ERMƏNİLƏR QARABAĞDAN NECƏ PUL QAZANIRLAR?
Tarix: 20-11-2012, 10:50 | Çap et
XARABALIQLAR DÜÇMƏN ÖLKƏYƏ GƏLİR GƏTİRİRÖz təcavüzkar siyasəti ilə Cənubi Qafqazın bir çox irimiqyaslı layihələrindən kənarda qalan Ermənistan hökuməti, Qarabağda turizmi inkişaf etdirməklə ölkəsinin iqtisadiyyatının inkişafına mühüm töhfə verəcəyini güman edir. Ərazilərində təbii sərvətlərin az olması Ermənistan rəhbərliyinini, ölkəsinin inkişafı üçün yeni maliyyə mənbələri axtarışını davam etdirir. Hal-hazırda ermənilərin gəlir əldə etmək üçün yeganə ümid yerləri Kəlbəcər rayonunun Zod qızıl yataqları və Qarabağın qədim mədəniyyət nümunələridir ki, burada onlar turizmi inkişaf etdirmək üçün böyük layihələr həyata keçirirlər. Qarabağ müharibəsindən sonra bir çox xarici ölkə vətəndaşlarını, buradakı dağıntıları öz gözləri ilə görmək və Qarabağın tarix və mədəniyyət abidələri ilə tanışlıq daha çox maraqlandırır.
Bundan istifadə edən Ermənistanın Dövlət rəhbərliyi 2000-ci ildən İrəvan- Kəlbəcər-Ağdərə-Xankəndi-Şuşa-Laçın-Gorus-İrəvan dairəvi marşurutu ilə ilin bütün fəsillərində, müxtəlif səviyyəli turlar təşkil edirlər. Bu turlardan xüsusən Rusiyadan, Fransadan və Amerikadan məcara axtarışında olan insanlar eləcədə elmi tədqiqatçılar və s. istifadə edirlər. Qarabağa səfər edən turistlərin əksəriyyəti, Xocalı və Ağdam şəhərinin xarabalıqlarını, Kəlbəcər və Laçın rayonlarının mineral su yataqlarını, eləcədə Şuşa, Ağdərə, Ağdam, Əsgəran, Martuni, Hadrud, Xocavənd, Cəbrayıl, Füzuli və digər şəhər, kənd və qəsəbələrin ərazilərindəki qədim və ya orta əsrlərə aid memarlıq abidələrini görmək istəyirlər. Lakin bu yerlərin əksəriyyətini xüsusi ilə də Xocalı və Ağdam şəhərlərinin xarabalıqlarını görmək bura gələn turistlərin hamısına qismət olmur.
Belə ki Ermənistan hərbçiləri bu ərazilərin “təhlükəli” olduğunu bəhanə edərək o ərazilərə gediş-gəlişə süni əngəllər yaradırlar. Lakin ermənilər bu əraziləri qapalı zona elan edib, ora daxil olmağın təhlükəli olduğunu bildirsələr də bəzi daha çox israr edən insanlara 50-100 dollar rüşvət müqabilində bu xarabalıqlara kənardan baxmağa icazə verirlər. Ermənilər bu turlara daha çox turistləri cəlb etmək məqsədi ilə müxtəlif şou proqramlar, qeyri-adi tədbirlər həyata keçirirlər. Bu cür tədbirlərin təşkilində onlar xarici ölkələrdən dəvət olunan hava gimnastlarının şıxışlarına və eşşək yarışlarının keçirilməsinə daha çox üstünlük verirlər. Ermənilər Şuşanı muzeylər şəhərinə çevrməyə hazırlaşırlar.
Dağıdılan və sahibsiz qalan, indi bir çoxlarında bir kimsənin belə yaşamadığı Qağlıq Qarabağ və digər rayonlarımızın bir çox şəhər, qəsəbə və kəndlərinin xarabalıqlarına baxmaq üçün dəvət olunan turistlərdən Ermənistan hökuməti hər il xeyli miqdarda gəlir götürür. Turistlər üçün müxtəlif təlim və yaddaş kitabçaları çap edən ermənilər, Qarabağdakı bu dağıntıların azərbaycanlılar tərəfindən törədildiyini isbat etməyə çalışır və yaratdıqları xarabalıqlardan da Azərbaycana qarşı təbliğatda istifadə edirlər. Hesab edilsə ki, son illər Qarabağa gələnlərin sayları əhəmiyyətli dərəcədə artmışdır, onda Ermənistan Hökumətinin Dağlıq Qarabağda apardıqları abadlıq və quruculuq işlərinin heç də əbəs yerə aparılmadığını düşünürsən.
Ermənilər son illərdə, Xankəndi, Şuşa və Alban apostol kilsəsinin (Gəncəsər məbədinin) yerləşdiyi Vəng kəndində istirahət, müalicə mərkəzlərinin, otellərin tikintisinə, tarix və memarlıq abidələrinin təmirinə, istirahət yerlərində kilsə və dekorativ xaçdaşı xatirə ansambıllarının inşaasına xüsusi önəm verirlər. Şuşa şəhərini özlərinin dini və Mədəniyyət Mərkəzi hesab edən ermənilər, bu şəhəri, Qarabağ turizminin inkişafı çərçivəsində muzeylər şəhərinə çevirəcəklərini vəd edirlər. Ermənilər Şuşa şəhərində otel və mənzil təmirləri ilə bərabər xaç daşları, xatirə ansambılları və digər erməni daş bəbii nümunələri ilə bərabər kilsə tikintilərini də xüsusi bir inkişaf tempi ilə aparırlar. Bu tikintilərin içərisində özünəməxsus üslubu və yüksək bədii həlli olan xatirə ansambılların tikintisinə xüsusi diqqət yetirilir. Maraqlıdır ki Azərbaycan torpaqlarında xüsussi ilə də Şuşa şəhərində tikilən bu xatirə ansambılları Azərbaycanda və dünyanın digər yerlərində qanlı qırğınlar törətmiş məhşur terrorçuların xatirəsinə ucaldılır.
Bunlar dünyada analoqu olmayan tikintilərdir. Çünki dünyanın heç bir ölkəsində əli dinc insanların qanına batmış terrorçuların xatirəsinə abidələr tikilmir. Şuşada ermənilər, Qarabağ otelini təmir etmiş, Qala divarlarının bir neçə hissəsini, Natəvanın, Mehmandarovun şəxsi mənzillərini, Saatlı məscidini, Meydanbazardakı bulağı təmir etmiş, poliklinika və xəstəxana tikərək istifadəyə veriblər. Şəhərin mərkəzi küçələrinin təmirinin başa çatdırılması, təmir edilmiş binaların su və istiliklə təmin edilərək turistlərin qəbuluna hazır vəziyyətə gətirilmişdir. Ermənistan Respublikasının rəhbərliyi Şuşanı muzeylər şəhərinə çevirmək üçün qərar qəbul etmişdir. Çünki, Şuşa tarixinin zənginliyi bu şəhərdə mövcud olan hər nə varsa hamısı bizim təşkilatımızın daşınmaz tarix, mədəniyyət və memarlıq abidələri siyahısına daxildir. Şuşa, Bakıdan sonra Azərbaycanın yeganə şəhəridir ki, təkcə bu şəhərdəki abidələrin sayı 800-dən çoxdur.
Lakin burada ermənilərin hər kəsdən gizlətdiyi bir həqiqət var, o da bundan ibarətdir ki Şuşanın bütün abidələri, hətta xristianlıq dövrü abidələrinin belə ermənilərin nə tarixlərinə və nə də mədəniyyətlərinə qətiyyən aidiyyatı yoxdur. Oğurlanan milli-mədəni dəyərlərimiz, Azərbaycana qarşı təbliğatda istifadə olunur. Azərbaycanın işğal altında ermənilərin istifadəsində qalan abidələr forma və həcminə şörə iki hissəyə bölünürlər; daşınan abidələr (səyyar) və daşınmaz (stasionar) abidələrdir. Daşınan abidələr, muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə, şəxsi kolleksiyalarda, ibadət yerlərində (məscid, kilsə, məbəd) şəxsi mülklərdə və başqa yerlərdə qorunan eksponat və digər əşyalardır. Daşınan abidələr kateqoriyaya aid aid olan 26 muzey, şəkil qalareyaları və şəxsi mülklərdən100 minlərlə eksponat torpaqlarımızın işğalı dövrü ermənilər tərəfindən qənimət kimi mənimsənilmişdir.
Bu abidələrin bir qismi hal-hazırda Ermənistanın baş şəhəri sayılan İrəvan şəhərində saxlanılır. Qarətçilik yolu ilə aparılan bu abidələrin bir qismi Almaniya, Fransa, Rusiya və Amerika kimi dövlətlərin, böyük şəhərlərində satış üçün hərraca çıxarılmış, bir qismi isə dəstək qazanmaq üçün Ermənistanın Hökumət rəhbərləri tərəfindən dünyanın bir çox nüfuzlu şəxslərinə hədiyyə edilmişdir. Ermənilər, sənədli abidələr kateqoriyasına aid olan abidələrdən yəni Rəsmi dövlət orqanlarının aktlarından, qədim əlyazmalarından, nadir çap əsərlərindən o cümlədən fono, fotoşəkillər, fotoslaydlar, xəritələr və kinolentlərdən istifadə edərək Azərbaycana qarşı təbliğatda istifadə edirlər.
Bir qayda olaraq oğurlanmış slaydlar üzərindəki yazılar pozulur və ya dəyişdirilərək, görüntüdəki dağıntıların azərbaycanlılar tərəfindən edildiyi barədə izahlar məlumatlar yerləşdirilir. Hal-hazırda Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Şuşa şəhərinə aid 80 ədəd fotoslayd aşkar edilmişdir. Bu istiqamətdə tədqiqat işləri davam etdirilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Dünən, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Dünən, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Dünən, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Dünən, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Dünən, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Dünən, 15:45 |
|
|
|
|