
"Hörmətli, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi... Xaçmazda Ağaverdioba, Balaqusar, Həsənqala yolu bərbad vəziyyətdədir. Və illər əvvəl o yolu tam asfalt kimi rəhbərliyə sırımısınız..." "DİA-AZ" xəbər verir ki, bunu ictimai fəal Nuranə Qasimova özünün sosial şəbəkə hesabında yazaraq etirazını ifadə edib.

O daha sonra b8ildirib:
"İndi ora avtobus xətti ola-ola yollar bərbaddır deyə işləyən yoxdur. Şagirdlər, müəllimlər və kənd sakinləri qalıb yollarda.
Cavab verin görək: ora ayrılan pulu necə yemisiniz ki, asfaltın izi tozu yoxdur?!"