı hər ay vaxtlı-vaxtında verir”
“Gənclik qəzeti”-nin bu həftəki qonağı “My name is İntiqam” filmində yaratdığı Syoma rolu ilə tanınan, “Bozbash pictures” serialının Qılman həkimi aktyor İlkin Misgərlidir.

İlkin 2004-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin “Dram kino aktyorluğu” fakültəsini bitirib. Görkəmli rejissorumuz, “Yuğ” Teatrının bədii rəhbəri Vaqif İbrahimoğlunun tələbəsidir. O, ikinci kursdan etibarən V.İbrahimoğlunun yaratdığı “Yuğ” Teatrında çalışıb. 2002-ci ildə Teatr Xadimləri İttifaqında keçirilən Monotamaşalar Festivalının “Debüt” bölümündə “Ən yaxşı kişi rolu”, “Ən yaxşı tamaşa” nominasiyasında qalib olub. Bu gün isə hər kəsin sevimlisi Qılman obrazı ilə qarşımızdadır.

- Sizi Müşviq Şahverdiyevlə birgə rol aldığınız “Bu da bu” layihəsindən tanısaq da, tamaşaçı sizi daha çox “My name is İntiqam” filmindəki rolunuza görə sevdi. Hesab edirsinizmi ki, bu film sizə uğur gətirdi?

- “My name is İntiqam” filmi və orada yaratdığım Syoma obrazının mənim üçün önəmi böyük idi. Çünki ilk dəfə idi ki, bədii filmdə çəkilirdim. Filmin bu qədər tamaşaçı tərəfindən sevilməsi məni, eləcə də bütün yaradıcı heyəti sevindirdi. Düşünürəm ki, filmin belə uğurlu alınmasında mənim də bir balaca rolum var. Çünki Syoma həqiqətən sevilən obrazlardan biri oldu. Tamaşaçılar “My name is İntiqam”, “Xoxan” filmindən çox şeylər gözləyirdi, ikisi də təqdim olunub və öz sözünü deyib. Qarşıda dostlarımın çəkdiyi “Ay brilliant” filmi gəlir. Bu filmdə oynamıram, amma İlkin deyib ki, əgər “Ay brilliant”ın davamı çəkilsə, mən də heyətdə yer alacam. İnanırıq ki, iki filmdən sonra bu film də uğurlu olacaq və bir az da çox tamaşaçı kinoteatrlara qayıdacaq.

- Yaratdığınız Qılman obrazı qısa zaman ərzində çox tanındı. Onun tez bir zamanda bu qədər seviləcəyini gözləyirdinizmi?

- Əlbəttə gözləyirdim. Niyə də gözləməyim? Hesab edirəm ki, insan gördüyü işdən arxayın olmasa, onu boynuna götürməz. Şəxsən bunu öz adımdan deyirəm. Syoma obrazı ilə yanaşı belə bir obrazı yaratmağın arzusunda idim. Syomanı tamaşaçıların yaddaşından çıxarmaq istəyirdim. Bu obrazımla tamaşaçıların xatirəsində qalmaq istəmirdim. Ona görə Qılmana çox güvənirdim. Hiss edirdim ki, Qılmanla nəsə edə biləcəyəm.

- Filmin qala gecəsində zarafatyana rejissorlara ismarıc göndərdiniz. Bildirdiniz ki, siz Syomadan da gözəl obrazlar canlandıra bilərsiniz. Məhz bu müraciətdən sonra sizə belə bir obraz təklifi gəldi?

- Əminliklə deyə bilmərəm ki, məhz həmin sözdən sonra mənə belə bir obraz təklif olundu. “Bozbash pictures” layihəsinin yaradıcı heyətinə minnətdaram ki, mənə belə bir rol təklif etdilər. Mən də bu serialda rol aldım. Çünki filmdən sonra yaradıcılığımda bir müddət boşluq yaranmışdı. Onlar məni seriala dəvət etməsəydilər, yəqin ki, bu günədək işsiz qalacaqdım.

- Çəkildiyiniz serialda Qılman öz pulunu simic xalaoğlulardan ala bilmir. Bəs həyatda necə, Şəmidən qonorarınızı ala bilirsinizmi?

- Həyatda Qılman deyiləm ki (gülürük). Qonorarımı vaxtında ala bilirəm. Qılman yazıq və fağır adamdır. Həm də çox kasıbdır. Amma real həyatda elə deyiləm. Adamın üstündə Allah var, İlkin Həsənli hər ay maaşımı vaxtlı-vaxtında verir. Rolumun mənim həyatıma heç bir aidiyyəti yoxdur. Sabah elə bir obraz olar ki, tamaşaçılar Qılmanı unudar və məni yaratdığım başqa obrazıma görə sevərlər. Sabahın nələr gətirəcəyini bilmək olmaz.

- “Bozbash pictures”-in çəkdiyi “Ay brilliant” filmində nə üçün sizə rol verilməyib?

- Həmin filmin çəkilişləri ərəfəsində mənim onlarla işbirliyim yox idi. Filmin çəkilişləri zamanı mən “My name is İntiqam” filmində çəkilirdim. Paralel eyni filmdə rol almaq mənim üçün çətin olardı. Əgər filmin ikinci hissəsi çəkilərsə, mütləq şəkildə orada rol alacam.

- Müşfiq Şahverdiyevlə işbirliyiniz necə oldu? İndi onunla münasibətləriniz hansı səviyyədədir?

- İndi onunla münasibətimiz əvvəlkindən də yaxşıdır. Hər şey qaydasındadır. Müşfiq mənim üçün əziz insandır. O mənə qardaşdan irəlidir. Biz onunla tələbə yoldaşı olmuşuq. Müşfiqdən təklif gəlsə, yenə də onunla işləyərəm.

- Ağır janrlı “Yuğ” Teatrından çıxıb komediya obrazı yaratmaq sizə çətin gəlmirmi?

- Teatrda işləyərkən belə, mənə yalnız xarakterik obrazlar verirdilər. “Yuğ” Teatrı psixoloji tamaşalar hazırlasa da, bilirdilər ki, mənim potensialıma hansı obrazlar uyğundur. Mən tələbəlik illərində də komediya obrazları canlandırırdım. Dram janrında özümü görmürdüm.

- İndi sizə dram obrazları verilsə, o obrazları canlandıra bilərsinizmi?

- Əlbəttə, canlandıraram. Məndə bacarmaram söhbəti yoxdur. Əgər bacarmıramsa, gecə-gündüz onun üzərində çalışaram. Alınması üçün əlimdən gələni edərəm. Bacardığım qədər çalışaram ki, həm rejissor, həm tamaşaçı məndən razı qalsın, ən əsası da özüm-özümdən razı qalım.

- Şəmi ilə Şöşü xalaoğulları nə üçün Qılmanın başına bu qədər oyun açırlar?

- Bu, bizim ssenaristimiz Ənvərin işləridir (gülür). Anlaya bilmirəm ki, o, Qılmanı nə üçün bu xarakterdə görür? Bir dəfə ondan xahiş edəcəyəm ki, şəxsi həyatda olmasa da, rolumda yuxuda da olsa 500 mini bir arada görüm. Ümid edirəm ki, heç olmasa bunu mənə çox görməzlər.

- Deyirlər ki, Qılman Fəlakət obrazından da betər partlayış yaratmalıdır. Bu fikirlərlə razısınızmı?

- Mən elə düşünmürəm. Çünki bugünkü günün özündə də mən Fəlakətə pərəstişkarlıq edirəm. Sevinirəm ki, onun kimi tərəfmüqabilim var. Biz hamımız birlikdə bir komandayıq. Bizim uğurumuz da birdir, uğursuzluğumuz da. Burada mən, sən söhbəti yoxdur. Ona görə kimin məşhur olmasının bizim üçün elə də önəmi yoxdur.


“Adamın üstündə Allah var, Şəmi maaşımı hər ay vaxtlı-vaxtında verir”
“Adamın üstündə Allah var, Şəmi maaşımı hər ay vaxtlı-vaxtında verir”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru