CƏLİLABADDA TƏHSİL BİABIRÇILIQLARI
Tarix: 20-11-2012, 13:48 | Çap et
BU RAYONUN MƏKTƏBLƏRİNƏ AYRILAN PULLAR CİBLƏRƏ AXIRGörəsən, Təhsil Nazirliyində üç gün əvvəl keçirilən geniş kollegiya iclasında rayon təhsilinin problemləri necə görünüb?
Bu il Cəlilabadda 5-ci siniflərdə dərs deyəcək müəllimlərə Yeni Ümumi Orta Təhsil Kurikulumu üzrə Təlim kursları keçirildi. Təlimin məqsədi ibtidai sinifləri bitirən 5-cilərə interaktiv təlim üslubunda dərs demək və eyni zamanda qiymətləndirmənin aparılması qaydalarını aşılamaq olmuşdu. Təlim Kurslarının müddəti 10 gün olsa da müəllimlər lazımı qədər məlumatlandırılmışdılar.
Müəllimləri təlim müddətində narahat edən yalnız bir sual oldu: onlara bu təlim metodunu həyata keçirmək üçün lazım olan texniki təminatı kim təşkil edəcək? Nəzəri bildikləri praktiki işə necə çevirməli??? Bu sual hələ də cavabsiz qalıb. Bundan əlavə, yeni təlim formasına uyğun olaraq 2 məktəb jurnalı olmalıdır. Birincisi-Formativ qymətləndirmə üçün, ikincisi isə davamiyyət və summativ qiymətləndirməni qeyd etmək üçün nəzərdə tutulmuşdur.
Formal iş üsulu kimə lazımdır?
Ən maraqlı və həm də təəssüf hissi yaradan budur ki, Təhsil Nazirliyinin məktəblərə göndərdiyi formativ qiymətləndirmə jurnalının vərəqələrinin çatmaması, yəni bəs etməməsi məktəblərdə problem yaradıb. Problemin həllini bəzi təhsil şöbələri bilmir, bəziləri isə problemin həllini jurnalin vərəqələrinə uyğun olan əlavə vərəqlərin yapışdırılması ilə həll etməkdə görür.
Cəlilabad rayonunun məktəblərinin əksəriyyətində hələ də proyektor, kompyuter və internet problemi qalmaqdadır. Filipçat, marker, A-4 və s. ləvazimatları isə ya müəllimin öz cibi hesabına, ya da şagirdlərə aldırmaqla yola verilir. Bu isə milyonlarla pul xərclənmiş təlim metodunun pərdəarxası hissəsidir. Bunlar kimə lazımdır, niyə belə tələm-tələsik Avropa addımları ilə irəliyə qaçmaq istəyirik? Axı, bizim ¸şalvarımız" o addımlara dözmür, cənablar! Ya ¸şalvar"a uyğun addımlamalıyıq, ya da addıma uyğun ¸şalvar" tikdirməliyik.
Maraqlısı budur ki, heç kim bu barədə Təhsil Nazirliyinə məlmat vermir və ya biganəlik edirlər. Bu Təhsil Nazirliyinə inamsızlıqdanda irəli gələ bilərmi? Təlim kursları keçrilməyə başlanandan bitənə qədər Təhsil Nazirliyi tərəfindən bəzi əlavələr olmuşdu ki, onlardan əvvəl təlim keçənlərin məlumati yoxdur. Təlim Kurslarında dərs hissə mudirləri və metodistlər keçmədiyi üçün müəllimləri yalnış yönləndirdilər və ya bu vəzifədə işləyənlərin savadsızlıqları açıq şəkildə ortaya çıxır.
Kiçik summativ və ya formativ qiymətləndirmə üçün mütləqdir ki, məktəblərdə kserokopia və ya printer olsun. Bunlarin olmamasi və proqramlarda qarışıqlıq təhsildə əməlli-başlı xaos yaradıb. Yazıda adlarının hallanmasını istəməyən müəllimlər bildirdilər ki, Kurikulum islahatının müsbət cəhətlərinin olmasına baxmayaraq, bizim texniki cəhətdən çatışmayan cəhətimi var, texniki təminatımız yoxdur. Yersiz və boş sənədləşmə işləri ilə müəllimlərin başını qatmaqla, təki sənədləşmə qaydasında olsun deyib sovet dövrünün ¸pripiska"sını bərpa edirik.
İndi buna kim əncam edib bu millətin kasıb təbəqəsini bu bəladan xilas edəcək, Allah bilir. Məlumdur ki, imkanlı admların balaları haralarda oxuyur. Qəzetimizin gələn saylarında Cəlilabad rayon Təhsil Şöbəsinin keçmiş tarixi və 20 illik iş faliyyətindəki dəhşətli vəziyyət barədə bəzi məktəb direktorlarının canlı söhbətləri əsasında yazı təqdim etməyə çalışacağıq. Onların söhbətləri şəxsən məni məyyus etdi...
Murad Hüseyn
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Dünən, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Dünən, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Dünən, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Dünən, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Dünən, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Dünən, 15:45 |
|
|
|
|