Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

“Qayınanamdan hər şey gözləyirəm”
Tarix: 28-09-2015, 08:50 | Çap et
“Qayınanamdan hər şey gözləyirəm”
Artıq yeni mövsümdə nəzərdə tutulan seriallar efirlərdə görünməkdədir. Bu mövsümdə ekrana yeni gələn komediya seriallarında biri olan “QaynanaMız”–ın 2-ci bölümü nümayiş olundu və kifayət qədər də reytinq topladı. Serialın qəhrəmanlarından olan əməkdar artist Dilarə Əliyeva “Kaspi”nin qonağı oldu. O, bizimlə söhbətində serialdakı hadisələrin gedişatından, yaradıcı heyətin peşəkarlığından danışdı. Xalq artisti Afaq Bəşirqızı ilə tərəf müqabili olan Dilarə Əliyeva sözügedən serialda Nabat obrazını canlandırır. O deyir ki, Nabat çox şən və bir o qədər də oturuşunu, duruşunu bilməyən, oynamağa meyilli bir gəlindir.

- Dilarə xanım, yeni mövsümdə “QaynanaMız” serialı ilə tamaşaçıların görüşünə gəldiniz. İstərdik serialın ümumi gedişatı ilə bağlı bizi məlumatlandırasınız.

- Yaxın bölümlərdə gəlinlər arasında konflikt daha da qızışacaq. Yəni gün keçdikcə hadisələr şişəcək və həndəvərindən çıxacaq. Ağanaz Nabatı bir şərtlə alıb ki, onun qardaşı da baldızını - Tubunu alsın. Ancaq Nabatın qardaşı Tubu ilə evlənmək istəmir. Belə olan halda, Nabatın günü göy əskiyə dönür. Hadisələr bu minvalla ailənin ətrafında cərəyan edəcək. Evin içində həqiqətən qeyri-adi anlar yaşanacaq. Dünən biz növbəti seriyanı çəkdik. İnanırıq ki, bütün bölümlərimiz tamaşaçıların marağına səbəb olacaq. Hadisələr o qədər şişib ki, artıq pik və dözülməz həddə çatıb. Təsəvvür edin ki, bir evdə gəlin və qayınana olanda onlar yola getmirlər. Ancaq bizdə bir kişinin iki arvadı var (gülür). Baxmayaraq ki, o biri həyat yoldaşını boşasalar da, o, evi tərk etmir. Hər halda onunla bir evdə yaşayırıq. Belə olan vəziyyətdə iki gəlin həyat yoldaşını bölüşə bilmir və qısqanclıqlar başlanır. Əsas məsələ qısqanclıq deyil, qayınananın gözünə girməkdir. Nabat çox dirəşə bilmir, çünki qardaşının məsələsinə görə dili gödəkdir. Qardaşı Tubunu almayanda Nabatın boşanma ehtimalı 100 faiz artır. Kim qarantiya verə bilər ki, Ağanaz Nabatın da üzərinə gəlin alıb gətirməyəcək? Qayınanamdan hər şey gözləyirəm.

- Bəs, Nabat özü necə gəlindir?

- Nabat çox dilli, danışığının yerini bilməyən, ədəb-ərkan qaydaları tərəfdən bir az axsaq, oturuşunu-duruşunu hesablamayan yüngül xarakterli gəlindir. Hərəkətləri bir qədər kişisayağıdır. Baxmayaraq ki, geyimi, hörüyü, makiyajı yerindədir, kənd üslubunu qoruyub-saxlayır, amma özünə, hərəkətlərinə nəzarət etmir. Nabatın zəif nöqtəsi rəqsdir. Belə ki, oynamaq üçün ürəyi gedir. Musiqi səsi eşitdikdə evdə böyük kiçik saymır, əlini atır qulağının dibinə başlayır oynamağa. Oynamaq sarıdan üzü ağdır. Ən gərgin səhnələrdə belə, dalaşanda oynaq musiqi eşitdisə, məsələ həll olundu (gülürük). Nabat ortalığa düşüb oynayacaq. Onun ürəyi gedir ki, əmisi, dayısı oğlanlarının toy kasetlərini qoyub bütün günü baxsın.

- Müasir dövrdə elə insanlar çoxdur. Hansı ki köhnə toy kasetlərini qoyub, qayınana, qayınatanın yanında oynamağa başlayırlar.

- Bəli. Sizi inandırım ki, serialda yaşanan hadisələr hamısı həyatdan götürülüb. Ssenari gördüyümüz hadisələr üzərində qurulub. Şəxsən onun bir neçəsinə özüm şahid olmuşam. Bir dəfə rayona gedəndə gördüm ki, iki qadın gəlib deyə-gülə yorğanları sırıyıb getdilər. Sonradan mənə dedilər ki, o qadınlar bir kişinin iki arvadıdır. Deməli, bu “qəhrəman” kişi iki arvadı alıb evə qoyub, özü də Rusiyaya gedib. Təsəvvür edirsinizmi ki, o qadınlar cici-bacı kimi gəlib, yorğanı sırıyıb, pullarını qazanıb çıxıb getdilər. Kişidən də xəbərsizdilər. Hələ bizdə, serialda vəziyyət o dərəcədə deyil, onlara baxanda biz şükürlüyük (gülür). Bizim serialda Xuduşun birinci həyat yoldaşını boşamaq istəyirlər. O da deyir ki, mən ailə həyatı quranda 50 kilo idim, indi 150 kiloyam. Bu vəziyyətdə atamın xarabasından içəri keçə bilmərəm. Məni 50 kiloya salıb, sonra boşayın. Bu o deməkdir ki, yəni mən getmirəm.

- Afaq Bəşirqızının - Ağanazın gəlini olmaq necə hissdir?

- Afaq Bəşirqızının öz gəlini ondan çox razıdır. Həm də bir tərəf müqabili kimi onun xətrini dünyalar qədər istəyirəm. Aramızda hörmət, sevgi, bir-birimizə böyük rəğbətimiz var. Bu, bir günün içərisində formalaşan münasibət deyil. Biz illərdir ki, Afaq xanımla görüşürük. Belə bir layihə haqqında danışırdıq. Bir yerdə olmağı çoxdan arzulayırdıq. Bu iş reallaşana yaxın Afaq xanımı dəvət etdik, indi böyük məmnuniyyətlə bir yerdə çalışırıq. O, insan kimi gözəl insandır. Bütün yaradıcı kollektiv Afaq xanımın ətrafında birləşmişik, bir növ onun işığına toplaşmışıq.

- Bu günə qədər efir məkanında qayınana-gəlin mövzusu çox işlənib. Sizin layihənizin digərlərindən fərqi nə olacaq?

- Bizim qayınana-gəlin mövzumuz indiyə qədər tamaşaçının adət etmədiyi, görmədiyi – tam fərqli mövzudur. İndiyə qədər bir evdə bir kişinin iki həyat yoldaşı mövzusuna toxunulmayıb. Hər zaman kimisə boşayıb o birisini alıblar. Bədii material olaraq bizim mövzumuz tam yenidir. Burada münasibət tamamilə fərqlidir və çoxşaxəlidir. Eyni zamanda, ssenari qlobal bir konflikt əsasında yazılıb.

- Əgər ortada iş varsa, tənqid qaçılmazdır. Tənqidlərə hazırsınızmı?

- Təbii ki. Burada peşəkar bir komanda çalışır. Biz işin məsuliyyətini bilmədən işə başlayıb, onun təməl daşını qoymuruq. “QaynanaMız” serialı “SOY” prodakşının istehsal tarixində artıq 5-ci serialdır. Biz bu işin artıq nəzəriyyəsini bilirik. Bizimlə çalışan komandanın tərkibi peşəkarlardan ibarətdir. Belə ki, hər kəs canlandırdığı xarakteri dərialtı vəzilərinə qədər mükəmməl bilir. Hər dəfə ssenari yazılanda bir masa ətrafında cəmlənib, onu analiz edir, birlikdə təhlil edirik. Hər şeyi müəyyənləşdirib kamera arxasına keçirik. Ortaya qoyduğumuz məhsulun tənqidlərinə də açığıq. Yetər ki, bu, sağlam tənqid olsun. Başqa yolumuz yoxdur. Hər hansı bir işi ictimaiyyətə təqdim edirsən və o ictimailəşirsə, ictimaiyyətdən gələn tənqidlərə də komanda hazır olmalıdır.

- Bəs, aparıcısı olduğunuz “Səs verməyin” verilişi necə oldu? Davam etdirəcəksinizmi?

- Bu mövsüm verilişi dayandırdıq. Mən hələlik bu serialla məşğulam. Vaxtımın çox hissəsini buna həsr edirəm. “Üç bacı” serialına çəkiləndə də veriliş aparmadım. Çünki çatdıra bilməzdim. Serialdakı rolumla çox böyük yükün altına girmişdim. Amma onu deyim ki, bu mövsüm üçün yeni veriliş layihəmiz var idi, sadəcə, düşünürəm ki, onu həyata keçirməyəcəyik. Bir başqa veriliş layihəmiz olan “Axşam, axşam”ın üzərində işlər gedir və güman edirəm ki, sentyabr ayının axırlarına yaxın efirdə nümayiş olunacaq. O verilişin aparıcısı Kamilə Babayeva olacaq. O, tamaşaçılara möhtəşəm axşam şousu təqdim edəcək. Mənim fikrimcə, Kamilənin təqdimatında çox maraqlı bir veriliş ərsəyə gələcək. Çünki uzun müddətdir ki, o, efirdə veriliş aparmırdı.

- Dilarə xanım, baş rollardan birini canlandırdığınız “Üç bacı” serialının çəkimləri bitib, yoxsa qısa müddətlik fasilə vermisiniz?

- Həmin serialın çəkilişlərini bitirmişik. Ondan sonra “SOY” prodakşının istehsalı olan “Miras” serialı çəkildi. Bu serial çəkildiyi andan etibarən “Üç bacı” serialı bitdi. “Üç bacı”-nı iki mövsüm davam etdirdik. İndi efirdə sözügedən serialın təkrarı nümayiş olunur. Həmin serialın izləyiciləri kifayət qədər idi. Ümumiyyətlə bizim layihədə yer alan aktyorların heç biri meydançaya hazırlıqsız, necə gəldi çıxmırlar. Bizim prodakşın bütün detallara diqqətlə yanaşır. Hətta arxa fondakı şəkillər, dekorasiyaya qədər hər şey göz oxşamalıdır. Kadrda olan bütün dekorasiyalar janrın tələbinə uyğun şəkildə hazırlanır. Bir də aktyorların geyimi bir-birini tamamlamalıdır. Bir sözlə, layihələrimizi ərsəyə gətirərkən yüz ölçüb bir biçirik və nəticəsini də görürük.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru