Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik .....                     Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... .....                     SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR .....                     Paşinyan özünü təhlükəyə niyə atsın ki?... .....                     Ermənistanın Avropa xülyası .....                     “Hərbi doktrina”ya dəyişiklik edilməlidir .....                     Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər .....                     "Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. .....                     Peşə təhsili alanda iş tapılırmı? .....                     Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... .....                     ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur .....                     "Ancaq telefon vasitəsi ilə danışırıq... .....                     Ədalət Muradov üçün kritik dövr .....                     Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ .....                     Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                     Kreml dostunu düşmənə çevirir .....                     Nazirlik 3,7 milyon manatlıq dərmanları .....                     "Həkimlər məni ölməyə qoymadılar" .....                     “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” .....                     Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu .....                     Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib .....                     Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                 

YAP sədrinin maşını ilə törədilən cinayət… - OĞLU ÖLDÜRÜLƏN ATADAN PREZİDENTƏ AÇIQ MƏKTUB
Tarix: 28-04-2017, 10:15 | Çap et
YAP sədrinin maşını ilə törədilən cinayət…
Pirallahı rayonu ərazisində baş verən və bir ailənin facəsinə səbəb olan yol qəzası barədə artıq Gununsesi.info oxucularının məlumatı var.
Yada salaq ki, 2 sentyabr 2016-cı il tarixdə baş verən bu avtoqəza bir ailənin çırağını söndürüb. Bakı şəhəri Bakıxanov qəsəbəsi, Sülh küçəsində yaşayan Cəmşid İrzaquliyevin ailəsinin yeganə oğlu Tariyel həmin qəzada həyatını itirib.

YAP sədrinin maşını ilə törədilən cinayət…

Atasının sözlərinə görə, oğlu Tariyel Qala-Dübəndi yolundakı piyada keçidinin üzərində Pirallahı rayon İcra Hakimiyyətinin işçisi, Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafovun (özü də maşında olub) xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq həyatına son qoyulub, ailəsi gözü yaşlı, azyaşlı övladı atasız qalıb.
Bununla bağlı Cəmşid İrzaquliyevin Prezident İlham Əliyevə müraciəti mətbuatda, o cümlədən saytımızda işıqlandırılıb. Eyni zamanda hadisənin necə baş verməsi, niyə Manaf Manafovdan şübhələnməsi ilə bağlı “AzPolitika” Cəmşid İrzaquliyevdən müsahibə də götürüb. Manaf Manafov ittihamları qəbul etməsə də, onun mövqeyini öyrənmək cəhdimiz baş tutmayıb.

YAP sədrinin maşını ilə törədilən cinayət…

Məsələyə yenidən qayıtmağımızın səbəbi isə Cəmşid İrzaquliyevin növbəti dəfə Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanın Əliyevaya müraciət etməsidir. Gözü yaşlı ata bu dəfə də Prezidentdən və Mehriban xanımdan oğlunun ölümünə səbəb olanların cəzalandırılması üçün kömək istəyir. Onun müraciətini qısa ixtisarla dərc edirik:
Möhtərəm Cənab Prezident! Çox hörmətli Mehriban xanım Əliyeva!
Bir ata olaraq, nə qədər ağır olsa da, bu şikayət ərizəsini Sizə təkrar-təkrar ünvanlamağıma səbəb, bu və ya dolayı şəkildə günahkar olan birinin haqqında bu günə kimi ölçü götürülməməsidir.
Xatırlatmaq istərdim ki, 02.09.2016-cı il tarixdə saat 19:25 radələrinda, şəkildə gördüyünüz tək oğlum Tariyel Rzaquliyev Qala-Dübəndi yolundakı yol keçidi üzərindən keçərkən, keçidin üzərində Pirallahı rayonunda İcra Hakimiyyətinin işçisi olmuş və həm də həmin rayonda YAP-ın sədri olan Manaf Manafovun xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq (özü də maşında olmaqla) həyatına son qoyulmuş, ailəsi övladsız, az yaşlı qızı isə, ailəsi ilə birlikdə başsız qalmışdır.
Təəssüflər olsun ki, hadisə ilə bağlı aparılan yeddi aylıq istintaq hərəkətləri sükan arxasında Manafın özünün, ya istintaqa və bizə adı bəlli olmayan üçüncü kişinin olması ilə bağlı şübhələrimizin qüvvətlənməsinə xidmət etmiş oldu. Şübhələrimizə səbəb isə hadisə ilə bağlı istintaqa təqdim etdiyimiz 17 adda xususatların, qeyd olunan müddət ərzində işlə məşğul olan 4 müstəntiq tərəfindən üstünə gedilməməsi olmuşdur.
Ən əsası da: 1. Hadisənin iştirakçısı olmuş şəxslərə məxsus telefonlar əsasında onların Anten dairələri tam araşdırılmayıb, araşdırılıbsa da bizə inandırıcı bilgi verilməyib.
2. İlkin istintaqın əldə etdiyi “şahid”lərin hamısının ifadələri sanki bir adamın danışığını xatırladır, yəni ifadələrdə eyni cümlələr təkrarlanır.
3. Pirallahının əsas yolunda olan 10-12 kameradan heç olmasa birinin sükan arxasındakı şəxsin kimliyini sübut edəcək görüntüsü bizə təqdim olunmayıb. Hansı ki, ilkin istintaqı 12 günə – kosmik bir sürətlə (sanki əllərində bundan başqa iş olmayıb) yekunlaşdıran müstəntiq Namiq Mirzəbəyli, istəsə idi zamanında bu görüntünü əldə edə bilərdi. Deməli maraqlı olmayıb.
4. Yeganə canlı şahidin – N saylı hərbi hissənin əsgəri Cavid Mahmudovun müstəntiq Azad Əliyevə vermiş olduğu ikinci ifadəsində onun Pirallahı RPŞ-da hədələnərək, əlini tanımadığı bir kişinin üzərinə qoydurub şəklinin çəkdirilməsi və sonradan ifadəsini dəyişərsə sonunun pis olacağı ilə qorxudulmasını deməsinə rəğmən, sonuncu üç müstəntiqdən heç biri bu ifadənin üzərində (dəfələrlə israr etməmizə rəğmən) dayanmamışdır.
5. Əli adlı polisin ifadəsi alındıqdan sonra, onun bizim adamlarla üzləşdirilməsi Cəsarət Bayramov tərəfindən həyata keçirilməmişdir.
Nəticədə iş bu şübhələr altında bağlanaraq, 17.04.2017-ci il tarixdə baxılması üçün Pirallahı Rayon Məhkəməsinə göndərilmişdir. Təbii ki, istənilən halda hadisənin cinayət tərəfinin araşdırılması hüquq-mühafizə orqanlarının işidir və inanırıq ki, sonda ədalət bu dünyada da olmasa, o dünyada öz həllini tapacaq.

Cənab Prezident!
Digər yandan bizə ən çox da təsir edən isə, hadisə baş verən anda maşının içərisində olan adamların qeyri-insani hərəkətləri olmuşdur. Xüsusilə də məmur olanların. Belə ki, Pirallahı Rayon İcra Hakimiyyətində vəzifə tutan və hadisə anında maşında olan adamlar, başda Manaf Manafov olmaqla, hadisəni törətdikdən sonra maşını saxlamamış, o sürətlə də sürüb getmişlər. Sonradan nə fikirləşiblərsə iki-üç yüz metr aralıda saxlayıb, geri dönüblər.
Uşağa dərhal ilkin yardım etmək əvəzinə telefonla özlərinə kömək çağırıb, insanlığa xas olmayan bir hərəkətlə oradan uzaqlaşmışlar. Bunu görən hadisə yerinə yaxın, N saylı hərbi hissənin zabitləri, hərbi hissənin sanitar maşını ilə uşağı götürüb, sonra da dediklərinə görə yarı yolda təcili yardım maşınına köçürüb, Mərdəkanda morq deyilən bir yerə çatdırmışlar. Bütün bu gedişatda, hadisəni törədənlərdən heç kim onlarla olmamışdır. Ən dəhşətlisi isə həmin anda insanlıqdan və humanistlikdən uzaq birisi olan Manafın maşında olanlarla qarşıma dikilib bir üzr, bir təsəlli belə diləməməsi, əksinə, kənardan gedişatı müşahidə etməsidir. Bu, onun mənəvi səviyyəsini göstərir.
Ancaq Manaf Manafov haqqında indiyə kimi etdiyimiz çoxsaylı rəsmi müraciətlərə baxmayaraq, YAP mərkəzi aparatının üzvləri və Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov onun haqqında bu günə kimi tədbir görməyiblər. Mən özüm də YAP üzvü olaraq, məsələ ilə əlaqədar dəfələrlə cənab Əli Əhmədovun köməkçisi Mahir Abbasəliyevə və cənab Siyavuş Novruzovun köməkçisi Həsən müəllimə müraciət edərək, onlarla görüşümün təmin olunmasını xahiş etsəm də, nəticəsi olmamışdır. Manaf Manafovun bütün bu olanlardan sonra da, belə bir ali vəzifədə – YAP rayon təşkilatının sədrliyində saxlanılması davam edir.

Təəssüf ki, Sizin bütün hökumətlə bağlı tədbirlərdə yerli İcra strukturlarına etdiyiniz xəbərdarlıqlar və zaman-zaman ifadə etdiyiniz “məmur və onların övladlarının özbaşınalıqları və qanuna zidd əməlləri ən ağır cəza ilə cəzalandırılmalıdır” fikri də, rayonun başçısı Vasif İmanov tərəfindən diqqətə alınmamışdır. Diqqətə alınsa idi, rayon ərazisində baş vermiş ölümlə bağlı bu hadisənin iştirakçısı olan məmurlar bu günə kimi Vasif İmanov tərəfindən himayə edilərək vəzifələrində saxlanmazdılar.
Belə ki, biz hadisənin Pirallahı rayonunda baş verdiyini və həmin rayonun icra başçısı da daxil olmaqla, icra strukturlarının bu məsələdə laqeyidliyini görüb (bir təsəlli üçün üzrə belə gəlməmələri), oğlumum üçünün sabahı – yəni 06.09.2016-cı il tarixində həmin Rayonun İcra başçısı Vasif İmanovun qəbulunda olduq. Görüşdə başçının müavinlərindən Vəzir Səfixanov, köməkçisi, yerli polis və prokurorluğun başçıları da iştirak edirdi. Danışıq zamanı İcra başçısı hər vəclə cinayəti törədənlərin müdafiəsi yönündə mülahizələr və məsələlər çəkməklə məşğul idi. Sanki, bir gəncin taleyindən söz etmirdi. O, bu hadisənin “yuxarılara” çatmamasını məsləhət edir və guya ailəyə maddi köməklik göstərilməsini (bütün insanlığı yalnız maddiyyatda görən mənaviyyatsızlar) özü də daxil omaqla, hadisəni törədənlərə tövsiyyə edirdi. Vasif İmanovun öz iş otağında qurduğu “məhkəmə”də maşında olmuş Niftəliyev Həsəni sorğularkən, onun qorxudan titrədiyini və danışıqlarında baş-ayaq vurduğunu görən Vasif İmanov, hətta bizim yanımızda onu kobud şəkildə təhqir də etdi. Təəssüf ki, sonrakı gedişat bütün bu eybəcərliklərin davamı oldu ki, bu da sükan arxasında Manaf Manafovun olma ehtimalında, bizim şübhələrimizi daha da artırmış oldu.
Vəzifəsindən asılı olmayaraq, tutduğu bu cür qeyri-insani hərəkətə görə Manaf Manafov kimi “məmur”lar, Sizin yürütmüş olduğunuz siyasətə və görmüş olduğunuz bunca işlərə yerlərdə bir kölgədir. Ən əsası da belələrinin Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu bir partiyanın yerli təşkilatının başında olması böyük qüsurdur və yerli təşkilatda olan ləyaqətli insanlara və şəxsən biz YAP üzvlərinə bir utancdır. Onu da diqqətinizə çatdırım ki, Tariyel özü də tələbəliyin ilk ilindən YAP-nın üzvü olmuşdur.
Cənab Prezident, Sizdən oğlu öldürülmüş ata olaraq bir daha artıq dərəcədə xahiş edirəm, yuxarıda qeyd olunanlardan dolayı Manaf Manafovun etdiyi qeyri-insani hərəkətlərinin göz önünə alınıb, haqqında (vəzifədən uzaqlaşdırılması ilə bağlı) tədbir görülməsi ilə bağlı müvafiq göstəriş verəsiniz.
Eyni zamanda, imkan olarsa məni qəbul etmənizi də Sizdən xahiş edirəm.
Əvvəlcədən təşəkkür edirəm.
Nazirlər Kabinetinin tabeli strukturlarında işləmiş keçmiş məmur, zərərçəkmişin atası Cəmşid İrzaquliyev”.
P.S. Müraciətdə səslənən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28
ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru