Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

Səbinə İlyasova: "Açıq geyinmək üçün arıqlayıram"
Tarix: 12-03-2015, 09:05 | Çap et
Səbinə İlyasova: "Açıq geyinmək üçün arıqlayıram"
DİA.AZ əməkdar artist Səbinə İlyasovanın Milli.az-a müsahibəsini təqdim edir:

- Səbinə xanım, uzun müddət efirdə olmadınız, sonra arabir göründünüz və son vaxtlar yenidən yoxsunuz. Nə baş verir?

- Efirə köhnə repertuarla çıxmaq istəmirəm. Yeni repertuarım üzərində işləyirəm, mahnılarım aranjman edilir. Hazır olanları da var, olmayanları da. İndi əsas işim yeni mahnılarımdır.

- İşlədiyiniz bəstəkar var?

- Düşünürəm ki, köhnə mahnılarımı aranjman etdirsəm, daha yaxşı olar. Məsələn, Nailə Mirməmmədlinin 15 mahnısını oxumuşam. O vaxt yazdırdım, efirə çıxarmadım. Onlar yeni mahnı kimi səslənəcək. Ələkbər Tağıyevin də bir neçə mahnısını oxumuşam.

- Bəlkə, gənc bəstəkarlarla işləmədiyiniz üçündür ki, gündəmin nəbzini tuta bilmirsiniz?

- Gənc bəstəkarların mahnıları mənim xoşuma gəlmir.

- O mahnılarda nəyi bəyənmirsiniz?

- (düşünür) Yaxşı mahnılar deyil də. Mənim musiqi zövqümə uyğun gəlmir.

- Amma bu gün tələbat məhz o mahnılaradır.

- Gərək o mahnıları min dəfə oxusunlar ki, tamaşaçının yadında qalsın. Yəni yaddaqalan mahnılar deyil.

- Son dəfə efirdə nə vaxt olmusunuz?

- Bu yaxınlarda ANS-də “Günəbaxan” verilişində oldum. Heç bir ay olmaz.

- Deyirlər ki, şan-şöhrət çox vəfasızdır, insanı tərk edə də bilir. Necə düşünürsünüz, əvvəlki qədər tanınırsınız, yoxa sizi unudublar?

- Heç kim məni unutmayıb, haraya gedirəmsə, hamı da tanıyır. Ola bilər ki, 15-20 yaşlı gənclər və yeniyetmələr tanımasınlar. Orta və yaşlı nəsil isə məni tanıyır.

- Son illər səhnəmizdə gənclərin açıq-aşkar hegemonluğu var. Bunu yaşlı sənətkarların məğlubiyyəti kimi qiymətləndirmək olarmı? Demək istədiyim odur ki, sanki hazırda sizin nəsil sənət adamları sanki ikinci plandadırlar.

- Bu, məğlubiyyət deyil. Birincisi, bizim özümüzdən asılıdır. Deyirlər ki, hər aşiqin bir dövranı var.

- Belə çıxır ki, sizin dövranınız keçdi?

- Yox, dövranımız keçmədi. Artıq illər ötdükcə adamda əvvəlki həvəs qalmır. Gənclik illərində olan enerji, istək yoxdur.

- Onda siz yaşlanmaqla da barışmısınız...

- İndi oxuyan gənclər də iyirmi ildən sonra bizim indiki durumumuzda olacaqlar. Çünki onda da yeni nəsil gələcək, bunlar köhnələcəklər. Yeni ideyalarım var. Bilirsiniz, bu, ya tənbəllikdir, ya arxayınlıq. Düşünürsən ki, artıq sözümü demişəm də. Amma etiraf edim ki, belə düşünmək doğru deyil.

- Hesab edirsinizmi ki, sənətdə sözünüzü lazımınca deyə bilmisiniz?

- Əlbəttə. Sənətdə sözümü demiş müğənniyəm. Özümü tərifləmirəm, amma bu, reallıqdır.

- Sözünüzü deyib kənara çəkilmisiniz...

- Kənara çəkilməyimin çox səbəbləri var. Ailəmdə olan problemlərin də burada müəyyən təsiri oldu. Dayandım, indi sürət yığmalıyam. Bunun üçün də kömək lazımdır.

- Sponsoru nəzərdə tutursunuz?

- Yox, yaxşı dostları. Məsələn, siz zəng vurdunuz, bir az da həvəsləndim. Sponsor istəmirəm. Sponsor dəli deyil ki, sənə havayı pul xərcləsin. Özün bilirsən də... Mən real söhbət edirəm.

- Sizə belə təklif olub?

- Gənclik illərimdə çox olub.

- Bəs son illərdə?

- Olmayıb, olsa da qəbul etmərəm. Dedim axı, mən “sponsor” sözünü sevmirəm.

- Gənclik illərinizdə olan sponsorluq təklifi hansı şərt qarşılığındaydı?

- Mənimçün heç bir şərt qoyulmayıb. Amma çox ağıllı olduğum üçün təklifin arxasında nəyin dayana biləcəyini hiss etmişəm. Ona görə də elə təklifləri qəbul etmirdim.

- Səhnəmizdəki baxımlı xanımlardan birisiniz və bu, kompliment deyil. Düşünürsünüzmü ki, indi sizə sponsor təklifinin olmaması ona dəlalət edir ki, artıq illər öz işini görür?

- Sən demək istəyirsən ki, biz qocalmışıq?

- Elə demədim...

- Qoy bir az arıqlayım, qocalmadığımı sübut edəcəyəm (gülür). Sadəcə, məndə kompleks yaranıb. Bilirəm ki, çox baxımlı olmuşam. Amma indi özüm-özümü qane etmirəm. Özümə tənqidi mövqedən yanaşıram və bu da gözəl bir şeydir. İnsan öz mənfi cəhətlərini mütləq görməlidir.

- Dəyişən nədir?

- Bir az kökəlmişəm. Gombul deyiləm e, sadəcə, istədiyim çəkidən 15 kilo uzağam. İndi 81 kiloyam.

- Gənc ifaçılardan kimləri dinləyirsiniz?

- Düzünü deyim ki, bu gün mahnı janrında heç kimi dinləmirəm. Aralarında yaxşıları var. Ancaq hayıl-mayıl olduğum ifaçı yoxdur. Muğam ifaçılarından Kamilə Nəbiyeva ifası ilə məni şok eləmişdi. Bu yaxınlarda əməkdar artist fəxri adı alan Babək Niftəliyevə, Güllü Muradovaya, Ehtiram Hüseynova qulaq asıram. Güllünün segahına qulaq asanda kövrəlirəm. Ehtiramın səsi isə Tələt Qasımovun səsini xatırladır. İlkin Əhmədova da məmnuniyyətlə qulaq asıram. Mahnı janrında isə Röyanı dinləyirəm. O da gənc ifaçı deyil, artıq sözünü deyib.

- Əvvəl çox müasir, bir az açıq geyinirdiniz. Çəki atsanız, yenə əvvəlki kimi geyinəcəksiniz?

- Bəs elə ona görə arıqlayıram da. Həmişə müasir geyinmişəm, indi ölçülərim imkan vermir. Xoşladığın geyimləri geymək üçün mütləq arıq olmaq lazımdır. Çəkim məndə kompleks yaradır. Əvvəlki Səbinə olmaq istəyirəm. Efirə çıxanda heç kim deməsin ki, əvvəl beləydi, indi yaxşı görünmür. Halbuki hamı deyir ki, heç dəyişməmisiniz. Etiraf edim ki, yalandan təriflənəndə xoşum gəlmir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru