“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                     Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                     Zelenski "gizli kartları" niyə açdı? .....                     MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                     “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... .....                     Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                     "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." .....                     Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır .....                     Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? .....                     Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi .....                     Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... .....                     “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib .....                     Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi .....                     Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik .....                     Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? .....                     "Münasibətlərdə gərginliklər ola bilər, olur da... .....                     "Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı .....                     Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək .....                     Misir Mərdanov rus “sektoru”ndan danışdı: .....                     İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir .....                     Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar .....                     Kiyevdə danışıqlar “yüksək tonda” keçib .....                     "Maşını həyətdən tərpədə bilmədim" .....                     Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib .....                     Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir .....                     Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib .....                     “Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət .....                     General-mayorun oğlu vəfat etdi .....                     Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib .....                 

Tağı Əhmədovun təhlükəli "biznes"inin günahı hakim işləyən oğluna necə sıçradı? - AQİBƏT
Tarix: 18-09-2021, 11:46 | Çap et
Tağı Əhmədovun təhlükəli "biznes"inin günahı hakim işləyən oğluna necə sıçradı?
Sələm verməyin qanunla qadağan edildiyi və bununla bağlı Cinayət Məcəlləsində ayrıca maddənin nəzərdə tutulduğunu xatırlatmaq kifayətdir. Biz məsələnin mənəvi-psixoloji tərəfinə diqqət yetirmək istəyirik. Heç kimə sirr deyil ki, hər il yüzlərlə ocaq məhz sələmçiliyə görə sönür, yüzlərlə ev yıxılır, ailələr dağılır, insanlar fəlakətlərə sürüklənir, tələf olurlar. Şəriətdə sələm verməyin Allah dərgahında necə böyük günah hesab edildiyi haqqında onlarla ibrətramiz nümunə də gətirmək olar. Bir sözlə, şəriətdə sələm vermək günahların ən böyüyü hesab olunur və sələm alanın, yəni yüksək faizə pul götürənin buna məcburiyyətdən, çarəsizlikdən getdiyini nəzərə alsaq faizlə pul alanın günahları nisbətən azdır. Çünki adam imkanı olsa sələmdən qismən az faizlə (bu gün Azərbaycan bankları da əslində sələmçiliklə məşğuldur və vətəndaşlara divan tutmaq yolu tutublar) gedib bankdan pul götürə bilər. Sələm verəninsə günahı ölçüyəgəlməzdir və bu yolun yolçularının öz canları, ailə üzvləri, mal-mülkləri ilə çox ağır bədəl ödədikləri haqqında yenə də yüzlərlə misal çəklmək olar.

Bəs elə isə niyə insan oğlu qanunla qadağan və Allah qatında günahların ən böyüyü hesab olunan sələmçiliklə - faizə pul verməklə məşğul olur? Heç tərəddüd etmədən buna intəhasız tamahın səbəb olduğunu göstərmək olar. Yəni təbiətcə aza qane olmayan, qanunsuz yolla olsa belə daha çox qazanmaq istəyirlər və beləliklə daha çox insanı bədbəxt etməyə tələsirlər sanki, "Metro Tağı" kimi məmləkətdə tanınan Tağı Əhmədov kimi...

İndi Tağı Əhmədov da illər uzunu yığıb topladığı milyonlarını daha da artırmaq üçün külli miqdarda sələm verməklə pul qazanmaq eşqinə düşməsinin ağır fəsadlarını yaşayır. Daha doğrusu, tamahı üzündən həm öz canına, həm oğlunun karyerasına, həm də 2 milyon manat puluna, bilmədiyimiz daha çox mal-mülkünə zərər vurmaqla çox ağır bədəl ödəyir. Bəri başdan sağlıq durumunun qənaətbəxş olmamasını və çox ağır xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq Tağı Əhmədova şəfa diləyir və günahlarınlın bağışlanmasını Aləmlərin Rəbbindən diləyirik. Amma onun əməllərindən zərəçəkənlərin fəryadına da qulaq asmaq bir mənəvi borcdur və məhz sələm verərək bədbəxt etdikləri ailələrin üzləşdiyi haqsızlıqları oxucuların diqqətinə ərz etməklə başqa kəmfürsətlərə də görk olsun deyə vacib hesab edirik.

Yuxarıda qeyd etdik ki, sələmçilər etdikləri günahın bədəlini təkcə canları və malları ilə deyil, bir çox hallarda ailə üzvlərini fəlakətə sürükləməklə ödəyirlər. Tutaq ki, 73 yaşlı Tağı Əhmədov ömrünü kef-damaqla keçirmiş, az qala yarım əsr vəzifədə olmaqla canına korluq verməyib, hətta vəzifəsindən sui-istifadə edərək yetənə yetib, yetməyəinin də dalınca daş atıb, jurnalistlərə də köntöy söz deməkdən çəkinməyib. Amma onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi olan gənc oğlu Rauf Əhmədovun (1974-cü il təvəllüdlü) günahı nədir ki, indi heç nədən dilə-dişə düşüb, uğurlu karyerasına kölgə salacaq əməllər törətməyə məcbur olub? İndi oxuculara Tağı Əhmədovun həbsə atdırdığı zavallıların birinin övladının fəryadından bəzi məqamları təqdim edəcəyik və bu zaman bəlli olacaq ki, Rauf Əhmədov atasının təhlükəli "biznes"ini idarə etməklə necə həyatının səhvini edib. Yeri gəlmişkən, bu gün Əhmədovlar ailəsini on illərlə qoruyan fövqəlgüc - Ramiz Mehdiyev faktoru xeyli zəifləmiş durumdadır. Yəni sabah Rauf Əhmədovun əməllərinin məhkəmə hakimliyi ilə bir araya sığıb-sığmadığı təftiş edildikdə başı özünə qarışan Ramiz Mehdiyevdən kömək istənilsə belə nəticə olmayacaq.

Yeri gəlmişkən, mövzuya dəxli olamasa da Ramiz Mehdiyevdən söz düşəndə onun artıq imkanlarının xeyli məhdudlaşdığını və rayonlara icra başçıları təyin etdirə bilmədiyindən bəhs edilir. Onu nəzərə almaq lazımdır ki, "boz kardinal"ın əlaltıları təkcə mərkəzi və yerli icra strukturlkarına rəhbərlik etmir, bir çox hüquq mühafizə və məhkəmə orqanlarında da onun hələ də xeyli pərəstişkarı var. Sözgəlişi xatırlatdıq...

Sonda sələmə götürdüyü pulu qaytara bilmədiyinə görə 1 ilə yaxın həbsdə olan Səadət Xəlilovun oğlunun dünən Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında jurnalistlərə söylədiklərindən bir hissəni oxuculara təqdime dirik. Qeyd edək ki, növbəti məhkəmə prosesi sentyabrın 24 - də saat 17.00-a təyin edilib:

"Atam mərmər biznesi üçün Tağı Əhmədovdan 2 milyon manata yaxın - konkret olaraq 1 milyon 800 min manat sələmə pul götürmüşdü, əvvəl işlər yaxşı gedirdi, sonra biznesdə axsama olanda faizləri vaxtlı-vaxtında ödəyə bilmədiyindən Tağı Əhmədov atamı təhdid etməyə başladı. Sonra işi elə düzüb qoşdular ki, həm atamın borclu olması məhkəmə qərarı ilə təsdiqləndi, buna baxmayaraq atama cinayət işi də açdılar. Artıq 1 ilə yaxındır atam içəridədir. İstintaq da aparılmayıb. Atamla birlikdə işləyənlərin ifadələrindən də məlum olur ki, pulun gerçək sahibi şikayətçi deyil, tağı müəllimdir. Maksimum istintaqda da çalışıblar ki, Tağı Əhmədovun adı heç yerdə getməsin. Hətta anam istintaqa verdiyi ifadəsində Tağı Əhmədovun adını çəksə də müstəntiqlər onun adını siliblər. Elə bu epizod üzrə də prokurporluğa şikayət etmişik ki istintaq düzgün aparılmayıb. Bizim ailə, qohum əqrəba çarəsiz qalıb bir qərara gəldik ki, şərə düşsək də vəziyyətdən çıxış yolu kimi borcun bir hissəsini ödəmək üçün evimizi, mülkümüzü təklif edək. Yəni istədik ki, bu işi sülh yolu ilə həll edək və atam həbsdən çıxandan sonra pulun qalan hissəsini hansısa yolla ödəyək. Bu günədək 300 min manatadək faiz ödəyib atam. Biz müstəntiqə dedik ki, biz borcun bir hissəsini ödəmək istəyirik, o əvvbəlcə borc yiyəsinin Tağı Əhmədov olduğunu boynuna almırdı, amma sonra razılaşdı. Biz zərərçəkənlə görüşə gedəndə bizimlə görüşə Tağı Əhmədov yox, Nizami rayon Məhkəməsinin hakimi olan oğlu Rauf Əhmədov gəldi. O da bildirdi ki, hansı yolla olur olsun bu pulu qaytarmalısınız. Biz də dedik ki, olanımız budur və ancaq pul əvəzinə mülkümüzü təklif edə bilərik. Ona dedik ki, bu mülkləri götürün və həbs qəti imkan tədbirini dəyişdirək və atam azadlığa çıxandan sonra borcun qalan hissəsinin ödənilməsi üçün fürsət əldə edək. Əslində müstəntiq də maraqlı idi ki, atam azadlığa buraxılsın. çünki özü deyirdi ki, içəridə ola ola atanız borcu qaytara bilməz, çölə çıxmalıdır ki, nəsə edə bilsin. Amma Rauf Əhmədov razılaşmırdı, deyirdi ki, elə həbsdə ola ola pul ödənməlidir. Bütün ifadələrdə təsdiq olunub ki, pul borca verilib. Hətta zərərçəkmiş kimi tanınan adam da ifadəsində etiraf edib ki, pul Tağı Əhmədovundur və o borc verilib. Buna görə də bu işə görə heç cinayət işinin açılması da absurd idi. Gün kimi aydındır ki, cinayət işinin açılması Tağı Əhmnədovun və oğlu Rauf Əhmədovun sifarişi ilə olub. Rauf özü yaxşı bilir ki, atam nə qədər borca pul götürüb və nə qədər faiz ödəyib. çünki bütün bu faiz işləri ilə elə Rauf Əhmədovun özü məşğul olub. Pulu Tağı müəllim YAP-ın ofisində özü verib, amma faizləri almağa oğlunu göndərib. istintaq zamanı Rauf özü mənə deyib ki, mən istəsəm atanı evə dustaqlığına buraxdıraram, istəsəm içəridə saxlatdıraram. Təsəvvür edin ki, atamla bərabər təqsirləndirilən daha 2 nəfər var. Məcburi qaydada əməliyyat yolu ilə tutub gətirib istintaqa təhvil verilməsinə baxmayaraq onlara həbs verilmədi, amma atam özü könüllü istintaqa getməsinə baxmayaraq Raufin diktəsi ilə atama həbs verdilər. Raufla danışığından belə çıxdı ki, o istədiyi hər şeyi etməyə qadirdir və atamın taleyi ondan asılıdır. Bax vəziyyət budur".
//moderator.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Bu gün, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Bu gün, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Bu gün, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Bu gün, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Bu gün, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Bu gün, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
"Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55
Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51
Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48
İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45
Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar – Şok gerçəklər
Bu gün, 13:42
Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31
"Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22
Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17
Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16
“Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15
General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13
Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12
Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10
Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38
Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36
Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35
"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28
Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27
“Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru