MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                     “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... .....                     Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                     "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." .....                     Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır .....                     Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? .....                     Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi .....                     Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... .....                     “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib .....                     Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi .....                     Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik .....                     Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? .....                     "Münasibətlərdə gərginliklər ola bilər, olur da... .....                     "Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı .....                     Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək .....                     Misir Mərdanov rus “sektoru”ndan danışdı: .....                     İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir .....                     Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar .....                     Kiyevdə danışıqlar “yüksək tonda” keçib .....                     "Maşını həyətdən tərpədə bilmədim" .....                     Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib .....                     Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir .....                     Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib .....                     “Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət .....                     General-mayorun oğlu vəfat etdi .....                     Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib .....                     Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək .....                     Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? .....                     Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib .....                     Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? .....                     Öcalanın çağırış edəcəyi tarix açıqlandı .....                     Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu .....                     "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub .....                     Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... .....                     “Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT .....                     Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir .....                     Miqrasiya Xidməti QAYNADI VƏ... .....                     Buralar da RUSDAN QALIB... .....                     İrəvan "ölü diriltmək" istəyir .....                     Tanınmış həkim dünyasını dəyişdi .....                 

PROBLEM: MİKAYIL CABBAR ÜÇÜN DAHA BİR BAŞAĞRISI
Tarix: 31-08-2013, 14:24 | Çap et
PROBLEM: MİKAYIL CABBAR ÜÇÜN DAHA BİR BAŞAĞRISI
KƏLBƏCƏR TƏHSİL SİSTEMİ BAŞDAN-BAŞA KORRUPSİYA MƏNGƏNƏSİNDƏDİR

DİA.AZ: - Bu günlərdə Kəlbəcər rayonu Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti barədə yerli KİV-lərdə müəyyən informasiyalar yayıldı. Xəbərdə deyilirdi ki, RTŞ-nin müdiri Məhyəddin Abdürəhmanov öz işində yol verdiyi nöqsanlar səbəbindən vəzifəsini belə itirə bilər. Həmçinin sözügedən materialda M.Abdürəhmanovun hələ Kəlbəcər RTŞ-də məsləhətçi vəzifəsində işlədiyi zaman yol verdiyi vəzifə səlahiyyətlərini aşma halları və digər qanun pozuntuları barədə açıqlamalar təqdim olunurdu.

Eyni zamanda da vurğulanırdı ki, himayədarlarının səyi nəticəsində M.Abdürəhmanov RTŞ-yə rəhbərlik etməyə başladıqdan sonra Kəlbəcər təhsili daha ağır duruma düşüb: “Məhyəddin müəllim təhsil şöbəsinə rəhbərlik etdiyi vaxtdan iki aydır müəllimlər əmək haqqılarını ala bilmirlər. Şöbənin işçiləri Şirinov Elçin Təhməz oğlu və İbrahimov Xəqani Nizami oğlu onun yeni rəhbər vəzifəyə gəlməsi münasibətilə məktəb direktorlarından üç-dörd min manat məbləğində hədiyyə pulları yığırlar və hal-hazırda 114 məktəbi olan rayonun 80 məktəbindən belə rüşvət pulları yığılmışdır. Hesabı vermək istəməyən direktorlar hədələnir. Şöbə müdiri bütün bunları özünə yaxın olan adamların əli ilə həyata keçirir ki, əməllərini ört-basdır edə bilsin. Təhsil müəssisəsini rüşvətxorluq yuvasına çevirmiş, hər bir məsələni pul ilə həll edirlər. Məktəb direktorları hesab vermədikləri halda işdən çıxarılma ilə hədələnir, onların vəzifədə qalıb işləmələri üçün hər bir direktordan on min manat hesab istənir. Müqavilə əsasında işə götürülən və iki-üç ildir işləyən müəllimlərin hər birindən işlərində qalmaları üçün iki-üç min manat pul tələb edilir...”

Lakin Kəlbəcər təhsilinin problemləri əslində heç də təkcə RTŞ-nin yarıtmaz fəaliyyəti nəticəsində formalaşmayıb. DİA.AZ-a daxil olan şikayət məktubunda Kəlbəcər Rayon İra Hakimiyyətinin bəzi məmurları tərəfindən yol verilən neqativ hallara, vətəndaşların hüquqlarının mütəmadi olaraq pozulmasına, rüşvətxorluq və digər korrupsiya əməllərinə diqqət yönəldilir. Xüsusi olaraq qeyd olunur ki, rayonun təhsil sisteminin tənəzzülə uğramasında da bu məmurların böyük “xidmətləri” var.

Şikayətçilərin öz naraqzılıqlarını bildirdikləri bu məmurların sirasında ilk olaraq adı çəkilən şəxs məsləhətçi Heydər Bəylərovdur. İlk növbədə məlumatda belə bir fakt diqqəti çəkir ki, müəlliflər H.Bəylərovun orduda xidmətdən yayınmasını iddia edirlər. Daha sonra şikayətçilər ərz edirlər ki, bu məmur vəzifəyə təyin olunmaqdan əvvəl mal-qara ticarəti ilə məşğul olub. Təbii ki, özü-özlüyündə bu peşənin irad tutula biləcək heç bir qüsuru yoxdur. Lakin şikayətçilər vurğulayırlar ki, bu iş H.Bəylərovun bütüm ömrü boyu məşğul olduğu yeganə peşədir. Bu səbəbdən də onun hazırda tutduğu vəzifənin öhdəsindən gələ bilmək üçün nə müvafiq təhsili, nə sərişəsi, nə də iş təcrübəsi yoxdur.

Bildirilir ki, hələ Kəlbəcər RİH-nin sabiq başçısı Vidadi Məhərrəmovun dövründən “icranın pul yığanı” kimi tanınmış Heydər Bəylərov qarşısına çıxan bütün problemləri təhdidlər, hədə-qorxular, zor və şiddət gücünə həll etməkdən fərqli bir üsul tanımır. Daha sonra məktubda qeyd olunur ki, Kəlbəcər rayon məktəblərinin direktorları bu gün də H.Bəylərova hər ay 50 manat “bac” verməkdə davam edirlər. Rayon üzrə 114 məktəbdən hər ay yığılan bu külli-miqdarda vəsaitin hara xərcləndiyindən bixəbər olan direktorlar yalnız onu bilirlər ki, bu pulu bircə dəfə gecikdirməklə, dərhal çağırılacaq şura iclasında əsil açıq hədəfə ceviriləcəklər. Lakin aldığımız məlumatlara əsasən, Kəlbəcərin məktəb direktorlarının aylıq “ödənişləri” heç də H.Bəylərova təhvil verilən 50 manatlarla məhdudlanmır. Mənbələr bildirir ki, Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Novruz Çıraqovun direktorlardan aldığı “aylığın” məbləği hətta bundan iki dəfə də artıqdır. Məktubda xüsusi olaraq qeyd olunur ki, RİH-nin fəaliyyətində müşahidə olunan bütün korrupsiya əməlləri bu iki şəxsin nəzarəti və rəhbərliyi altında həyata keçirilir. Xüsusi maraq doğuan daha bir məqam isə N.Çıraqovun və H.Bəylərovun onlardan narazılıq ifadə edən vətəndaşlara qarşı istifadə etdikləri təsir vasitələri ilə bağlıdır. Bu xüsusda məlumatlarda qeyd olunur ki, bu iki məmur Kəlbəcər sakinlərini daima internet səhifələrində onların şərəf və ləyaqətlərinə xələl gətirə biləcək məlumatlar və video görüntülər yerləşdirmək xofu altında saxlayırlar.


Əlbəttə sual oluna bilər ki, bu cür video görüntüləri internetə yerləşdirmək üçün əvvəlcə onları əldə etmək lazımdır. Lakin bizə təqdim olunan məktubda məxsusi olaraq bu məqsədlər üçün N.Çıraqovun və H.Bəylərovun qolu zorlu qoçulardan ibarət kiçik bir dəstə belə saxladıqları vurğulanır. Daha sonra

DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, H.Bəylərovun qardaşı Qurban Bəylərov da Gəncə Dövlət Universitetinin qiyabi şöbəsinin dekanı vəzifəsini tutmaqla, artıq sadəcə bir rayonun deyil, ümumilikdə ölkənin təhsil sisteminə “qurşaqdan aşağı” zərbələr vurmaqla məşğuldur. Qeyd olunur ki, qiyabi şöbə dekanı hətta özünə sessiyalarda iştirak etmək əziyyətini belə verməkdən imtina edib. Bununla belə hər imtahan sessiyası dövründə Qurban müəllimə çatacaq 1000 manat vaxtlı-vaxtında tədarük olunaraq sahibinə təhvil verilir. Həmçinin göstərilir ki, saxta diplom alveri də Q.Bəylərovun xüsusi gəlir mənbələrindən biridir. Diqqət edirsinizsə Qurban Bəylərovun, Məhyəddin Abdürəhmanovun, Novruz Çıraqovun və Heydər Bəylərovun fəaliyyətlərində oxşar cəhətlər çoxdur. Bu cəhətləri məlumatlarda təqdim olunan faktlarla tanış olarkən aşkar etmək olar:

“M.Abdürəhmanov həm əvvəlki illərdə attestat və şəhadətnamə ala bilməyən, həm də bu il məktəbi bitirən məzunlara təhsil haqqında sənədləri yaxın adamı olan Xəqani İbrahimovun əli ilə 50-80 manata satdırır. O, qəzet pulu adı altında ümumtəhsil məktəblərin müəllimlərinin hər birinin əmək haqqından 15 manat məbləğində pul tutdurur (xatırladım ki, rayonun məktəblərində 4 minə yaxın müəllim işləyir). İki həftə bundan əvvəl məktəb direktorlarının hər birindən hesablar alınıb, guya yığılan pullar yeni təyin olunmuş təhsil naziri Mikayıl Cabbarova veriləcəkdir. Təhsil işçilərini pul verməyəcəkləri halda işdən çıxaracağı ilə hədələyir.” Göründüyü kimi bütün hallarda rüşvət tələblərinin irəli sürülməsi təhdid və hədələrlə müşayiət olunur. Belə qənaətə gəlmək olar ki, bu gün onsuz da ərazisi düşmən tərəfindən işğal olunmuş Kəlbəcərdə tətbiq olunan idarəçilik üsulları birmənalı şəkildə əhalinin məmurlar tərəfindən məruz qoyulduqları zorakılıq və şantaj əsasında formalaşdırılıb. Bəs görəsən yeni nazirimiz Misir Mərdanov ənənəsini yaşadan bu kadrına necə reaksiya verir? Hər halda maraqlı olanı budur...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
"Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55
Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51
Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48
İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45
Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar – Şok gerçəklər
Bu gün, 13:42
Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31
"Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22
Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17
Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16
“Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15
General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13
Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12
Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10
Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38
Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36
Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35
"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28
Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27
“Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12
Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09
Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06
"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58
"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56
“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51
SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru