
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli işğaldan azad olunmuş Xocavənd rayonunda hotel açıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı İbad Hüseynlinin özü verib.
Belə ki, hotel hazır binanın əsaslı təmiri əsasında formalaşıb.
O, özü bu barədə deyib:
“Xocavənd şəhərində eyniadlı hotelin tam təmiri mənim üçün prinsip məsələsi idi, o mənada ki, bəlkə də iqtisadi rentabelliyə malik olmayan bu obyektin istifadəyə verilməsini mənim dövlətə və xalqa bu istiqamətdə verəcəyim töhfə sanıram. Torpaq uğrunda vuruşmaq azdır, onu həm də yaşatmaq gərəkdir”.
