PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                 

“YUXULARIMDAN ÇOX QORXURAM”
Tarix: 22-11-2011, 11:41 | Çap et
“YUXULARIMDAN ÇOX QORXURAM”

“BELƏ ROLLARIN DA ÖHDƏSİNDƏN GƏLƏ BİLƏRƏM”

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Gülər Nəbiyevanın Milli. Az xəbər portalına müsahibəsi.

Yəqin elə təsəvvür yaranacaq ki, məktəbli dövründə poeziyaya böyük maraq göstərmiş, sonradan isə həyatını aktyorluq sənətinə bağlamış müsahibləri məxsusi seçirəm. Amma burada nə bir qəribəlik var, nə də məxsusilik - teatr aləminə aid olan insanların əksəriyyəti eyni zamanda ədəbiyyatla da əlaqəlidirlər. Bu da təbiidir. Axı məlumdur ki, dillə eksperiment sənəti olan danışıq teatrı öz tarixinə malik olmaqdan savayı həm də ədəbiyyat tarixinin bir bölməsidir.

Bu dəfəki müsahibimizin də birinci ehtirası məhz ədəbiyyat, poeziya olub.

- Hələ Yevlaxın Yuxarı Bucaq kəndindəki orta məktəbdə oxuyanda poeziya məni çox cəlb edirdi. Tez-tez evdə bacı-qardaşlarımla Səməd Vurğunun “Vaqif” dramındakı personajları öz aramızda bölüşdürüb oxuyurduq. Məktəbi bitirəndən sonra APİ-nin Azərbaycan dili və ədbiyyatı fakültəsinə imtahan verəndə tarixdən kəsildim. Elə bil ki, əvvəldən sinif yoldaşlarıma APİ-nin giriş qapısından girib arxa qapısından çıxacam deməyim gerçək oldu - doğrudan da institutun arxa qapısından çıxdım. Məyus olduğumdan əsas çıxışı tapa bilmədim, ona görə arxa qapıdan çıxdım. Amma bu uğursuzluq poeziyaya marağımı azaltmadı. Nəzm əsərləri ilə dolu dəftərimi indiyə qədər saxlamışam.

- Öz yazdıqlarınızdır, yoxsa sevdiyiniz poetik parçalar?

- Öz yazdıqlarım da var, mənsur şerlər yazıram, çoxlu sevdiyim poetik parçaları da köçürmüşəm.

- Növbəti il sənədlərinizi İncəsənət İnstitutuna verdiniz?

- Yox, növbəti il elə Yevlaxda mühasiblik üzrə orta ixtisas təhsili aldım. Artıq üçüncü il nənəmlə Bakıya gələndə nə olar, olar, deyib sənədlərimi İncəsənət İnstitutuna verdim.

- Görünür, valideynləriniz seçiminizə mane olmayıblar.

- Bəli, bu seçimə kəskin münasibət göstərmədilər. Atam dedi ki, get, amma nə vaxt istəsən qayıda bilərsən. Dedim, yox, gedib aktrisa olacam. Həm də qardaşım da aktyor olmaq istəyirdi. Amma nəsə iş elə gətirdi ki, alınmadı. Ona görə mənim incəsənət sahəsinə, özü də aktyorluğa getməyim təəccüb doğurmadı. Üçüncü kursda oxuyanda, 91-ci ildə Bakı Kamera Teatrı açıldı. Evdə dedim ki, o teatra aktrisa lazımdır. Beləliklə, truppaya daxil oldum.

Xoşbəxtəm ki, yaradıcılıq fəaliyyətimin ilk günlərindən Cənnət Səlimova kimi rejissorla, onun topladığı peşəkar truppa ilə çalışmaq imkanım olub və bu günə qədər də bu davam edir. Taleyimdən razıyam ki, kinoda ilk işim tanınmış rejissor Eldar Quliyevin filmində, özü də baş rollardan biri oldu. Həmin “Girov” filmini Hindistanda keçirilən festivalda təqdim etməyə də Eldar müəllim məni məsləhət görmüşdü. Çox maraqlı səfər idi - uşaqlıqdan hind filmlərindən tanıdığımız Hindistanda olmaq, aktyora əsl münasibəti görüb hiss etmək çox xoş idi.

- Kamera Teatrı az sayda olan spesifik teatrlarımızdan idi. Fərqliliyi elə təkcə adından bəlli olan Gənc Tamaşaçılar Teatrında özünüzü necə hiss edirsiniz?

- Əlbəttə, Kamera Teatrının özünəməxsusluğu elə zalının quruluşundan başlayırdı - tamaşaçının aktyorları digər aşağıdan yuxarı deyil, məhz yuxarıdan aşağı seyr etmək imkanına malik olması tamaşanın qavranmasına öz təsirini göstərirdi. Biz həmin tamaşaları indi burda da oynayırıq. Və həmin tamaşaçılar deyirlər ki, həmin effekti ala bilmədik. Ümumiyyətlə, belə teatrların yeri tamam ayrıdı. Mən tələbə olanda “YUĞ” teatrının bütün tamaşalarına gedib baxırdım. O tamaşalardan sonra insan həyata başqa cür baxmağa başlayır, elə bil qanadlanıb uçursan.

- Xaraktercə emosional, tez qərar qəbul edən insan təsiri bağışlayırsınız.

- Əksinə, bir qərara gələndən əvvəl çox düşünüb-daşınıram. Amma emosional olmağına emosionalam. O mənada ki, bir hadisə baş verəndə çox təsirlənirəm. Hərdən aktyor olmağıma peşman oluram. Çünki biz aktyorlar, məsələn, ekstrasenslər kimi ruhən çox açıq adamlarıq. Belə adamlara həyatda çox çətin olur, həssaslıqları üzündən əzab çəkirlər. Məsələn, mən yuxularımdan çox qorxuram. Dəfələrlə olub ki, yuxuda gördüyüm əhvalatla gerçək hadisə tam üst-üstə düşüb. Ya da misal üçün, biz “İtlər” tamaşasını oynayanda mən hər dəfə 20 Yanvar faciəsinin sarsıntısını yenidən yaşayıram. Ümumiyyətlə, hesab edirəm ki, aktyorla rolun, obrazın arasında bir yaxınlıq, paralellik olmalıdır. Personajın xüsusiyyətləri ilə aktyorun daxili aləmi üst-üstə düşməlidir.

- Bu, amplua çərçivəsinə aparıb-çıxarmaz ki?

- Yox, mən o mənada demirəm ki, aktyor ömrü boyu səhnədə, ya ekranda özünə bənzər insanların rolunu oynamalıdır. Məsələn, mən həmişə elə bilirdim ki, komik obraz mənlik deyil. Amma rəhmətlik İrina Perlova məndə bu bacarığı da gördü və məni inandırdı ki, belə rolların da öhdəsindən gələ bilərəm. Rejissordan çox şey asılıdır. Aktyorun istedadının heç özünün də xəbəri olmayan tərəfini o görməlidir.

- Bu cəhətdən teatrda bəxtiniz gətirib - repertuarınız bir-birinə heç oxşamayan rollardan ibarətdir.

- Elədir, teatrda bəxtim gətirib. Elə kino karyeramdan da şikayət edə bilmərəm. Amma çəkildiyim dörd filmin üçündə, “Girov”da da, “Qırxıncı qapı”da da, “Ölüm növbəsi”ndə də ana obrazlarını canlandırmışam. İstərdim ki, bundan sonrakı kino rollarım tamam fərqli olsun. Məsələn, çox istərdim ki, çılğın, güclü bir qadın obrazında çəkilim. Ümumiyyətlə, artıq kamera üçün çox darıxmışam.

- Görünür, çəkiliş meydançasında özünüzü rahat hiss edirsiniz.

- Bəli. Kamera qarşısında heç bir diskomfort his etmirəm. Amma çəkildiyim filmlərə baxa bilmirəm.

- Peşəsi səhnə fəaliyyəti ilə bağlı olan qadınlar ailə həyatlarının alınmamasını sənətləri ilə əlaqələndirirlər. Siz həm aktrisasınız, həm də poetik əhvallara qapılmağı xoşlayan insansınız. Yəqin ki, bu məsələyə aid fərqli qənaətləriniz var.

- Mən özüm gec ailə qurdum. Yoldaşım Eşqin Quliyev Kamera Teatrında da bizimlə işləyirdi, amma orada o, radist idi. İndi isə artıq aktyor kimi bir neçə rolda çıxış edib. Düşünmürəm ki, bu nikahın bir qədər gec baş tutması mənim sənətimlə bağlıdır. Deməli, qismət beləymiş. Mən Müasir Təhsil Kompleksində dərs də deyirəm. Orada hər cəhətdən tərifə layiq elə müəllimələr var ki, onlar da ailə həyatını gec qurublar. Onlar ki aktrisa deyillər. Dediyim kimi hər şey qismətə bağlıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru