"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" .....                     ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib .....                     İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... .....                     Hacıyevin İran səfərinin pərdəarxası .....                     Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir .....                     Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                 

“BİZİM TOYLARDA UTANIB OXUMADIĞIMIZI İNDİKİLƏR EFİRDƏ OXUYURLAR"
Tarix: 3-12-2011, 15:45 | Çap et
“BİZİM TOYLARDA UTANIB OXUMADIĞIMIZI İNDİKİLƏR EFİRDƏ OXUYURLAR"

“ONDA HƏR ŞEY BAŞQA CÜR İDİ”

Əvvəllər sənətə, istedada qiymət verilirdi. İndi sənətə gələnlərin əksəriyyəti istedadlı yox, yalnız maddi cəhətdən imkanlıdırlar. Bu gün şou-biznes aləminə gəlib ucuz populyarlıq qazanmaq çox asandır. Elə istedadlar var ki, maddi imkansızlıq ucbatından ortaya çıxa bilmirlər.

Müğənni Arzu Rzayev "Ekspress"ə verdiyi müsahibəsində belə hesab edir və gənc müğənnilərin ifası onu qane etməsə də, hamısına gələcəkdə "yaxşı sənətçi" olmağı arzulayır.

- Gənc müğənnilər sizi qane edirmi, onların gələcəyini necə görürsünüz?

- İndiki zamanda hər şey maddi imkanlara bağlıdır. İndi sənətə, şou-biznes aləminə gəlmək çox rahatdır. Pul olan yerdə hər şey etmək mümkündür. Amma necə deyərlər, hər oxuyan Molla Pənah olmaz. İndi sənətə gələnlərin bəziləri sənətə qazanc mənbəyi kimi baxırlar.

Düzdür, biz peşəkar sənətçilər də sənətə qazanc mənbəyi kimi baxırıq. Ancaq bizim üçün ilk növbədə sənətdir, sonra qazanc. Çünki biz artıq sənət məktəbini keçmişik. Bizim də sənətdə çətinliklərimiz olub. Mən ötən əsrin 80-ci illərində sənətə gəlmişəm. Onda hər şey başqa cür idi. Bir telekanal, bir də radio var idi. Hər şey də pulsuz idi.

İndi eşidirəm, görürəm ki, bəzi verilişlər, yığıncaqlar var ki, sənətçi oradan bir şey almaq əvəzinə, sənətçidən pul istəyirlər. Yəni "bu qədər ver, sonra gəl, mahnı oxu". Altdan-altdan xəlvəti işlər görürlər. Amma mənim üçün bir şey maraqlıdır, öz sənətçilərindən pul alıb mahnılarını verirlər, bəs görəsən, xarici müğənnilərin mahnılarını da pul alıb verirlər?

Sualın cavabına gəldikdə isə, hər oxuyan Molla Pənah olmaz. Bu, kompüter proqramı deyil, hər kəsin öz dünyagörüşü var. Bir mahnını əlli adam oxuya bilər, həmin mahnı əlli cür alınar. Bilirsiniz, hər kəs nəyi necə qavrayırsa, elə də üzə çıxarır. Mən istəyirəm ki, bizim gənclərimiz kəmiyyətlə deyil, keyfiyyətlə fərqlənsinlər. Məsələn, bizim görkəmli sənətkarımız Rəşid Behbudov öz sənətində əvəzolunmaz idi. Lakin bilmirdi ki, ulduzluq nə olan şeydir. Ondan yaxşı insan da ola bilər, pis insan da, ancaq onu əvəz edə bilən insan heç vaxt ola bilməz.

Hər musiqinin isə öz dinləyicisi var. Güman edirəm ki, bir neçə il keçəndən sonra indiki gənclərimizdən, özləri dedikləri kimi, "ulduz" olacaq. İndi özlərini "ulduz adlandırırlar, qoy adlandırsınlar. Təki gələcəkdə sənətlərini qavrayıb yaxşı, tanınmış, kamil sənətçilər olsunlar. Nizami demişkən, kamil palançılıq yarımçıq papaqçılıqdan yaxşıdır. Bu misralar bizim gənclərimizə aiddir. Gərək yaxşı-yaxşı öyrənib sonra üzə çıxsınlar. Bir də, insan nə qədər yaşayırsa, bir o qədər öyrənməlidir. Yəni 100 il yaşa, 100 il öyrən.

- Qeyd etdiniz ki, sənətə 80-ci illərdə gəlmisiniz. O zaman imkanlar necəydi?

- Onda hər şey istedada bağlı idi, pula bağlı deyildi. Bir telekanal var idi, hər adamı da ora buraxmırdılar. Orada pul təklif edən adamı elə qovardılar ki, efir üzünə həsrət qalardı. Həmin vaxtlar bədii şura var idi. Özbaşınalıq hökm sürmürdü. Kim ki, sənətə gəlmək istəyirdi, bədii şurada ona qulaq asırdılar. Əgər bəyənilsəydi, mahnı qəbul olunurdu. Bəyənilməsəydi, daha o adamdan müğənni olmazdı.

Mənim dövrümdə Flora xanım, Mübariz Tağıyev, Tofiq Quliyev bədii şuranın üzvləri idilər. Onlar həqiqətən istedadlı sənətkardırlar. İndi də elə bir şura olsaydı, pis olmazdı. Müğənninin elə bir mahnısı qəbul olunmalıdır ki, o, "Qızıl fond"da saxlanılsın.

Mənim "Qızıl fond"da 50-yə yaxın mahnım var. Siz jurnalistlərin borcudur ki, bizə suallar verəsiniz, biz də lazım olan məsələlərə aydınlıq gətirək. Yoxsa indiki gənclər bilmirlər ki, "Qızıl fond" nədir. Elə bilirlər ki, qızıldan nə isə bir şeydir. Radionun, televiziyanın "Qızıl fond"u olur. Respublikanın yaxşı sənətçilərinin mahnıları həmin fondda saxlanılır. Aradan 50-100 il keçəndən sonra həmin mahnılar səsləndirilir və ömür boyu insanların yaddaşında qalırsan. Çox adam bunları bilmir.

Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, hər bir zonanın öz ləhcəsi var. Sənətə gəlmək istəyən adam çalışmalıdır ki, mahnı oxuyanda ləhcəsini az müddətə də olsa, yaddan çıxartsın. Gənclərimiz çalışmalıdırlar ki, mahnını ədəbi dildə oxusunlar. Meyxananı ədəbi dildə oxusan, gülməli alınar. Amma mahnılar ədəbi dildə oxunmalıdır. Ola bilər ki, kimsə mənim fikrimlə razılaşmasın.

- Neçə illərdir sənətdəsiniz. Nə qazandırıb bu sənət sizə?

- Bu sual həmişə məni maraqlandırır - sənət mənə nə qazandırıb? İstədiyimiz yerə gedə bilirik. Yəni bütün qapılar üzümüzə açıqdır. Məni tanıyırlar. Mənim pərəstişkarlarım hər yerdə var. Mən bütün pərəstişkarlarıma minnətdarlıq edirəm. Çünki onlar məni sevirlər. Bir də, mənim elə bir xasiyyətim var ki, gedib qapı döyməyi xoşlamıram. Əgər qapı açıqdırsa, girirəm içəri, bağlıdırsa, aralıdan ötüb keçirəm. Amma elə sənətçilərimiz var ki, qapıdan qovursan, pəncərədən girirlər.

- Bu gün sənətdən, musiqidən həzz ala bilirsinizmi?

- Muğamlardan həzz ala bilirəm, ələlxüsus da Ağaxan müəllimin ifasında.

Estradaya gəldikdə isə, mənə elə gəlir ki, bu gün Azərbaycanda estrada yoxdur. Bugünkü gənclərimizin oxuduqlarını estrada adlandırmazdım. Çünki hər şeyin sərhədi var. 80-ci illərdə biz toyu konsert kimi oxuyurduq. Artıq hərəkətlər etmək olmazdı. Əvvəllər toylarda utandığımızdan oxumadıqlarımızı indikilər bir az ora-burasını düzəldib efirdə oxuyurlar. Hərdən fikirləşirəm ki, adam gedə mahnının orijinalını ala, qoymaya kimsə oxuya.

- Toylara gedirsiniz?

- Əlbəttə. Professional sənətçinin əsas qazanc mənbəyi toylardır.

- Bir dinləyici kimi özünüzü kənardan müşahidə edəndə sənətinizdən razı qalırsınızmı?

- İstər sənətçi, istərsə də kim olursa-olsun, özündən razı qaldısa, elə həmin gün sənəti atsın. Çünki daha artım olmayacaq. Mən özümdən də, sənətimdən də razı deyiləm. Hələ nə etmişəm ki?!

- Həyatda addımbaşı rast gəldiyiniz dəyişikliklərə münasibətiniz necədir?

- Sözsüz, həyatda hər şey dəyişir. Həyat su kimi axıb gedir. Məsələn, insan var ki, bu gün sənə qardaş deyir, sabah salam vermir. Deyirlər, hər şey zamanla bağlıdır. Yox, bu belə deyil. Mən bu fikirlərlə razılaşmıram. Hər şey insanın əhatəsindən asılıdır. İnsan necə mühitə düşürsə, o cür davranış qaydasına malik olur. Ətrafında baş verən hadisələr, uğursuzluqlar insanı sarsıtmamalıdır. İnsan həmişə hamıya qarşı diqqətli, mehriban olmalıdır. Baş verən hadisələrə mənfi reaksiya verən insanlar aciz insanlardır.

- Taleyin sizə verdiyi ömür payından razısınız?

- Deyirlər, ümid sonda ölür. İnsan ümidlə yaşayır. İnsan desə ki, "mən artıq bütün problemlərimi həll etmişəm, hər şeyə çatmışam", artıq həmin adamın yaşamağının mənası yoxdur. Əlbəttə ki, mən elə fikirləşmirəm. Mənim hələ çox işlərim qalıb.

Bizim sənətlə bağlı olan insanlar hərdəmxəyal olurlar. Bu, həqiqətən də belədir. Hava günlü olmayanda, yəni Günəş görünməyəndə ürəyim darıxır. Bir də görürsən, sabah yaxşı bir planla yuxudan ayılırsan, amma iş elə gətirir ki, bütün planların boşa çıxır. Heç nə edə bilmirsən. "Şanslı insan" deyilən bir söz var. Bu həqiqətən də doğrudur. Elə adam var, özünü dağa-daşa çırpır ki, nə isə edə bilsin. Mən də həmişə çalışıram ki, nə isə qazanım. Taleyin verdiyi ömür payından razıyam da, razı deyiləm də...

- Geriyə boylananda ömrünüzün ötən illəri üçün təəssüflənirsinizmi?

- Keçən illər üçün təəssüflənirəm. Bilirsiniz, hansı illər üçün? Haradasa 20 il bundan əvvəl üçün. Nələr vardı o günlərdə! İndi isə hər şey adiləşib, mənasızlaşıb. Axı insan indi hər şeyi əldə edə bilir.

Nə bilim, vallah, oturub fikirləşəndə insanın ürəyi darıxır. O günlərə qayıtmaq istəyirsən. 20 il bundan əvvəl fikirləşirdim ki, görəsən, mən yaşa dolandan sonra necə olacağam? Bu gün-sabah 50 yaşım olacaq, ömrüm həmişə işləməklə, musiqi ilə, mahnıların içində keçib. Gərək insan ömrünü mənalı keçirsin...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru