!["Qınayırlar ki, həyat yoldaşı ilə özünü reklam edir" "Qınayırlar ki, həyat yoldaşı ilə özünü reklam edir"](/uploads/posts/2015-11/thumbs/1447742761_01.jpg)
Müğənni Nadir Qafarzadə xanımı Sevinclə birlikdə Ukraynaya yollanıb.
Axşam.az-ın məlumatına görə, sanatoriyada dincələn ifaçı fotolarını sosial şəbəkədə paylaşıb.
O, xanımı ilə bağlı təəssüratlarını da bölüşüb:
“Payızı sevirəm, çox romantikdir. Bəlkə də məni qınayırlar ki, həyat yoldaşını reklam edir. Sadəcə, başa düşmürlər ki, bu xanım təkcə həyat yoldaşı deyil. O mənim özümdür”.
Qeyd edək ki, N.Qafarzadə bir müddət əvvəl İsveçrədə oxuyan oğlunun yanına getmişdi. O, 1 ay ölkədən kənarda olacağını, vaxtını istirahətə həsr edəcəyini bildirib.
!["Qınayırlar ki, həyat yoldaşı ilə özünü reklam edir" "Qınayırlar ki, həyat yoldaşı ilə özünü reklam edir"](/uploads/posts/2015-11/thumbs/1447742747_02.jpg)