MÜXALİFƏT KÜTLƏVİ AKSİYALARA NİYƏ QƏRAR VERMİR?
Tarix: 1-12-2011, 12:21 | Çap et
“İP AKSIYALARI GÜNDƏMDƏN ÇIXARIB”
İlin əvvəlində razılaşdırılmamış kütləvi aksiyalar keçirməklə yadda qalan İctimai Palata (İP) ilin sonunda daha çox yığıncıqlara, hansısa mövzuların müzakirəsinə üstünlük verir. Kütləvi aksiyaların keçirilməməsini "yay fəslinin gəlməsi ilə" izah edən İP təmsilçiləri, görəsən, indi "qış fəsli" ilə bağlı nə düşünürlər? AXCP sədrinin müavini Nurəddin Məmmədli verdiyi müsahibəsində bildirdi ki, əslində kütləvi aksiyalar üçün fəsil məsələsi nisbi xarakter daşıyır.
- Bizdə belə düşünülür ki, yalnız seçki kampaniyası dövründə aksiyalar keçirilməlidir. Ancaq dünyaya baxanda görürük ki, bütün zamanlarda, hətta qızmar istiyə və sərt qışa baxmayaraq insanlar hansısa məsələyə etiraz etmək üçün küçələrə, meydanlara çıxırlar. Bu baxımdan inanıram ki, Azərbaycanda aksiyalar növbəti ilin ilk yarısında aktuallaşacaq.
- Demək, hazırda İP-in dinləmələr keçirməyə üstünlük verməsi də bu gözlənti ilə bağlıdır...
- Bu cür müzakirələrə ciddi yanaşmaq lazımdır. İP ölkənin taleyüklü məsələlərini müzakirəyə çıxarır. İP-in hazırkı fəaliyyətinin digər qolunu isə təşkilatlanma təşkil edir. Elə bu günlərdə daha iki rayonda İP-in yerli təşkilatları quruldu, 150-yə yaxın vətəndaş quruma üzv oldu. Bu da cəmiyyətlə təmasda olmağın, cəmiyyətin fəal təbəqəsinin ictimai-siyasi proseslərə cəlb edilməsinin bir yoludur. İP bu istiqamətdə çalışmalarını davam etdirəcək. Amma bu təşkilatlanma işləri və dəyirmi masalar o demək deyil ki, İP aksiyaları gündəmdən çıxarıb. Uyğun vaxtda bu qərarlar veriləcək.
- Bir müddət əvvəl İP-in irəli sürdüyü "Yol xəritəsi"ndən nə xəbər var?
- Birincisi, biz bu sənədin hər hansı qurumun adı ilə bağlanmasının əleyhinəyik. Artıq beynəlxalq dairələrdən bu layihəyə diqqət var. Elə müzakirələrdə də onların təmsilçiləri iştirak edirdilər. Təbii ki, bu sənəd İP-in sessiyasında qəbul olunduqdan sonra həm digər müxalifət partiyaları ilə, həm də vətəndaş cəmiyyəti qurumları ilə müzakirə olunur.
- Bir qrup müxalifət partiyası birlik yaratmaq istəyir. İP-də təmsil olunan partiyalar bunu necə qarşılayır?
- Deyir, hər şərdə bir xeyir var. Mənim nəzərimdə hər bir birlik axtarışı və konkret nəticəyə gəlinməsi alqışlanası haldır. Bu baxımdan, dediyiniz partiyaların cəhdlərini də məqbul sayıram. Və uğurlar arzulayıram. Cəmiyyətdə siyasi proseslərə təsir edə biləcək qüvvələrin sayı nə qədər çox olsa, bu inkişafa xidmət edir.
- Ancaq həmin partiyalar İP-dən şikayətçidirlər. Xatırlayırsınıza, ilin əvvəlindən ALP və VİP müxalifətin geniş koalisiyasının yaradılması üçün AXCP və Müsavata müraciət göndərmişdi. Bu müraciətə cavab verilməməsi, sizin tərəfinizdən birliyin istənilməməsi kimi qiymətləndirilir.
- Biz birlik istiqamətində atılan bütün addımları dəstəkləyirik. Ancaq indiki dövr üçün mövqeyimiz belədir ki, yeni yaradılacaq hər hansı blok İP kimi effektli ola bilməz. Baxın, "altılıq" dediyiniz təşkilatlar yalnız siyasi partiyaların birliyinin yaradılmasını istəyirlər. Ancaq İP-də siyasi partiya təmsilçilərindən başqa, QHT-lər, müstəqil hüquqşünaslar, jurnalistlər, nüfuzlu ictimai xadimlər var. Bugünkü zamanda siyasi partiyaların proseslərə təsir etmək, situasiya yaratmaq imkanları daha azdır, nəinki ictimai təşkilatların.
Ona görə də bu iki qüvvənin bir yerdə olması zəruridir. Bununla belə, onları hər zaman dinləməyə, məsələləri müzakirə etməyə hazırıq. Bizi birliyə qarşı çıxmaqda günahlandırmaq isə ədalətsizlikdir. Mənim bu sözləri deyən insanlara nə qədər hörmətim olsa da, o iddiaları ilə razı deyiləm. Bəzən deyirlər ki, İP özünü digər partiyalardan kənarda tutmaqla güc nümayiş etdirir. Amma mən əksini deyərdim ki, bəzi siyasi qüvvələr "əzələ" nümayiş etdirməyə çalışırlar. Bu da effektini verməyəndən bəzən narahatlıqlar yaranır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16 |
|
|
|
• "Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13 |
|
|
|
• Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09 |
|
|
|
• PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Dünən, 17:12 |
|
|
|
• PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Dünən, 17:06 |
|
|
|
• İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Dünən, 17:03 |
|
|
|
• Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Dünən, 16:59 |
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Dünən, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Dünən, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Dünən, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Dünən, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Dünən, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Dünən, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Dünən, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Dünən, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Dünən, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Dünən, 15:52 |
|
|
|
• Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Dünən, 15:50 |
|
|
|
• Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Dünən, 15:48 |
|
|
|
• Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Dünən, 15:44 |
|
|
|
• Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Dünən, 15:36 |
|
|
|
• Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 15:34 |
|
|
|
• Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Dünən, 15:32 |
|
|
|
• Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 15:27 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Dünən, 15:03 |
|
|
|
• Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Dünən, 15:01 |
|
|
|
• Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Dünən, 14:52 |
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Dünən, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Dünən, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Dünən, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Dünən, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Dünən, 14:00 |
|
|
|
|