Teleaparıcı Şəhla Hüseynova: "Qayınanam olmasa idi, çoxdan boşanmışdım..."
Tarix: 8-04-2015, 08:50 | Çap et
DİA.AZ teleaparıcı Şəhla Hüseynovanın Milli.Az-a müsahibəsini təqdim edir:
- Şəhla xanım, uşaqlığınızı necə xatırlayırsınız?
- Sözün düzü, xatırlamaqla bitmir, çünki mən hələ də uşağam. Böyüməmişəm ki... (gülür).
- Bir zamanlar Çiçəyin səsi çoxlarının qulağına xoş gəlirdi, qəlblərə yağ kimi yayılırdı... O səsə qulaqlar çox alışmışdı... Amma nədənsə bir sükut, bir durğunluq oldu bir ara. Səbəb nə idi?
- Həmin ərəfədə mən radiodan uzaqlaşmışdım. Başım ailəmə qarışmışdı. Həm də ailə qurandan sonra işləməyəciyimə dair söz vermişdim yoldaşıma.
- Niyə söz vermişdiniz? İşləməyinizin əleyhinə idi?
- Həyat yoldaşım çox qısqanc insandır. İşləməyimi istəmirdi. Onu incitməmək üçün, narahat olmaması üçün mən də işdən uzaqlaşmağa qərar vermişdim. Biz tanış olanda heç o, mənim radioda işlədiymi bilmirdi.
- Doğurdan?! Maraqlıdır, bəs biləndə reaksiyası necə oldu?
- Həyat yoldaşım məni avtomobildə görüb. Sonra haqqımda maraqlanmağa başlayıb. Arayıb-araşdırıb. Biz danışdığımız ərəfədə mən dəfələrlə ondan soruşurdum ki, radioda hansı aparıcını dinləyirsən? Deyirdi ki, Çiçəyə qulaq asıram. Soruşurdum ki, necə insandır, barəsində nə eşitmisən? Hər dəfə deyirdi ki, barəsində yaxşı danışırlar. Bir dəfə dedim ki, axı Çiçəyin haqqında yaxşı danışmırlar... Dedi ki, onun haqqına girmə, pis qız yoxdu, pis oğlan var. Bu sözdən sonra mən ona vuruldum. Ailə qurmağa qərar verdim.
- Bu, sizin ilk sevginiz idi?
- Xeyr, ondan qabaq sevmişdim, amma alınmamışdı. Mən qədərə, qismətə çox inanan insanam. Yəqin ki, xeyirlisi belə imiş.
- Yaşadığınız o sevgi qarşılıqlı idi?
- Xeyr, bəlkə də onun xəbəri yox idi. Platonik bir sevgi idi desək, daha doğru olar.
- Artıq neçə ildir ki, ailəlisiniz?
- Səkkiz ilə yaxındır.
- Səhv etmirəmsə, bir övladınız var...
- Bəli, bir oğlum var.
- Adı nədir?
- Onu iki adla çağırırıq - Məhəmməd və Vəqqas. Məhəmməd adını peyğəmbərimizin adından götürmüşük, Vəqqas adını isə dünyaca məşhur olan bir insan bizə məsləhət görüb. Amma o şəxsin ismini açıqlamaq istəmirəm. Onu da deyim ki, Vəqqas Məhməmməd peyğəmbərin ən sevimli sahabələrindən biri olub.
- Allah saxlasın... Diqqətimi çəkən başqa bir məqam var. Həyat yoldaşınızın çox qısqanc olduğunu deyirsiniz. Belə hədsiz qısqanclıq sizi yormur?
- Əvvəl çox bezirdim, yorulurdum. İndi isə alışmışam. Normal qəbul edirəm. Sözün düzü, ilk öncə elə bilirdim, bu, mənə qarşı olan inamsızlıqdır, amma sonra gördüm ki, onun sevgisindən irəli gəlir. Bir ara aramızda tez-tez mübahisələr olurdu. Hətta dəfələrlə boşanmaq istəmişəm. Qayınanam olmasa idi, çoxdan boşanmışdım. Bizim mübahisələrimiz zamanı o, həmişə araya girib, hətta mənə görə öz oğluna əl də qaldırıb. Deyib ki, bu qıza güldən ağır söz deməyəcəksən. O, mənim üçün qayınana deyil, sözün əsl mənasında, anadır. Amma mən yaxşı gəlin deyiləm.
- Niyə belə düşünürsünüz?
- Çünki onun haqqını lazımınca verə bilmirəm. Ona qulluq edə bilmirəm.
- Bəs efirə qayıtmağınız necə oldu?
- Gördüm ki, artıq qala bilmirəm. İşimi çox sevirəm. Onsuz xoşbəxt ola bilmirəm. Həyat yoldaşım da bunu görürdü. Bir gün mənə dedi ki, mən sənin xoşbəxtliyin üçün çalışıramsa, işləməyinə də izn verməliyəm. Beləliklə, yenidən efirə qayıtdım.
- Amma simanız görünməyəndə daha da maraqlı idiniz tamaşaçılara... Necə düşünürsünüz?
- Əlbəttə, onda radio proqramları da az idi, seçilmək, fərqlənmək olurdu. Dinləyici kütləsi də çox idi. Əslində, radio aparıcısı üzünü tamaşaçıya göstərməməlidir. Nə qədər gizli qalsa, bir o qədər də maraqlı olur. Ancaq efirə çıxmağın vaxtı yetişmişdi. Şükürlər olsun ki, indi də tamaşaçı kütləm az deyil. Hələ maraqdan düşməmişəm (gülür).
- Bəs sizin üçün maraqdan düşən nədir?
- Elə bir şey yoxdur. Həyat gözədir. Onu maraqlı və rəngarəng etmək də bizim öz əlimizdədir.
- Geyim tərzinizi necə müəyyənləşdirirsiniz? Açıq libaslardan, qısa ətəklərdən istifadə edirsiniz?
- Bəli, bu barədə kompleksim yoxdur, nə də ki, heç bir qadağa qoyulmayıb. Əgər yaraşırsa, istədiyim geyimi geyinirəm.
- Hansı məqamlarda susursunuz?
- Qeybət olanda susuram. Yanımda qeybət edənləri də yanımdan uzaqlaşdırıram, ya da həmin yeri özüm tərk edirəm.
- Amma sizin də arxanızca çox danışırlar. Yəqin ki, gəlib qulağınıza çatır.
- Bəli, eşidirəm. Ən çox da boşandığımı iddia edirlər (gülür). Amma indi mənim üçün heç nə maraqlı deyil. Reaksiya vermirəm. Əksinə, onlar qeybət etdikcə mən sevinirəm. Mənim günahlarımı yuyurlar (gülür).
- Əliniz nəyə öyrəşib?
- Əlim işimlə əlaqədar olaraq kompüterin düymələrinə, pulta, qulaqcığa və s. öyrəşib (gülür).
- Dünyanı bir quyu təsəvvür edək... Siz o qoyudan ipi dartdıqca nə çıxır?
- Heç nə... Boşluq... Dünyada nə varsa, dünyada qalacaq. Nə qədər sərvət çıxsa da, faydası yoxdur...
- Nəticə etibarı ilə nə demək istəyirsiniz?
- Onu demək istəyirəm ki, dünya fanidir. Dünya malına görə heyfslənmək olmaz. İnsan heç nəyi özünə dərd etməməlidir. O biri dünyanı fikirləşmək lazımdır. Çünki heç kim özü ilə heç nə aparmayacaq. Bizə qalan yalnız və yalnız yaxşı əməllər olacaq. Ən əsası da yaradılanı Yaradana görə sevək...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|