
“1992-ci il mayın 12-də Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşması imzalandı, lakin 2020-də imzalanan sənəd kapitulyasiya idi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.
O, hər iki Qarabağ müharibəsinin bitməsi ilə bağlı imzalanan sənədləri müqayisə edib:
“Həmin vaxt Ermənistan tərəfdən müqaviləyə keçmiş prezident Serj Sərkisyan imza atmışdı. O zaman üstünlük bizdə idi, qalib idik. İndiki baş nazir Nikol Paşinyanın 2020-ci ildə imzaladığı sənəd tam olaraq kapitulyasiyadır. Paşinyan və tərəfdarları bizim üstün mövqeyimizi silib atdılar. Bu gün Azərbaycan və Türkiyədən dayanmadan sülh dilənirlər. Bu isə reallıqda Ermənistanın azərbaycanlaşması ilə nəticələnəcək. Harada idik, haraya gəldik”.
Qeyd edək ki, 1992-ci ildə Bişkek protokolundan sonra imzalanmış atəşkəs razılaşmasına Azərbaycanın o zamankı müdafiə naziri Məmmədrəfi Məmmədov, Ermənistan tərəfdən Serj Sərkisyan, separatçıların adından isə Samvel Babayan imzala atmışdı.