
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı neft sektorunda çalışanlardan hər il toplanan və yekunda kifayət qəıdər ciddi məbləğ edən şübhəli bir ödəməyə diqqətləri çəkib.
"DİA-AZ" olaraq M.Qəhrəmanlının məlum paylaşımını olduğu kimi təqdim edirik:
"SOCAR işçilərinin, işəgötürənlərinin və Qızıl Aypara Cəmiyyətinin rəhbərlərinin nəzərinə!
Təşkilata müraciət edən işçilər bildirirlər ki, ildə bir dəfə işçilərdən məcburi qaydada Qızıl Aypara Cəmiyyəti üçün 6 manat pul yığılır və bu halda hansı əsasla ödəniş edildiyini bildirilən heç bir sənədə qol çəkmirlər.
Qeyd:
İdarə və müəssisələrdə işçilərin əmək haqqından pul tutulması, və ya hər hansı formada yığılması yalnız İşçilərin yazılı ərizəsi əsasında və müvafiq qaydada rəsmiləşdirilməklə həyata keçirilə bilər.☝
✅Və ümumiyyətlə neftçilərin əmək haqqından bu vəsait niyə tutulmalıdır ki?"