Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                 

"AZƏRBAYCAN" QƏZETİ "REKET" ELAN OLUNA BİLƏR
Tarix: 9-11-2011, 13:00 | Çap et
"AZƏRBAYCAN" QƏZETİ "REKET" ELAN OLUNA BİLƏR

ƏGƏR NAZİRLƏR ŞİKAYƏT ETSƏLƏR...

"Azərbaycan" qəzetinin 3 noyabr 2011-ci il tarixli sayında "Hazırın nazirləri" başlıqlı məqalə dərc olunub. Məqalədə dövlət məmurları əməlli-başlı ifşa olunub. özü də ucdantutma. çünki konkret ad çəkilmədən nazirlər və digər yüksək vəzifəli dövlət məmurları Prezidentin tapşırıqlarını yerinə yetirməməkdə, vətəndaşlaroın şikayətlərinə baxmamaqda, özləri üçün vəzifələrindən şəxsi rahatlıq üçün istifadə etməkdə və s. ittiham edilir.

"Hazırın nazirləri" məqaləsi belə başlayır: "Daxili telefonun qəfil zəngi aranı qarışdırdı, hamı bir-birinə dəydi. Buraxılış şöbəsinin əməkdaşı əlindəki qələmi kənara ataraq mühafizə polisi ilə birlikdə qəbul otağına toplaşanları qova-qova bayıra çıxarmağa, binanın əsas giriş qapısında keşik çəkən digər mühafizə polisi isə tələm-tələsik ətrafı avtomobillərdən təmizləməyə başladılar. Elə bu an yuxarı mərtəbədən qaça-qaça boynu qalstuklu iki nəfər düşdü - biri giriş qapısında, digəri liftin qarşısında farağat vəziyyəti aldılar. Xeyir, bu binada işləyənlərin fövqəladə vəziyyətlərdə sayıqlığını yoxlamaq üçün keçirilən təlim deyildi, sadəcə, "cənab nazir" (sədr, rəis, baş direktor və digərləri, fərqi yoxdur) işə gəlirdi... Və yəqin ki, ara-sıra hansısa nazirliyə, komitəyə, digər mərkəzi icra orqanlarına yolu və işi düşənlər belə hadisə ilə az qarşılaşmayıblar. Bəli, nə qədər qəribə də olsa, bu gün bizdə bəzi nazirlərin, sədrlərin, rəislərin, baş direktorların gündəlik vəzifə borclarını yerinə yetirmək üçün işə gəlmələri əsl hadisəyə çevrilir. Hələ onların xüsusi cangüdənlər saxlamasını, xidməti avtomobillərinin müşayiət olunmasını və başqa görünməmiş mühafizə tədbirlərindən istifadə etmələrini demirik. Bu cür "atribut"lar artıq çoxdan onların iş və həyat tərzinin ayrılmaz hissəsidir. Sıravi məmurlardan seçilmək, sadə camaatdan qorunmaq üçün... Baxmayaraq ki, birbaşa vəzifələri sıravi məmurlarla birlikdə sadə camaata xidmət etməkdir".

***

Qəzet daha sonra keçmişi xatırlayır: "Ulu öndər Heydər Əliyevin müşavirələrin birində nazirlərin işdəki davranışına özünəməxsus tərzdə şirin yumorla tutduğu iradı yəqin hamı xatırlayır. "Evdə həyat yoldaşına çay süzdürə bilməyən kabinetinə çay gətizdirir". O vaxt elə nazir qalmadı ki, əhali Prezidentin kimə işarə vurduğunu ona aid etməsin. Bu, Heydər Əliyevin xalqın ürəyindən tikan çıxaran, ilk baxışdan adi, əslində isə rəhbər işçilərə necə işləmək lazım olduğunu anladan növbəti, sözün hər mənasında böyük dərs idi. Məhz bu zarafatla deyilmiş gerçək iraddan sonra yüksək çinli məmurlar davranış və iş qrafiklərinə "redaktə"lər etdilər, tez-tez yerlərdə oldular, əhali ilə mütəmadi görüşməyə, insanların dərd-sərini, problemlərini öyrənməyə, cavabdehlik daşıdıqları sahələrə daha məsuliyyətlə yanaşmağa başladılar. Başlıcası isə istər işdə, istərsə də kənarda hər cür lazımsız təm-təraqdan, qanunsuz imtiyazlardan imtina etdilər..."

Maraqlıdır ki, "Azərbaycan" rəsmi dövlət qəzeti olaraq müstəqil mətbuatın yazdıqları bu mövzulara həmişə tənqidi yanaşıb, bəzən həmin KİV-ləri böhtan atmaqda qınayıb, amma indi özü məmurların özbaşınalığına münasibətini sərgiləməyə başlayıb: " Bu gün camaat yüksək çinli məmurların əksəriyyətini ya tədbirdən tədbirə televizor ekranlarında görür, ya da haqlarında qəzet səhifələrində oxuyurlar. Onlarla üzbəüz görüşmək demirik, təsadüfən rastlaşmaq da ehtimalı yox dərəcəsində olan hadisələrdəndir. Hətta baxmayaraq ki, ayda bir dəfə qəbuluna gələnləri dinləyib tədbir görmək onların birbaşa vəzifə borclarına aiddir, onu da etmirlər. Ən yaxşı halda qəbulu müavinləri keçirirlər. Onların da ki, adətən, "birinci"dən xəbərsiz oturduqları stulun yerini dəyişməyə belə səlahiyyətləri olmur. İndi gəl, dərdinin çarəsini tap".

***

Qəzet sonra sual edir: "...Yaxşı, bəs haradadır məsuliyyəti çox, işləri yox bəzi "birinci"lər? Kabinetdə oturmurlar (inanmırsınız, zəng edin, köməkçidən və ya katibədən "yerində yoxdur" cavabından savayı bir söz eşitməyəcəksiniz), yerlərə getmirlər (bir neçə nazirlik istisna olmaqla). Əgər fikirləşirlərsə ki, həftədə bir dəfə poçta baxıb sənədlərə dərkənar qoymaqla, hansısa əcnəbi qonaqla görüşməklə və xarici ölkələrə saysız ezamiyyətlərlə vəzifələrinin öhdəsindən gəlmiş hesab olunurlar, yanılırlar. Yanılırlar ona görə ki, dövrün və dövlətin tələbi fərqlidir və bu fərqin nədən ibarət olduğunu Prezident belə açıqlayır: "Hər bir məmur heç də hamıdan yüksəkdə durmadığını başa düşməli, xalqın iradəsinin icraçısı olduğunu, bir sözlə, cəmiyyətin, dövlətin onun üzərinə böyük məsuliyyət qoyduğunu dərk etməlidir... Əsas tələb ondan ibarətdir ki, hər bir vəzifəli şəxs, hər bir məmur öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsin, öz əməyi, öz zəhməti ilə ümumi işimizə töhfəsini versin, insanlara diqqət, qayğı göstərsin". Amma insanlara diqqət, qayğı o vaxt olur ki, gərək bunu istəyəsən və xidməti vəzifəni dövlət başçısının bu tövsiyə xarakterli tələbləri çərçivəsində həyata keçirəsən. Yoxsa camaatdan qaçıb gizlənməklə, cavabdeh olduğun sahədəki vəziyyəti yalnız şablon arayışlardan öyrənməklə, yerlərə yalnız, Allah eləməmiş, təbii fəlakət üzündən yaranan fövqəladə vəziyyət zamanı baş çəkməklə (çox vaxt da ayaqüstü) bu nümunədən doğan tələbə cavab vermək mümkün deyil. Elə əsasən ona görə bu gün əksəriyyət məzmunundan asılı olmayaraq qarşılaşdığı hər hansı problemin həlli üçün aidiyyəti icra qurumlarından çox, daha yüksək və səlahiyyətli ünvanlara üz tutmağa üstünlük verir. Bilirlər ki, probleminin aid olduğu qurumda "birinci"nin qəbuluna düşə bilməyəcək. Görüşə biləcəyininsə hansısa problemi yoluna qoymaq səlahiyyəti olmayacaq. Haradan olacaq ki? Onların özləri "birinci"ni ayda-ildə bir-iki dəfə görsələr yaxşıdır. çünki bəzi cənab "birinci"lər özlərini təkcə əhalidən yox, tabeliyindəki işçilərdən də təcrid ediblər".

Qəzet nazirlərdən birini isə lap rüsvay edib: "Mərkəzi qurumlarından birində xidmət rəhbəri işləmiş tanışım deyir ki, orada "birinci" ilə görüşmək üçün yazılı müraciətlə köməkçiyə müraciət olunmalı, köməkçi həmin müraciəti poçta qoymalı, "birinci" vaxt tapıb poçta baxanda (bəzən bu günlərlə çəkir) ona razılığı əks etdirən dərkənar qoymalıdır. Yalnız həmin "prosedur"lardan sonra qəbula düşmək şansı yaranır. Amma bu şans da o demək deyil ki, görüş baş tutacaq. Dərkənarda göstərilən gün "birinci"nin işdə və ya vaxtı olub-olmaması məsələsi var. Belə şəraitdə kiçik məmurların hansı səlahiyyətindən söhbət gedə bilər. Odur ki, bu cür daxili rejimin hökm sürdüyü qurumlarda çalışan sıravi işçilər yalnız kargüzarlıqla və bir pillə yuxarıdan verilən tapşırıqların müzakirəsiz icrası ilə məşğul olurlar. Düzdür, bu, onların birbaşa vəzifə borclarına daxil olan fəaliyyətdir. Amma bir məsələ də var ki, belə anormal mühitin hökm sürdüyü yerlərdə işçilərin təşəbbüskarlığı olmur, olsa da ona əhəmiyyət verilməyəcəyi səbəbindən üzə çıxarılmır və beləliklə, adətən, gənclərdən ibarət sıravi məmurlar, türklər demiş, "şunu aparıb, şunu gətirən" robota çevrilirlər. Bunu qəbul etməyənlər, perspektivsiz məşğuliyyət sayanlarsa öz bilik və bacarıqlarının, enerji və təşəbbüslərinin realizəsi mümkün olan işə, xüsusən özəl sektora üz tuturlar".

Qəzet ironiya ilə nazrlərimizi xaricətəcrübə mübadiləsinə göndərməyi də təklif edir: "...Bəlkə bundan sonra vəzifəli məmurlarımıza və onlara bənzəmək istəyən iş adamlarına xarici ezamiyyətlər zamanı əcnəbi həmkarlarının camaatla və öz işçiləri ilə davranış, eləcə də məsuliyyət daşıdıqları sahələrə rəhbərlik etmək qaydalarını öyrənmələri də tapşırılsın. Yoxsa onların hətta işə gəlib-getmələri hadisə olmaqda hələ çox davam edə bilər".

***

Maraqlıdır ki, qəzet bu məqalədə yüksək çinli məmurlı, xüsusən də nazirləri fəaliyyətsizlikdə ittiham etməklə, həm də dolayısı ilə Prezident Administrasiyası və Nazirlər Kabineti aparatını də pis vəziyyətə qoyub. çünki hamı bilir ki, həmin nazirlər və digər yüksək vəzifəli məmurlar adı çəkilən bu iki qurum rəhbərlərinə tabedirlər. Deməli, nazirlərin və digər məmurların işinə də ən azı Prezident Administrasiyası səviyyəsində nəzarət yoxdur, yaxud da çox pisdir. Bu lap təhsil naziri Misir Mərdanovun ABU-da saxta diplom verilməsinin günahını Elşad Abdullayevdə axtarmasına bənzəyir...

İbrahim Xəlil










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru