“Nuriyyə Əhmədovanın ürəyini bacısı partlatdı” - Nahidə Orucova
Tarix: 18-11-2015, 09:50 | Çap et
![“Nuriyyə Əhmədovanın ürəyini bacısı partlatdı” “Nuriyyə Əhmədovanın ürəyini bacısı partlatdı”](/uploads/posts/2015-11/1447825909_01.jpg) Bu gün xalq artisti Nuriyyə Əhmədovanın ölümünün 40 günü tamam olur.
Azərbaycan Musiqili Teatrın aparıcı aktrisası, əməkdar artist Nahidə Orucova Nuriyyə xanımla bağlı 40 gündə deyə bilmədiyini Gecce.az-a etiraf etdi:
“Biz Nuriyyə xanımla 30 ildən çoxdur ki, yaxın rəfiqə olmuşuq. Pis günündə, yaxşı günündə mən həmişə ona arxa-dayaq olmuşam. Bu günə kimi susdum, susmağıma səbəb isə Nuriyyə Əhmədovanın ruhuna olan hörmətim idi. Amma həqiqətləri deməyin vaxtı gəlib çatdı. Nuriyyə Əhmədova 10 ildən çoxdur ki, mütəmmadi olaraq mənim evimdə qalıb, sığınacaq tapıb. Bacı kimi bir evdə yaşamışıq. Niyə o iki bacısı, iki qardaşı ola-ola mənim evimdə qalıb? Heç bunun səbəbini jurnalistlər müsahibə alanda soruşublarmı ondan? Bəlkə də soruşublar, amma Nuriyyə xanım həqiqəti deməyib. Çünki o ailəsini pis qələmə vermək istəmirdi. Amma yaxın dostları, sənət yoldaşları və ona yaxın olan insanlar bilirdi ki, məsələ nə yerdədir. Onun bacısı Maya tək yaşayırdı,bəs niyə Nuriyyə xanıma sığınacaq vermirdi? Çünki Nuriyyə xanımı o dəfələrlə nəvəsi Faiqlə birlikdə evindən qovub. Nuriyyə xanım hər dəfə Mərdəkandan gələndə göz yaşları içərisində olurdu. Dəfələrlə soruşub buna cavab istəsəm də “Ehh.... dərdim böyükdür, ürəyimi partlatma” deyib sualdan yayınırdı. Bu hadisə son illər ərzində dəfələrlə təkrarlanırdı. Ölümündən iki həftə əvvəl, Qurban bayramı ərəfəsində mən evimdə təmirə başladım.vTəmirə doğrudan da ehtiyac var idi, divarım uçmuşdu.vNuriyyə xanım məcburiyyətdən bacısıgilə getdi. Nə mən istəyirdin getsin, nədə o. Çünki deyirdi ki, Nahidə sənin evin mənim üçün çox rahatdır. Mərdəkana gedəndə bacısı Maya üzünə qapını bağlayıb dedi ki, mən Qubaya Qurban bayramı keçirməyə gedirəm. Yazıq Nuriyyə xanım məcbur olub şəhərə yaxın bir ərazidə özünə müvəqqəti ev kirayə etdi. 4-5 gündən sonra bacısı Qubadan evinə qayıtmışdı, amma öz doğma bacısına xəbər etməmişdi. Nuriyyə onun qayıtdığını biləndən sonra yenidən məcbur olub, bacısının yanına getdi. Müvəqqəti onun yanında qalmaq istəyirdi. Nuriyyə xanım mənə bu sözləri dedi: ” Bacım mənə dedi ki, niyə gəlmisən? Mən Dubaya qızımın yanına gedirəm. Evdə olmadığım müddətdə evimin açarını sənə etibar edə bilmərəm”.
Hətta Nuriyyə xanım ona yol pulu, qızına almağa hədiyyə pulu verdi. Amma indi bacısı Maya Nuriyyəyə olan “məhəbbətindən” danışır. O, bacısına qarşı bəslədiyi hansı məhəbbətdən danışır? Bəs o cür bacının qədrini bilməyən insan mənim qədrimi biləcək? O 40 gün ərzində hamını təqsirkar bilirdi ki, bacım üçün heç kim heç nə etmədi. Halbuki yasa gələn insanlar, dost tanış, bəziləri pul verdi, bəziləri isə gücü çatandan ərzaqla kömək etdilər. Belə insanlardan biri, mənim yaxınım iki cümə axşamının ərzağını, pul və üstəlik də baş daşının düzətdirməsinə söz verdi. Hətta 200 azn öncədən pul da vermişdi. Sadəcə bacısının məqsədi baş daşı düzəltmək deyildi, o pulu cibinə qoyub, öz işlərinə xərcləmək istəyirdi.Hər dəfə o, həmin insana zəng edib, hədə qorxu gəlirdi. Deyirdi ki, vaxtın yoxdursa pulu göndər baş daşını özüm düzətdirəcəm. Nə verəcəm, nə verməyəcəyəm özüm bilərəm deyirdi. Bu sözlərdən sonra mən necə 40 mərasiminə gedə bilərəm? Hamı zəng edib soruşur ki, Nahidə niyə gəlmirsən? Nə baş verib? Orda Nuriyyə yoxdursa, mən də yoxam. Nuriyyə xanımın xatirəsini və hörmətini onu sevənlərlə birlikdə yad edəcəyəm. Qəbir üstünə gedib, dualar oxutduracaqam. Lazım gələrsə ehsanını da verəcəyəm” deyə tanınmış aktrisa gileyini bildirib.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
Bu gün, 02:31 |
|
|
|
• Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Bu gün, 02:25 |
|
|
|
• “Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...
Bu gün, 02:08 |
|
|
|
• Günay özəl günündə "Səndən sonra" təqdim etdi - VİDEO
Bu gün, 02:06 |
|
|
|
• SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib - "The Telegraph"
Bu gün, 02:04 |
|
|
|
• AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB - "Deməli, bu yekəpər deyir ki..."
Bu gün, 00:17 |
|
|
|
• “Ayaqlarımda problem var, yeriyə bilmirəm” - Əməkdar artist
Bu gün, 00:10 |
|
|
|
• Rus səfir açıqladı: Bakı və İrəvana kömək… - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Ukrayna böhranının həllində “intensiv diplomatiya” - Vaşinqton hərəkətə keçir
Bu gün, 00:01 |
|
|
|
• "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." - Tehran sərt mesajı aldı
Dünən, 23:56 |
|
|
|
• “Atamın mahnılarının müəlliflik hüququ məndədir, əgər o biyabırçı oxuyubsa..”
Dünən, 23:53 |
|
|
|
• "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" - ETİRAZ
Dünən, 23:50 |
|
|
|
• USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib - KİV
Dünən, 23:48 |
|
|
|
• Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? - İLGİNC
Dünən, 15:02 |
|
|
|
• Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq - Şərtlər AÇIQLANDI
Dünən, 14:59 |
|
|
|
• Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
Dünən, 14:54 |
|
|
|
• Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur
Dünən, 13:34 |
|
|
|
• Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Dünən, 13:32 |
|
|
|
• Məktəblərdə din tədrisinə ehtiyac varmı? - ŞƏRH
Dünən, 12:38 |
|
|
|
• Azərbaycanda güclü zəlzələ gözlənir? - AÇIQLAMA
Dünən, 12:34 |
|
|
|
• “PEYK” zavodunun 19 milyon vergi borcu var - DETALLAR
Dünən, 12:32 |
|
|
|
• Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi - TASS
Dünən, 11:49 |
|
|
|
• İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar - MALƏSƏF...
Dünən, 11:47 |
|
|
|
• Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş - TƏFƏRRÜAT
Dünən, 11:44 |
|
|
|
• Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir - AKTUAL
Dünən, 11:39 |
|
|
|
• Azər Qəribovun adından dələduzluq - FOTO
Dünən, 11:37 |
|
|
|
• O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 11:34 |
|
|
|
• 1,5 milyard dollarlıq qızıl aldı
Dünən, 11:32 |
|
|
|
• Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Dünən, 09:34 |
|
|
|
• Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Dünən, 09:29 |
|
|
|
• Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Dünən, 09:27 |
|
|
|
• "Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Dünən, 09:19 |
|
|
|
• Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Dünən, 09:11 |
|
|
|
• Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Dünən, 09:00 |
|
|
|
• Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Dünən, 08:52 |
|
|
|
• “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Dünən, 08:50 |
|
|
|
• Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Dünən, 08:47 |
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Dünən, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Dünən, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Dünən, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Dünən, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Dünən, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Dünən, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
8-02-2025, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
8-02-2025, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
8-02-2025, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
8-02-2025, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
8-02-2025, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
8-02-2025, 14:10 |
|
|
|
|