İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                 

İSTİQLAL MÜBARİZƏSİNƏ QARDAŞ DƏSTƏYİ
Tarix: 13-11-2011, 14:20 | Çap et
İSTİQLAL MÜBARİZƏSİNƏ QARDAŞ DƏSTƏYİ

MÜSTƏQİLLİYİN ƏZABLI YOLU

Azərbaycanın çağdaş istiqlal hərəkatı 1988-ci ildə başlansa da, 1991-ci ilin müstəqillik uğrunda mübarizədə öz yeri var. 88-ci ildə başlanmış Milli Azadlıq Hərəkatının hədəfləri hələ dəqiq müəyyən deyildi. Hərəkat ilk illərdə Azərbaycan xalqının Qarabağla bağlı qəzəbini ifadə edirdi. Xalqı qəzəbləndirən SSRİ rəhbərliyinin Azərbaycan ərazisində separatçılığa başlamış erməniləri himayə etməsi idi. Hərəkatın ilk illərində müstəqillik ideyası yox idi. Hətta hərəkat rəhbərləri 1991-ci ilin avqust hadisələrinə qədər “SSRİ daxilində konfederasiyadan” danışırdılar. Azərbaycanın siyasi rəhbərliyinin müstəqillik meyllərindən danışmağa dəyməzdi. Baltikyanı respublikaların hakim elitası müstəqilliyə meylli idi. Təəssüf ki, bunu Azərbaycanın Moskvapərəst hakimiyyəti haqqında demək olmazdı. Azərbaycanın siyasi hakimiyyəti hətta 1991-ci ilin avqust hadisələri zamanı (o zaman bir qrup Sovet partiya və ordu rəhbəri qiyam qaldıraraq Fövqəladə Vəziyyət üzrə Dövlət Komissiyası yaratmışdı. Məqsəd imperiyanı gücləndirmək idi) zamanı Moskva qiyamçılarını dəstəkləmişdi. 1990-cı ilin yanvarında Sovet qoşunlaırnın Bakıda törətdiyi qırğın müstəqillik ideyasını gündəliyə gətirsə də, SSRİ hələ güclü idi və istiqlal uğrunda mübarizə gündəliyə çıxarılmırdı. 1991-ci ildə isə vəziyyət dəyişdi. Avqust hadisələrindən sonra imperiya daxilində mərkəzdənqaçma prosesi gücləndi. Sentyabrda artıq müstəqillik hərəkatı genişləndi. O dövrə Azərbaycanın siyasi rəhbərliyi və xalq hərəkatının liderləri ilə Azərbaycana ən yaxın dövlət olan qardaş Türkiyənin siyasi elitası arasında təmaslar artmışdı. Bu təmaslar həm siyasi rəhbərlikdə, həm də xalq hərəkatı rəhbərliyində müstəqilliyə müəyyən ümidlər yaradırdı. O zamankı Türkiyə prezidenti mərhum Turqut Özal SSRi-nin türk cümhuriyyətləri, o cümlədən Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verirdi. Türkiyənin o zaman Azərbaycanda işləyən diplomatlarından biri o günləri belə xatırlayır: “1991-ci ilin martında mərhum prezident Turqut Özalın Moskvaya, oradan da Bakıya gəlməsi Azərbaycanın müstəqilliyə doğru yolunda əlamətdar bir hadisə oldu. O səfər zamanı Türkiyə Cümhuriyyətinin Bakıda Baş Konsulluğunun açılması barədə qərar qəbul edildi. Bakıya ayağımız dəyər-dəyməz özümüzü ölkəmdəki kimi hiss etdik. Azərbaycandakı qardaşlarımız bizi bağırlarına basdılar. Küçəyə çıxıb 10-15 addım gedən kimi qarşıma çıxan insanlar əlimi sıxır, qardaş olduğumuzu qürurla deyirdilər. Ömrüm boyu unutmayacağım inanılmaz duyğular idi. Azərbaycan müstəqilliyə doğru qəti addımlarını atmağa başlayanda Azadlıq meydanında mitinqlər keçirilirdi. Mən də o mitinqlərə gedib qardaşlarımla birlikdə olurdum”.
Moskvada avqust qiyamının iflasa uğramasından sonra bütün ittifaq respublikalarında, o cümlədən Azərbaycanda xalq hərəkatı ikinci nəfəs qazandı. Artıq Qarabağ uğrunda meydan hərəkatı müstəqillik mübarizəsinə keçdi. Azərbaycanın siyasi rəhbərliyi isə hələ də Moskvanın ağzına baxır, müstəqil dövlət və ordu quruculuğundan çəkinirdi. Parlamentdə çoxluq kommunistlərin əlində idi. Bununla belə demokratların fəallığı və xalq hərəkatının güclü dəstəyi sayəsində 1991-ci ilin oktyabrın 18-də Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Müstəqilliyi elan etsə də, Azərbaycanın Moskvaya bağlı kommunist rəhbərliyi müstəqillik ideyalarının nəinki təbliğ edir, əksinə “Azərbaycan müstəqil olarsa, iqtisadiyyat məhv olacaq”, “Müstəqil, Rusiyasız yaşaya bilməyəcəyik” kimi təbliğat aparır, xalqın müstəqilliyə inamını azaldırdı. Bəlkə də o zamankı ölkə rəhbərliyi Azərbaycanın müstəqilliyini müvəqqəti hadisə hesab edir, yenidən ittifaq dövlətinin bərpa olunacağını güman edirdi. Azərbaycanın müstəqilliyinin geridönməz proses olduğunu sübut edən bir hadisəyə ehtiyac vardı. Belə bir hadisə noyabrın 9-da baş verdi.
1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti ilk dəfə olaraq Azərbaycan Respublikasının müstəqilliyini tanıdığını bəyan etdi. Türk diplomat: “Oktyabrın 18-də Milli Məclis Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edəndə parlamentdə idim. Milli Məclisdə Azərbaycanın Müstəqillik Aktını qəbul etməsinin qürurunu yaşadım. Akt qəbul edilən kimi səfirliyə qayıdıb Ankaraya bu barədə məlumat verdim. Ankara prosesləri yaxından izləyirdi və vaxt itirmədən qardaş Azərbaycanın müstəqilliyinin tanınması üçün lazım olan sənədlər hazırlandı. Türkiyənin Azərbaycanın müstəqilliyini tanıma qərarına baş nazir Məsud Yılmaz imza atdı”. 1991-ci il noyabrın 9-da Türkiyənin baş naziri Məsud Yılmaz Bakıya telefon açaraq Türkiyə hökumətinin qərarını Azərbaycan rəhbərliyinə çatdırır.


“Demokratik qüvvələr də tərəddüd edirdi”

Milli Azadlıq Hərəkatının tanınmış liderlərindən biri, Azərbaycanın müstəqilliyinə inamsız yanaşan o zamankı Moskvapərəst Ayaz Mütəllibov hakimiyyətinə qarşı ən prinsipial mübarizə aparan təşklatlardan birinin-Bakı və Kəndlər Birliyinin sədri Nəsir Ağayevi Azərbaycan Respublikasının müstəqilliyinin Türkiyə Cümhuriyyəti tərəfindən tanınmasının böyük tarixi əhəmiyyətə malik olduğunu deyir: “O dövrdə SSRİ dövləti hələ yaşayırdı və Azərbaycan SSRİ-nin tərkibində idi. Hələ SSRİ-nin ləğv edilməsi barədə Belovejsk sazişi imzalanmamışdı. Azərbaycan hakimiyyəti SSRİ-nin dağılacağına inanmırdı, müstəqilliyə inamsız yanaşırdı. Xalq isə müstəqillik və Qarabağın azadlığını istəyirdi. Azərbaycan 88-ci ildən başlanan xalq hərəkatı artıq xarakterini dəyişmiş və milli müstəqillik tələbləri ilə çıxış etməyə başlamışdı. Bununla belə demokratik qüvvələr də müstəqilliyə bəzən inamsız yanaşırdılar. Müstəqillik mübarizəsi olduqca çətin idi. Tərəddüd artıq idi, nəinki qətiyyət. Qətiyyət göstərən, iradəli adamlar, Azərbaycanın müstəqlliyini özləri üçün həyat kredosu seçənlər çox az idi. Azərbaycan dövlətinin başında dayananlar Azərbaycanın müstəqiliyinə şübhə ilə yanaşırdılar. Müstəqil Azərbaycanın özünü idarəetməsinə bir o qədər də inanmırdılar. Və bu inamsızlıq istər-istəməz Azərbaycan dövlətinin gələcəyini şübhə altlnda qoyurdu. Bununla yanaşı xalqın özündə də tərəddüdlər var idi. Çünki xalq hərəkatında siyasi hakimiyyətə olan münasibət müəyyənləşirdi. Siyasi hakimiyyət, dövlət hakimiyyəti zəiflədikcə xalq hakimiyyəti güclənirdi. Bu mənada Azərbaycanın müstəqilliyinin tanınması, onun beynəlxalq aləmdə müdafiə olunması Azərbaycandakı vəziyyəti də müəyyənləşdirə bilərdi. 1991-ci ilin oktyabrın 18-də Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsi ümdə məsələlərdən biri idi. Bu, Azərbaycanın ölüm-qalım məsələsi idi. Bu məsələdə Azərbaycanın məhz birinci olaraq Türkiyə tərəfindən tanınması, Türkiyə tərəfindən yardım alması xalqımız üçün önəmli idi. Türkiyə balaca bir dövlət deyil, bölgənin ən böyük dövlətlərindən biridir. Türkiyə Yaxın Şərqin güclü dövlətlərindən biridir. Avropanın Asiya ilə, Şərqlə münasibətlərini müəyyənləşdirən barometrdir. Belə bir strateji əhəmiyyətə malik olan türk dövlətinin Azərbaycanın müstəqilliyini qəbul etməsi Türkiyənin nüfuzu olan dövlətlərin də Azərbaycana münasibətini müəyyənləşdirdi. Azərbaycanın tanınması Türkiyəyə olan münasibəti müəyyənləşdirdi. Türkiyənin Azərbaycanın müstəqilliyini tanıması beynəlxalq münasibətlərdə və daxili aləmdə böyük bir hadisə idi. Bu aksiya Azərbaycanda Milli Azadlıq Hərəkatının getdikcə güclənməsinə təkan verdi. Çünki Azərbaycanın müstəqillik aktı sadəcə Milli Azadlıq Hərəkatının hədəflərini dəqiqləşdirdi. Yəni Azərbaycanın müstəqilliyini müəyyənləşdirdi. Nəsir bəy deyir ki, noyabr ayından başlayaraq Milli Azdalıq Hərəkatında keyfiyyət dəyişikliyi baş verir. Xalq Hərəkatı qarşıya qoyduğu vəzifələrlə bağlı çıxardğı qərarlarda daha ötkəm, daha inamlı olmağa başlayır. Getdikcə xalq hərəkatı güclənir və xalqn müstəqilliyə inamı artır. Getdikcə bu proses gücləndi və nəhayət Azərbaycanın Rusiyadan ayrılması prosesi dönməz xarakter aldı. Azərbaycan istiqlalının Türkiyə tərəfindən tanınması 20 yanvar qırğınından sonra müəyyən psixoloji travma almış Azərbaycan istiqlal hərəkatının ruhlandılrdı. Milli Azadlıq Hərəkatının liderlərində ümid yaratdı, istiqlal hərəkatını stimullaşdırdı: “Demokratik hərəkatın liderləri Türkiyənin cəsarətli addımından ruhlandılar. Demokratik hərəkat genişləndi. Türkiyə ilə Azərbaycan arasında münasibətlər daha da sıxlaşdı, diplomatik əlaqələr genişləndi. Bu günün özündə yaranan türk birlikləri həmin münasibətlərin üzərində quruldu. Vanda baş verən zəlzələyə Azərbaycan xalqının, Azərbaycan dövlətinin həssas münasibəti 1991-ci ildə Türkiyənin atmış olduğu cəsarətli addıma ən layiqli cavab oldu”.
Maraqlıdır ki, o dövrdə hələ də SSRİ-nin yaşayacağına ümidlər varmış. 1990-cl ilin yanvarında Azərbaycan xalqının Sovet dövləti rəhbərliyinə, Qızıl Ordunun xilaskarlığına inamlı sarsılmışdı. Bununla belə hakimiyyət daxilində, hətta Azərbaycan Xalq Hərəkatının özündə belə düşünürmüşlər ki, Azərbaycan elə addımlar ata bilər ki, Moskvanın rəğbətini qazanar və azərbaycanlılara münasibət dəyişə bilər. Türkiyə tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması Azərbaycan xalqında Moskvaya hələ də qalan inamı sarsıtdı. Bəlli oldu ki, Azərbaycanın istiqlaliyyətinin alternativi yoxdur. Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olması istiqlal savaşımıza qardaş dəstəyinin nümunəsi idi. Türkiyənin Azərbaycanı beynəlxalq hüququn müstəqil subyekti kimi tanıması Azərbaycan xalqında böyük ruh yüksəkliyi, müstəqil dövlət quruculuğna sarsılmaz inam yaratdı. Qardaş türk xalqı ötən əsrin 20-ci illərində də Azərbaycan türklərinin istiqlal savaşına həyati əhəmiyyətli dəstək vermiş, öncə Azərbaycan türklərini Rusiyanın silahlandırdığı erməni hərbi birləşmələrinin əlindən almış, soyqırırmdan, bir mllət kimi məhv olmaqdan qurtarmışdı. Qəhrəman Osmanlı zabiti Nuru Paşanın rəhbərlik etdiyi hərbi birləşmə yenicə istiqlalını elan etmiş Azərbaycanın dövlətinin, ordusunun qurulmasında, başkənd Bakının azad edilməsində müstəsna rol oynamışdı. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra Türkiyə və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələri davam etmiş, Azərbaycan Şura hökuməti Mustafa Kamalın rəhbərlik etdiyi Türkiyə qurtuluş hərəkatına külli miqdarda maliyyə, silah-sursat və yanacaq yardımı etmişdi. Azərbaycanın qəhrəman oğulları Türk qurtuluş savaşının zirvə nöqtəsi olna Çanaqqala savaşına da damğasının vurmuşlar. On minlərlə türk əsgərinin şəhid olduğu həmin müdhiş savaşda həyatının va sağlamlığını itirənlər arasında Azərbaycandan qardaş yardımına getmiş əsgər və zabitlər də vardı.
Türkiyənin əsrin sonunda yenidən istiqlal savaşına qalxmış Azərbaycan xalqına dəstək verməsi, müstəqlliyimizi tanıması 70 illik Sovet dövründə belə qırılmayan qardaşlıq bağlarının oyatdığı duyğuların nəticəsdi idi. Nəzərə alsaq ki, o dövrdə şər imperiyası adlanan SSRİ dövləti hələ dağılmamışdı, Türkiyənin bu addımı dilomatik baxımdan müəyyən qədər riskli idi. Türkiyənin bu addımı liderlərimiz tərəfindən deyilmiş. “Bir millət- iki dövlət” şüarının təsadüfi olmadığını, reallıq olduğunu, Türkiyə-Azərbaycan münasibətlərinin dərin tarixi köklərə bağlı olaraq inkişaf etdiyini göstərdi.

Türkiyənin ayağı sayalı oldu. Türk cümhuriyyətinin ardınca digər dünya dövlətləri Azərbaycanın istiqlalını tanıdılar. Bununla da Azərbaycan 20-ci əsrdə ikinci dəfə öz istiqlalına qovuşdu, dünya birliyinin tam hüquqlu üzvü oldu. Bu günlərdə ölkəmiz Şərqi Avropadan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərək yeni bir diplomatik uğura imza atıb. Bu həm də Türkiyənin, türk dünyasının uğurudur. Türkiyə ilə Azərbaycan daim birgə addımlamış, xarici siyasi kursda koordinə edilmiş addımlar atmışlar. Hər iki dövlət qondarma erməni iddialarından əziyyət çəkir. Ermənilər Türkiyənin Şərq ərazilərinə iddia edir, qondarma erməni qoyqırımı iddiası ilə Türkiyəyə, türk xalqına qarşı əks-təbliğat aparır. Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Azərbaycanla Türkiyənin birliyi həm də ümumi düşmənə qarşı tale birliyidir. Bir ara iki dövlət, iki xalq arasında xoşagəlməz (bayraq krizi və s) hallar yaşansa da, son anda müdrik qərarlar çıxarıldı, iki qardaş ölkənin mehriban dostluq və qardaşlıq münasibətlərinə kölgə salmaq istəyənlər istəklərinə nail olmadılar. Yəqin ki, dərin tarixi köklərə, qardaşlıq münasibətlərinə bağlı olan Türkiyə-Azərbaycan əlaqələri bundan sonra daha da dərinləşəcək, iki qardaş xalqın qurduğu dövlətlər əbədi olaraq yaşayacaq, türk və Azərbaycan xalqları daim birgə olacacaqlar.

Elman Cəfərli










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34
Putin İrana gedəcək
Dünən, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Dünən, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Dünən, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Dünən, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Dünən, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Dünən, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Dünən, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Dünən, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Dünən, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Dünən, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Dünən, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Dünən, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Dünən, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru