![BAKIDA 17 MƏRTƏBƏLİ BİNA YANDI BAKIDA 17 MƏRTƏBƏLİ BİNA YANDI](/uploads/posts/2013-06/1371450706_0001.jpg)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Nərimanov rayonunda "Qlobal" MTK inşaat şirkətinə məxsus 17 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Binanın 13-cü mərtəbəsindən 17-ci mərtəbəsinə qədər 20 ədəd elektrik sayğacı və 75 pm kabel yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 20 sakin təxliyə olunub.
Mənzillər yanğından mühafizə edilib və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.