Trampın Kanadanı işğal etmək planı yoxdur .....                     Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? .....                     “Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... .....                     Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? .....                     Günay özəl günündə "Səndən sonra" təqdim etdi .....                     SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib .....                     AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB .....                     “Ayaqlarımda problem var, yeriyə bilmirəm” .....                     Rus səfir açıqladı: Bakı və İrəvana kömək… .....                     Ukrayna böhranının həllində “intensiv diplomatiya” .....                     "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." .....                     “Atamın mahnılarının müəlliflik hüququ məndədir, .....                     "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" .....                     USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib .....                     Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? .....                     Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq .....                     Sahil Babayev karateçi olub .....                     Bu siyahıda Ermənistanla Türkiyə var, .....                     Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: .....                     Məktəblərdə din tədrisinə ehtiyac varmı? .....                     Azərbaycanda güclü zəlzələ gözlənir? .....                     “PEYK” zavodunun 19 milyon vergi borcu var .....                     Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi .....                     İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar .....                     Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş .....                     Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir .....                     Azər Qəribovun adından dələduzluq .....                     O vaxt KQB arxivləri açılsaydı... .....                     1,5 milyard dollarlıq qızıl aldı .....                     Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... .....                     Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? .....                     Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb .....                     "Bu sahədə savadı sıfırın altındadı..." .....                     Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. .....                     Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? .....                     Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır .....                     “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” .....                     Trampla Putin arasında telefon danışığı olub .....                     Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                 

“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Tarix: Dünən, 08:50 | Çap et
“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq”
Globalinfo.az-ın əməkdaşı Türkiyənin tanınmış politoloq-siyasətçisi Prof.Dr. Selin Şenocakdan müsahibə alıb. Sözügedən müsahibəni təqdim edirik:

– Selin xanım, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna hansı cəza verilə bilər? Siyasi qadağa olarsa, bu, Prezident Rəcəb Tayyib Ərdoğana nə qazandıracaq?

– Əkrəm İmamoğluna qarşı qaldırılan iddia tələbi demokratik ifadə azadlığı baxımdan yanlış addımdır. Bu iş artıq ictimai deyil, şəxsi məsələyə çevrilib. Əkrəm İmamoğluna siyasi qadağa hökumətə heç bir qazanc gətirməyəcək, əksinə, həmin şəxsin gərəksiz yerə qəhrəman kimi ideallaşdırılmasına səbəb olacaq. Türk xalqı həmişə haqsızlığa qarşı çıxıb. Bu vəziyyət prezidentə heç nə qazandırmaz.

Hər ikisi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Rəcəb Tayyib Ərdoğanın bu gün prezident kürsüsünə gəlməsini təmin edən İstanbula gətirdiyi uğurlu yenilikçi xidmətləri və İstanbulun həm nəqliyyatında, həm də infrastrukturunda etdiyi dəyişikliklərdir. Təəssüf ki, bu, plansız urbanizasiyaya da gətirib çıxardı. Əkrəm İmamoğlu isə İstanbul üçün göstərdiyi xidmətlərdən daha çox ümumi siyasi prosesin nəticəsində ikinci müddətə seçildi.

– Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş və Əkrəm İmamoğlunun fəaliyyətlərini necə qiymətləndirirsiniz? Vəzifəyə gəlməzdən öncə verdikləri vədləri yerinə yetirdilərmi? 2028-ci il prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) əsas namizədi kim olacaq?

– Əvvəla, Mənsur Yavaş və Əkrəm İmamoğlu həm xarakter, həm də düşüncə tərzi baxımından bir-birindən fərqlənirlər. Mənsur Yavaş dövlət xadimidir, Əkrəm İmamoğlu isə siyasətçidir. Bu fərqi düzgün dərk etdikdə hər iki sədrin mövqeyini daha yaxşı anlaya bilərik.

imamoglu yavas
Əkrəm İmamoğlu və Mənsur Yavaş

Mənsur Yavaşın Ankarada həyata keçirdiyi xidmətləri araşdırdıqda onun yoxsulluqla mübarizəni prioritet olaraq müəyyənləşdirdiyini görürük. Gənclərə, təqaüdçülərə, fermerlərə, biznesmenlərə və qadınlara verdiyi dəstək və məşğulluq layihələri ilə xalqa yaxın, səmimi və xidmət yönümlü bir yanaşma sərgiləyib. Eyni zamanda şəffaf bələdiyyə qulluğu prinsipi ilə fəaliyyət göstərərək bərabərliyə əsaslanan idarəetmə yanaşması nümayiş etdirmiş və son seçkilərdə 60%-dən çox səs toplamışdır. Mənsur Yavaş təvazökar həyat tərzi, sadə və sülhsevər yanaşması ilə siyasi qarşıdurmalardan və intriqalardan uzaq duraraq təkcə Ankarada deyil, bütün Türkiyədə xalqın sevgisini qazanıb. İctimai rəy sorğuları da bunu açıq şəkildə göstərir.

Əkrəm İmamoğlu isə hər cəhətdən siyasətçi xüsusiyyətlərinə malikdir. İstanbulda xidmət yönümlü idarəetmə yanaşmasından daha çox siyasi polemikalara girməklə gündəmə gəlir. Bu vəziyyət İstanbul əhalisi arasında narazılıq yaradıb və rəy sorğuları Əkrəm İmamoğlunu dəstəkləyənlərin sayının azaldığını göstərir. Bunun digər səbəbi isə onun xalqdan uzaq, “monden və hedonist” (zəngin həyat tərzini sevən və zövqünə düşkün – red.) siyasət yürütməsidir.

Türk xalqı regional münaqişələr, iqtisadi böhran, işsizlik, yoxsulluq və korrupsiya kimi ciddi problemlərlə mübarizə apararkən, lazımsız daxili münaqişələrdən uzaq, konkret və praqmatik həll yollarına yönəlmiş idarəetmə yanaşması tələb edir. Siyasi polemikalar və daxili qarşıdurmalar Türkiyəni geri çəkməkdən başqa bir məqsədə xidmət etmir.

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaşın da dəfələrlə qeyd etdiyi kimi, bu gün 2028-ci il seçkiləri üçün namizədin müəyyənləşdirilməsini müzakirə etmək çox tezdir. Bu cür mövzular ancaq lazımsız yerə gündəmi zəbt edib ölkənin real həyati əhəmiyyətli problemlərini kölgədə qoyur. Bu, həm də əvvəlki prezident seçkilərində olduğu kimi müxalifət daxilində qarşıdurmalara və parçalanmalara səbəb ola bilər. Atalar sözü var: “Tez banlayan xoruzun başını kəsərlər”. Əsas odur ki, bu addım erkən deyil, vaxtında, yerində atılsın və zaman keçdikcə çətinlik daha da artır.

– Türk lirəsi hər gün dəyərini itirməkdə davam edir. Bəzi şəxslərin fikrincə, Türkiyəni dünya siyasətində rəqib görən güclər onun pul vahidinin dəyərini düşürməklə zəiflətməyə çalışır. Bəs insanların sosial rifahı baxımından 2028-ci ildə hakimiyyətə kimin gəlməsinin əhəmiyyəti varmı?

– Türkiyə yerləşdiyi coğrafiyaya görə tarix boyu dünya sivilizasiyalarının mərkəzi olub və təbii sərvətlərinə görə böyük strateji əhəmiyyətə malikdir. Dünya xəritəsinə baxanda Türkiyə demək olar ki, dünyanın mərkəzindədir. Bu məntiqlə hərəkət edən Türkiyə tam müstəqil, özünü təmin edən ölkəyə çevrilməlidir. Bu isə yalnız istehsalatla mümkündür: kənd təsərrüfatı istehsalı, sənaye istehsalı və texnoloji istehsal.

Türkiyə idxaldan asılılığını azaldıb texnologiya və sənaye istehsalı ixrac edən ölkəyə çevrildikdə iqtisadi cəhətdən güclü dövlət olacaq. Bu, təkcə iqtisadi böhranlardan çıxış yolu deyil, həm də işsizlik və yoxsulluqla mübarizədə uğur gətirəcək. Lakin bunun baş verməsi üçün ilk növbədə korrupsiya və nepotizmlə (qohumbazlıq – red.) effektiv mübarizə aparılmalıdır.

Türkiyənin bu gün yaşadığı ən böyük böhranlar korrupsiya, səriştəsizlik və beyin axınıdır. Dövlət qurumlarında səriştəsiz şəxslərin işə götürülməsi ölkə resurslarının müəyyən dairələrin əlində cəmlənməsinə səbəb olur. Təəssüf ki, bu vəziyyət təkcə hakim partiyaya aid deyil. Müxalifət partiyaları arasında da bu hal mövcuddur. Bu düşüncə tərzi dəyişmədikcə, partiyaların yerdəyişməsi sadəcə mənasızdır.

Ona görə də Türkiyənin ehtiyac duyduğu idarəetmə yanaşması xalqa yaxın, cəmiyyətlə bütünləşmiş, bərabərhüquqlu, korrupsiya və yoxsulluqla mübarizəni əsas məqsədə çevirən, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində istehsalı təşviq etməlidir. Bundan əlavə, səriştəliliyə önəm verərək təkcə müəyyən dairələrə deyil, Türkiyənin təcrübəli insan resurslarına sərmayə qoymaqla beyin axınının qarşısı alınmalıdır. Türkiyənin beynəlxalq arenada söz sahibi olmasına və effektiv diplomatiya ilə qlobal səviyyədə təsirini artırmasına imkan verən idarəetmə yanaşması qəbul edilməlidir.

Türkiyə strateji mövqeyinə görə “dəvəquşu siyasəti” yürütməyəcək qədər əhəmiyyətli bir ölkədir. Ona görə də beynəlxalq aləmdə diplomatik təşəbbüslərini davam etdirməli, səmərəliliyini artırmalıdır. Suriya və Yaxın Şərq coğrafiyasının yenidən formalaşdırıldığı bu dövrdə Türkiyə Cümhuriyyətinin milli sərhədlərini və ərazi bütövlüyünü təmin edən və bu baxımdan müdafiə sənayesinin effektivliyini artıran siyasəti gücləndirməsi lazımdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
Bu gün, 02:31
Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Bu gün, 02:25
“Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... - DETALLAR
Bu gün, 02:18
Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...
Bu gün, 02:08
Günay özəl günündə "Səndən sonra" təqdim etdi - VİDEO
Bu gün, 02:06
SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib - "The Telegraph"
Bu gün, 02:04
AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB - "Deməli, bu yekəpər deyir ki..."
Bu gün, 00:17
“Ayaqlarımda problem var, yeriyə bilmirəm” - Əməkdar artist
Bu gün, 00:10
Rus səfir açıqladı: Bakı və İrəvana kömək… - GƏLİŞMƏ
Bu gün, 00:07
Ukrayna böhranının həllində “intensiv diplomatiya” - Vaşinqton hərəkətə keçir
Bu gün, 00:01
"Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." - Tehran sərt mesajı aldı
Dünən, 23:56
“Atamın mahnılarının müəlliflik hüququ məndədir, əgər o biyabırçı oxuyubsa..”
Dünən, 23:53
"Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" - ETİRAZ
Dünən, 23:50
USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib - KİV
Dünən, 23:48
Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? - İLGİNC
Dünən, 15:02
Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq - Şərtlər AÇIQLANDI
Dünən, 14:59
Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
Dünən, 14:54
Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur
Dünən, 13:34
Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Dünən, 13:32
Məktəblərdə din tədrisinə ehtiyac varmı? - ŞƏRH
Dünən, 12:38
Azərbaycanda güclü zəlzələ gözlənir? - AÇIQLAMA
Dünən, 12:34
“PEYK” zavodunun 19 milyon vergi borcu var - DETALLAR
Dünən, 12:32
Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi - TASS
Dünən, 11:49
İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar - MALƏSƏF...
Dünən, 11:47
Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş - TƏFƏRRÜAT
Dünən, 11:44
Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir - AKTUAL
Dünən, 11:39
Azər Qəribovun adından dələduzluq - FOTO
Dünən, 11:37
O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 11:34
1,5 milyard dollarlıq qızıl aldı
Dünən, 11:32
Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Dünən, 09:34
Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Dünən, 09:29
Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Dünən, 09:27
"Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Dünən, 09:19
Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Dünən, 09:11
Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Dünən, 09:00
Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Dünən, 08:52
“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Dünən, 08:50
Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Dünən, 08:47
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Dünən, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Dünən, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Dünən, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Dünən, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Dünən, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Dünən, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
8-02-2025, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
8-02-2025, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
8-02-2025, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
8-02-2025, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
8-02-2025, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
8-02-2025, 14:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru