Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                     Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? .....                     Cərimələr sürücüləri bezdirəndə .....                     Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! .....                     Fransa Azərbaycana müharibə elan etdi? .....                     Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... .....                     Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." .....                     Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib .....                     "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" .....                     Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir .....                     Abşeronda təhsil adına RƏZALƏT... .....                     Zelenski getməyə hazırdır, amma... .....                     Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir .....                     Cəlilabadda şikayətləri dinləyən yoxdur... .....                     "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." .....                     2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                 

İKİ NAZİRİN ADINDAN İSTİFADƏ EDƏN “BİZNESMEN”
Tarix: 13-03-2013, 09:17 | Çap et
İKİ NAZİRİN ADINDAN İSTİFADƏ EDƏN “BİZNESMEN”
BADAMDAR SAKİNLƏRİNƏ QAN UDDURAN SİYAVUŞ HEYDƏROV KİMDİR?

DİA.AZ: - Bakının mərkəzində bir qrup sakin ölümlə üz-üzə qalıb. Bu barədə redaksiyamıza həmin binanın sakinləri məlumat verib. Təhlükəli bina Bakının Səbael rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 3 ünvanında yerləşir. Redaksiyamıza müraciət edən bina sakinləri bildirirlər ki, sözügedən bina o qədər də təhlükəli vəziyyətdə olmayıb. Amma, keçən ilin axırlarında bina özünü məmur kimi təqdim edən bir nəfər tərəfindən qəzalı vəziyyətə salınıb və sakinlər ölümlə üz-üzə qalıb.

DİA.AZ bildirir ki, aidiyyəti qurumların müdaxiləsinə baxmayaraq həmin şəxs gizli yolla binada qanunsuz rekonstruksiya həyata keçirib. Nəticədə 15 nəfərdən artıq ailənin həyatı real təhlükədə qalıb. Sakinlər deyirlər ki, ikimərtəbəli taxta konstruksiyadan ibarət olan bu bina 50-60 il əvvəl inşa olunub. Binada sovetlər dönəmindən sonra sakinlərin şəxsi vəsaiti hesabına cari təmirlər aparılıb. Amma, bina əsaslı təmir edilmədiyindən taxta konstruksiyalı bina o qədər də yararlı deyil. Lakin, çarəsiz qalan sakinlər binanın uçmaması üçün şəxsi vəsaitləri ilə hər il cari təmir aparmaqla mənzillərində yaşayır. Bütün bunlar azmış kimi bina bir nəfər naməlum şəxs tərəfindən də dağıdılır. Belə ki, sakinlərin dediyinə görə, binanın 9 saylı mənzilinin qeyri-rəsmi sahibi olan Siyavuş Heydərov adlı şəxs ötən ilin dekabr ayından etibarən mənzilin hər tərəfində qanunsuz tikinti aparmağa başlayıb. Belə ki, taxta konstruksiyadan ibarət olan binanın birinci mərtəbəsində qanunsuz olaraq layihədən kənar tikintilər aparılıb, binanın ikinci mərtəbəsinin birləşdirildiyi istinad divarlar birinci mərtəbədən, yəni, 9 saylı mənzildən özbaşına sökülüb, əvəzinə mənzilin başqa istiqamətində ikinci mərtəbə ilə heç bir bağlılığı olmayan istinadən divarlar çəkilib. Bir sözlə, mənzilin qeyri-rəsmi sahibi olan bu şəxs ikimərtəbəli 15 ailəlik binanı tam təhlükəli vəziyyətə gətirib.

Qanunsuz tikili sakinləri ölümlə üz-üzə qoyub

Sakinlər deyir ki, Siyaviş Heydərov adlı şəxs bundan başqa digər özbaşınalıqlar da edib. Belə ki, o layihədən kənara çıxaraq binanın həyətyanı sahəsini də zəbt edib. Bu şəxs həmin ərazini hasarlayaraq mənzilinə bitişik əlavə iki otaq da tikib. Bununla da o binanın həyətini özününküləşdirib. Hazırda bina sakinləri nə həyətə düşə bilir, nə də asudə vaxtlarını keçirmək üçün yer tapır. Siyavuş Heydərov adlı şəxs binanın bütün həyətini hasarlayıb orada mənzil tikib: “Binanın həyətini özümüz təmizləyib ağaclar, güllər əkmişik . Badamdar qəsəbəsi hamı bilir ki, şürüşməyə meylli ərazidir. Bizim binamız da taxta konstruksiyalı olduğundan daha tez sürüşən bina hesab edilir. Buna görə, həyətdə ağaclar əkib abadlaşma aparırdıq ki, həm təhlükənin qarşısı nisbətən alınsın, həm də uşaqlarımızın asudə vaxtlarını keçirməyə yer olsun. Amma, Siyavuş Heydərov buranı bizim əlimizdən almaq istəyir, bizim həyatımızı təhlükəyə atır.

Təhlükəli vəziyyətə salınan binanın qəza çıxışları da bağlanıb

Sakinlər binadakı daha bir acınacaqlı vəziyyətdən danışır. Onların dediyinə görə, Siyavuş Heydərovun özbaşınalığının nəticəsi olaraq artıq bir ildir ki, onların binadan təcili çıxışı mümkün deyil. Belə ki, Siyavuş Heydərov binanın yanğın çıxışlarınnı da bağlayıb. Bu da həm bina üçün, həm də sakinlər üçün real təhlükə yaradıb: “Binanın yanğın çıxışları tam bağlanıb. Sabah binada hansısa bir yanğın hadisəsi və ya digər təhlükəli vəziyyət yaransa, binadan bir nəfər də çıxa bilməyəcək. Bütün ailələr binada qalıb öləcəklər. Binanın yanğın çıxışları bağlandığından bura yanğınsöndürən maşınların da girişi mümkün deyil. Belə çıxır ki, bu şəxs bizim binanın bütün ailələrini qırmaq istəyir. Binanın bütün mənzillərinin su, qaz və işıq sayğacları quraşdırılan ərazi də Siyavuş Heydərov tərəfindən tutulub. Buna görə də, biz aylarla heç bir kommunal xərcləri ödəyə bilmirik. Bilmirik sayğaclarımız hardadı, bəlkə də sayğacları da oğurlayıblar. Xəbərimiz yoxdu, çünki, həmin sayğaclar quraşdırılan yerlər Siyavuş Heydərov tərəfindən zəbt olunub. Belə biabırçılıq olmaz. O bina sakinlərini hər dəfə bir adla təhdid edir, hədələyir, bina sakinlərini öldürəcəyini deyir”.

15 ailə hər gün amansız təhqir edilir

Sakinlər deyirlər ki, Siyavuş Heydərov hər dəfə sakinləri küçə söyüşləri ilə də təhqir edir. Əvvəlcə mənzildə özbaşına rekonstuksiya işləri aparan bu şəxs mənzildən ev kimi istifadə edəcəyini bildirsə də, sonradan məlum olub ki, o həmin mənzili və ona bitişik özbaşına tikilini obyekt kimi istifadə etmək niyyətindədir. Sakinlər də buna etiraz edib və ikimərtəbəli, taxta binada obyekt işləməsinə narazılıq edib. Siyavuş Heydərov isə bundan sonra bina sakinlərini küçə söyüşləri ilə təhqir etməyə başlayıb. Hətta o, bir müddət əvvəl binanın Zoya adlı sakinini də biabırçı vəziyyətdə təhqir edib, ona hədə-qorxular gəlib: “Hansı sakin etiraz edirsə, onu təhqir edir, döyür, qadın-uşaq bilmir, kim gəldi küçə söyüşləri işlədir. Bu şəxsin özbaşınalığının qarşısını almaq olmur”.

Qanunsuzluq edən şəxs MTN və DİN adından istifadə edir

Sakinlər deyirlər ki, həmin şəxs hətta bu işdə yüksək qurumların adından da sui-istifadə edir: “Siyavuş Heydərov gah deyir ki, polis işçisidir, gah deyir Milli Təhlükəsizlik Nazirliyində işləyir. Amma, biz araşdırmışıq ki o heç bir yerdə işləmir. Sadəcə istədiyi özbaşınalığı etmək üçün bu qurumların adından istifadə edir. Biz qəzet vasitəsilə milli təhlükəsizlik naziri Eldar Mahmudovdan və daxili işlər naziri Ramil Usubovdan xahiş edirik. Hər iki nazirə böyük hörmətimiz var. Xahiş edirik ki, bu barədə lazımı araşdırma aparılsın, Siyavuş Heydərovun bu qurumların adından hansı əsaslarla sui-istifadə etməsi müəyyənləşdirilsin və bu şəxs barədə tədbir görülsün”.

İcra hakimiyyəti tikilini dayandırır, Siyavuş Heydərov isə davam etdirir

Sakinlər deyirlər ki, məsələ ilə bağlı onlar Səbail rayonunun Badamdar qəsəbə icra nümayəndəsinə, aidiyyəti Mənzil-İstismar Sahəsinə və Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətdən sonra Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları gəlib tikintini dayandırıb və həmin şəxsə xəbərdarlıq edilib. Amma, buna baxmayaraq Siyavuş Heydərov gecə vaxtı ustalar çağıraraq tikinti işlərini davam etdirir. Siyavuş Heydərovun özbaşınalığına dözməyən sakinlər məsələ ilə bağlı prezident İlham Əliyevə, fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət hazırlayıb, həmin şəxsin özbaşınalığına son qoyulmasını və onların təhlükəsizliyinin təmin edilməsini xahiş ediblər. Sakinlər həmçinin yaxın günlərdə Badamdar qəsəbəsində etiraz aksiyasına başlamaq barədə də qərar qəbul ediblər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru