"Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                     Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? .....                     Cərimələr sürücüləri bezdirəndə .....                     Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! .....                     Fransa Azərbaycana müharibə elan etdi? .....                     Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... .....                     Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." .....                     Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib .....                     "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" .....                     Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir .....                     Abşeronda təhsil adına RƏZALƏT... .....                     Zelenski getməyə hazırdır, amma... .....                     Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir .....                     Cəlilabadda şikayətləri dinləyən yoxdur... .....                     "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." .....                     2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                 

MASALLI ZİYALILARI BAŞÇININ ADAMINA SƏRT CAVAB VERDİ
Tarix: 9-03-2013, 11:25 | Çap et
MASALLI ZİYALILARI BAŞÇININ ADAMINA SƏRT CAVAB VERDİ
BİRLİK SƏDRİ ÜNVANLARINA SƏSLƏNƏN İTTİHAMLARI SİFARİŞLİ HESAB EDİR

DİA.AZ: - Masallı Rayon İcrav Hakimiyyəti Başçısı Rafil Hüseynovun qanunsuz hərəkətlərindən Masallı Ziyalıları İctimai Birliyinin və ictimaiyyət nümayəndələrinin Prezidentə etdiyi şikayətlərlə bağlı keçirdikləri mətbuat konfransından “guya hiddətlənən” bir neçə nəfər Masallıdan xəbəri olmayan bəzi şəxslərin fikirləri barədə Masallı Ziyalıları İctimai Birliyin sədri Eynullayev Məmmədağa Bəndalı oğlu tərəfindən DİA.AZ-a açıqlama göndərilib.

Həmin açıqlamanın mətnində deyilir: ““Azadlıq” qəzetində və bəzi saytlarda əslən Masallıdan olan Fərahim Sadıqovun, Füzuli Bayatın, Vasif Səmədovun və Q.Fətullayevin fikirləri ilə əlaqədar bildirmək istəyirəm ki, Fərahim müəllim zaman-zaman İcra Hakimiyyəti Başçıları ilə isti münasibətlərə can atan, onlara yarınmaqla özü üçün (deputat olmaq məqsədi ilə), dörd il həbsdə yatan qardaşı Fəxrəddin Sadıqovun vəzifəyə verilməsi məqsədi ilə belə çıxışlarının dəfələrlə şahidi olmuşam. Belə çıxışlarına görə Fərahim müəllim Fəxrəddin Sadıqovu Masallı şəhər ərazi nümayəndəsi, hazırda 3 № -li şəhər orta məktəbinin direktoru vəzifəsinə təyin elətdirmişdir. Yəqin ki, indi də o qardaşını layiq olmadığı daha hansısa yüksək vəzifəyə təyin elətdirmək istəyir və ya daha başqa umacağı vardır.

Bizlərin haqqındakı bu qarayaxmalar da oradan qaynaqlanır. Çünki onların fikirlərindən də məlum olur ki, bizim şikayətlərimizin məğzindən xəbərləri yoxdur. Masallıda baş verənlər barədə məlumatlı deyillər. Sadəcə icra başçısının göstərişini yerinə yetirirlər. Biz uzun müddətdir ki, Masalllıda baş verən haqsızlığa, ədalətsizliyə, qanunsuzluğa, dövlətimizin inkişafına, tərəqqisinə mane olanlara qarşı mübarizə aparırıq.

Haqqımızda iftiralar yağdıranlar bizlər mübarizə aparanda başları ya pul yığmağa qarışıb, ya da ki, cəsarətsizliklərindən səslərini çıxara bilməyiblər.

Fərahim müəllimə bir faktı xatırlatmaq istəyirəm. Fərahim müəllim, çox yaxın dostumuz Çingiz Həşimov, oğlu Yavər Həşimov əmlaklarının əlindən alınması məqsədi ilə şərlənərək, bələdiyyə üzvlüyünə namizədlər olmasına baxmayaraq, keçmiş İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayev tərəfindən həbs etdiriləndə heç bir ziyalı kimi səsiniz eşidilmədi, hiss olunmadınız.Nədən? Icra Başçısı Rafil dostunuzdan bu qədər əzizdi sizə? Seyid Sadıq demişkən “ay nömrə” !...

Jurnalist Vasif Səmədovu hər vaxt kölgədə qalmağı üstün tutanlardan hesab edirik. Birdən-birə meydana çıxıb bizləri ziyalı olmamaqda ittiham etməsi bizlərə çox gülməli gəldi. Vasif Səmədova xatırlatmaq istəyirəm ki, 1978-ci ildə mən Azərbaycanın yığma futbol komandası tərkibində, Ukraynanın Dneprepotrovsk şəhərində (o vaxt Vasif Səmədov Dneprepotrovsk vilayətinin partiya komitəsində işləyirdi) keçirilən yarışdan sonra komandanın rəhbərliyinə mən də olmaqla, “Dnepr” restoranında verdiyi qonaqlıq və haqqımdakı yüksək fikirlər yadından çıxmayıb. Məgər ziyalı olmaq üçün Fərahimdən, Vasifdən, yoxsa Füzuli Bayatdan icazə və ya lisenziya almaq lazımdır? Siz necə özünüzü ziyalı hesab edirsiniz ki, haqsızlığa, ədalətsizliyə qarşı çıxan, özünüz etiraf etdiyiniz kimi tanımadığınız insanlara qarşı təhqiramiz ifadələr işlədirsiniz. Budurmu sizin mədəniyyətiniz, ziyalılığınız? Bizlərin narazılıqlarının, etirazlarının nə səbəbdən baş verdiyi barədə heç məlumatlı adama oxşamırsınız. Yəqin göstəriş almısınız ki, onları şərləyin, təhqir edin.Türklər demişkən yazıqlar olsun!

Füzuli Bayat professorun Masallıdan olmasını ilk dəfə “Azadlıq” qəzetindən öyrəndim. Mən Masallı rayonunu çox yaxşı tanıyan bir şəxs kimi bu professor haqqında ilk dəfə məlumatlandım. Professorluğunu bilmirik, ancaq bizlər haqqındakı fikirləri və təhqirləri təxəllüsü kimi çox bayatdır. Əslində onun fikirləri necə “zat” olduğunu ortaya qoyur.

Əgər siz özünüzü ziyalı hesab edirsinizsə, (Qardaşı araya gətirməli deyil) sizlərlə Fərahim Sadıqov, Vasif Səmədov Füzuli Bayatla Masallı Ziyalıları İctimai Birliyinin nüməyəndələri ilə təklif etdiyiniz istənilən məkanda, auditoriyada, istər Masallıda, istərsə də Bakı şəhərində görüşməyə hazırıq. İstəsəniz mətbuat nümayəndələrinin iştirakı ilə. Çünki bizlərin məqsədi, məramı apardığımız mübarizənin hədəfləri, məqsədi aydındır. Rayon ictimaiyyəti qarşısında, Allah qarşısında alnımız açıq, vicdanımız təmiz, yaxınlarımız, qohumlarımız arasında vəzifə üçün min cür dona girən, narkotiklə məşğul olan, sərvət qazanmaq ehtirası ilə min cür çirkinliyə bulaşan, digər mənəviyatsız hərəkətlərlə məşğul olan heç bir adamımız yoxdur.

İnanın ki, bizlər Masallını sizlərdən qat-qat çox istəyirik, özü də şəxsi maraqlar baxımından deyil. Qardaş Fətullayevə hələ keçmiş icra başçısı zamanı bizlərə atdığı iftiralara görə mətbuat səhifələrində, son olaraq “Atribut” qəzetində ətraflı cavab vermişəm. Qardaş ağlı kəsəndən, hansı səbəbdən karyerasını qurmağa başlayandan “ştatlı sifarişlə” işləyən olub. İndi öz adını bizlərə qoymaq istəyir. Alınmayıb, heç vaxt alınmayacaq. Onu Ayaz Mütəllibovun dövründə yaranan ölü bir cəmiyyətə sədr təyin ediblər. Nə vaxt bizləri şərləmək, olmazın iftiralarını söylətdirmək lazım gələndə icra başçılarının icazəsi ilə danışır. Qardaşın cəmiyyətinin fəaliyyəti bundan ibarətdir. Əgər Qardaş Fətullayev sağlam düşüncə ilə öz şəxsi həyatındakı və əməllərindəki eybəcərlikləri analiz edərək nəticə çıxararsa, o nəinki ziyalı kimi, həm də bir Masallılı kimi də cəmiyyət arasına çıxmamalıdır.

Qardaş Fətullayev deyir ki, guya bizim ətrafımızdakılar ruhi xəstə və pis imicə malik adamlardır. Əgər bizim ətrafımızdakılar ruhi xəstədirlərsə, nə üçün sənin rəhbərin Rafil bu yaxınlarda onlardan 2 nəfərinə vəzifə verərək ətrafına aparıb. Onda belə çıxır ki, sənin rəhbərin ruhi xəstələrə vəzifə verir. Sən yəni bu qədər yekəlmisən ki, daha öz rəhbərinə daş atırsan.?!

Sizlərin nəzərinə çatdırıram ki, ətrafımızdakılar haqsızlığa, ədalətsizliyə, qanunsuzluğa qarşı cəsarətlə mübarizə aparan əyilməz, satılmaz yaltaqlığı sevməyən,professor olmasalar da sadə ziyalılar və ictimayət nümayəndələridir.

Qaldı ki, pis imic məsələsinə, haqqınızdakı bir çox faktlara istinadən deyə bilərəm ki, bizim rayonda səndən pis imicli adam yoxdur. Mən harda işləməyindən asılı olmayaraq vicdanla, ləyaqətlə işləmişəm. Rayon ictimaiyyəti bu barədə kifayət qədər məlumata malikdir. Eyni zamanda sənə bir faktı xatırlatmaq istəyirəm. 2000-ci il parlament seçkilərində sədri olduğunuz seçki dairəsində yüksək səslə qalib gəlsəm də, 2001-ci ildə YAP-ın Sirus Təbrizlinin iştirak etdiyi rayon konfransında partiyanın idarə heyətindən uzaqlaşdırıldığınıza görə mənim yerimə saxta yolla deputat elədiyin, qəzəbləndiyin, sənə qarşı atılan addımlarda günahkar bildiyin Vəsadət Əzizova konfrans iştirakçılarının hüzurunda, sən deputat deyilsən, sən Məmmədağanın haqqını mənimsəmisən, mənə verdiyin filan qədər pula görə səni deputat elədik etirafın yəqin ki, yadından çıxmayıb.

Təvazökarlıqdan uzaq olsam da özüm haqqında bəzi məlumatları qeyd etmək istəyirəm. Mən həyatım boyu Masallının şərəfini həmişə uca tutmaq üçün heç vaxt səy və bacaracağımı əsirgəməmişəm. Buna nə qədər nail olmuşamsa, bunun qiymətini rayon ictimaiyyəti verə bilər, başqa heç bir fərd verə bilməz.

Ordu sıralarında SSRİ Daxili Qoşunlarının xüsusi rotasında xidmət etmişəm. O illərdə (1973-75) Uzaq Şərq və Sibir zonalarının 3 km kros yarışlarında çempion olmuşam. Adım SSRİ Daxili qoşunlarının fəxri kitabına yazılıb.

Ordudan qayıtdıqdan sonra 1976-cı ildə Xankəndində keçirilən 3 km kros yarışında respublika çempionu olmuşam. Masallı rayonunun şərəfini “Viləş” futbol komandası tərkibində onun kapitanı kimi qorumuşam. 3 dəfə “Qızıl sünbül” kubokunu, bir dəfə Respublika kubokunu almışıq, respublika çempionatında fəxri yerləri tutmuşuq. Azərbaycanın yığma komandası tərkibində respublikanın şərəfini Özbəkistanda, Gürcüstanda, Ermənistanda, Ukraynada qorumuşam. Rayonun ictimai siyasi həyatında fəal iştirak etmişəm. Xalq hərəkatı dövründə rayon cəbhəsinin sədri, eyni zamanda dörd il AXC-nin Ali Məclisinin üzvü olmuşam. Qardaş Fətullayev deyən kimi vəzifəyə görə yox, AXC hakimiyyətinin kadr siyasətinə etiraz olaraq AXC-dən və İcra Hakimiyyətindəki işimdən istefa vermişəm.

O vaxt Masallı Demokratik Qüvvələr Qurumu yaradaraq Əlikram Hümbətovun dövlət əleyhinə yönəlmiş hərəkətlərinə qarşı mübarizənin ön cərgəsində olmuşam. Bölgə ziyalılarının iştirakı ilə AR-nin Prezident Aparatının qarşısında etiraz aksiyaları keçirmişik. O vaxtkı dövlət katibi Lalə xanımla görüşərək onun tapşırığına əsasən Ə.Hümbətovun tərksilah olunmasında MTN-nın zona üzrə sədri Hüseynağa müəllimin rəhbərliyi ilə etiraz mitinqlərinin təşkil edilməsini Masallıdakı dəstəsinin tərksilah edilməsində fəal iştirak etmişəm.

İki dəfə 1995-ci il, 2000-ci ildə AR-nın Milli Məclisinə deputatlığa namizədliyimi verərək, hər iki seçkidə yüksək səslə qalib gəlsəm də, rəsmi protokollar əlimdə olmasına baxmayaraq geri çəkilmək barədə edilən bütün şirnikləndirici təklifləri qəbul etmədiyimdən, yüz cür əsassız səbəblərlə nəticələri ləğv etməklə və saxtalaşdırmaqla mənim deputat seçilməyimin qarşısı alındı. Bu barədə Fərahim Sadıqov, Vasif Səmədov, Qardaş Fətullayev kifayət qədər məlumatlıdırlar.

Görəsən həmin dövrlərdə sonrakı haqsızlıqlar baş verən dövrdə bizim bu “baş ziyalılar” , qardaşlar , fərahimlər, vasiflər, füzulilər harda idilər? Onların nəinki səsləri eşidilmirdi, heç varlıqları hiss olunmurdu. İndi nə hadisə baş verdi ki, icra başçısı Rafil bunları “cinə” döndərdi. Belə ucuz formada icra başçısına yarınmaqla hansı umacağınız vardır?! Yaxınlarınıza hansı vəzifəni, hansı torpaq sahəsini, ticarət obyektləri üçün əraziləri istəyəcəksiniz?

Sizlər nə qədər danışmamışdınız, daha çox hörmətli idiniz. Danışdıqca rayon ictimaiyyəti arasında olan-qalan hörmətinizi də itirəcəksiniz. Çünki bizlər məcbur olacağıq ki, ictimaiyyətə sizlərin, yaxınlarınız haqqındakı ilginc məlumatları açıqlayaq. Biz bunları özümüzə rəva bilmirik, ancaq bizi də buna məcbur etməyin, hörmətli Masallının “baş ziyalıları”.
Çox ayıbdır! Ayılın!”

Yazıda adları çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru