AZƏRBAYCANDAN QAÇAQ DÜŞMÜŞ İŞ ADAMI YENİDƏN QAYIDIR
Tarix: 20-11-2012, 08:58 | Çap et
ONU ABIYEVLƏR QAÇAQ SALIB2005 - 2007-ci illərdə haylı-küylü xeyriyyəçilik əməlləri ilə az qala bütün ölkəni şoka salan Gülağa Tənha yenidən qayıdır. Həm də sözün müstəqim və həqiqi mənasında kəndinə qayıdır. Məlumat üçün bildirək ki, Gülağa (Tənha) Qənbərov 1959-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsinin Miyondi məhəlləsində anadan olub. Orta təhsilinin ilk illərini Ərkivan qəsəbəsindəki Həsənəküçə məktəbində, son illərini isə şəhər 2 saylı orta məktəbində alıb. Ali təhsil diplomuna isə Moskva şəhərində yiyələnib. Moskva İnşaat Mühəndisləri institutunu bitirib. Hazırda iqtisadiyyat üzrə fəlsəfə doktoru, bir neçə elmi monoqrafiyanın müəllifidir. Əsas fəaliyyəti kommersiya olub. Moskvada və İspaniyada böyük biznesi olduğu bildirilir. Maliyyə mənbələri tam şəffaf olmasa da, kifayət qədər sərvətli adamlardan hesab olunur. Gülağa Tənha həm də şairdir. Bir neçə şeir kitabının müəllifidir. Şeirlərinə onlarla mahnı bəstələnib və ən məşhur müğənnilər tərəfindən ifa edilib. Gülağa Tənha 2003-cü ildən başlayaraq geniş miqyaslı xeyriyyə işlərinə başlayıb: Ərkivan qəsəbəsində Şəhidlər abidəsi, qəbiristanlıqda abadlıq işləri, gənc alimlərin mükafatlandırılması, Şamaxı rayonunda Mirzə Ələkbər Sabirin abidəsinin əsaslı təmiri, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində saysız-hesabsız xeyriyyə işləri. Masallı rayonunda onun ən böyük xeyriyyəçilik işi Təzəkənd kəndində çox modern formada inşa etdiyi orta məktəb binasıdır. Ən maraqlısı isə odur ki, məktəbin açılışı zamanı ona lazımi diqqət göstərilmədi. Daha sonra məktəbə gedən Masallı RİH başçısının 1-ci müavini Nadir Abıyevin məktəbdə Gülağa Tənhanın şəkli vurulmuş lövhəni qopardıb kənara tullamasıdır. Həmin vaxt biz yazmışdıq ki, Gülağa Tənha bu vəsaiti pis gündə olan Ərkivandakı məktəblərin birinə sərf etsə idi, dünyanın bütün Abıyevləri yığışsa belə, onun şəklini oradan götürə bilməzdi. Gülağa Tənha olmuşlardan deyəsən, indi nəticə çıxardır. Belə ki, hazırda o, Ərkivandakı Həsənəküçə məktəbi üçün yeni bina tikmək və qəsəbə Mədəniyyət Evini təmir etdirmək istəyir. Bundan əlavə o, şəhər mərkəzində 240 yerlik uşaq bağçasının tikintisinə başlamaq fikrindədir. Bəzi məqamları da xatırlamaq yerinə düşərdi. Gülağa Tənhanın ən böyük xeyriyyəçilik işi Bakıda əlillər üçün 600 min dollardan artıq dəyəri olan sanatoriya inşa etməsi olsa da, onun fərəhini yaşaya bilmədi. Açılışa bir gün qalmış "“Gülağa Qənbərov” Xeyriyyə Fondu” yazılmış lövhə məktəbin həyətindən götürüldü. Açılış təxirə salındı. Hər şey də elə bu ərəfədə başladı. O vaxt Gülağa Tənhanın anadan olduğu Ərkivan qəsəbəsindən millət vəkili seçilən Əhəd Abıyev bütün əlaqələrindən istifadə edərək Gülağa Tənhaya qarşı, necə deyərlər, səlib yürüşünə başladı. Mərkəzi qəzetlərdə Gülağa Tənhanın əleyhinə palaz-palaz tənqidi, onu gözdən salan yazılar çap etdirdi. Ona yaxın olanlar hədəfə alındı. Bu prosesləri işıqlandırdığımız “Uduzan Masallıdır” yazısından sonra qəzetimiz də ofisindən qovuldu, az qala bir il abıyevlərlə məhkəmələrdə çəkişməli olduq. İş o həddə çatdı ki, Baş prokurorluq Gülağa Tənha ilə bağlı araşdırmalar aparmağa başladı. Hətta bəzi məlumatlara görə onu Bakı Hava Limanında polislər nümayişkaranə şəkildə uçuşdan kənarlaşdırıblar. Masallının rütbəcə general, lakin ən qorxaq icra başçıları sırasında yer alan Oqtay Əliyev Abıyevlərin qorxusunda onun Masallıya gəlib xeyriyyəçilik işləri görməsinə imkan vermədi. Lakin bütün bunlar Gülağa Tənhanı dayandıra bilmədi. 9 ildən sonra o, ilk dəfə Masallıda icra başçısı ilə yanaşı dayandı. Ən maraqlısı isə həmin sırada, ondan bir neçə addım aralıda dayanan, vaxtı ilə Gülağa Tənhanın şəklini cırıb kənara atan 1-ci müavin Nadir Abiyev də vardı. Yeni icra başçısının bu “mehriban düşmənlərlə” eyni dairədə fəaliyyəti olduqca maraqla izlənir. Gülağa Tənhanın onlarla, yüzlərlə yaxşı işinə kölgə salmadan, həqiqət naminə deməliyik ki, səhvləri də yox deyil. O, Şəhidlər abidəsinin açılışına onlarla musiqiçi gətirdi. Lakin o vaxtkı icra başçısı Azər Səfərov bu tədbirə nə səbəbdənsə mane oldu. Bundan əsəbiləşən Gülağa Tənha yüzlərlə insanın qarşısında bildirdi ki, mən ona, yəni icra başçısına 10 min manat versəydim, burada ayaqqabılarımı ... Bir sıra məsələlərdə tələsik, yerli adət-ənənələri nəzərə almadan addımlar atması Gülağa Tənhanın böyük işlərinə kölgə salırdı. Onu da qeyd etməliyik ki, nə qədər sərvəti olsa da, Gülağa Tənha bəzən körpə uşaq kimi gövrək, bəzən lazım olduğundan da artıq sadədir. İnanırıq ki, o, doğma yurda gəlişi ilə daha böyük xeyriyyəçilik işlərinə imza atacaq, əməlləri ilə yüzlərlə, minlərlə insana fərəh gətirəcək. \ cənub xəbərləri \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
• “Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08 |
|
|
|
• Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05 |
|
|
|
• Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01 |
|
|
|
• Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59 |
|
|
|
• Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53 |
|
|
|
• USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49 |
|
|
|
• "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40 |
|
|
|
• “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38 |
|
|
|
• Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
• "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17 |
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
|