Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI .....                     Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? .....                     Günün fotosu: .....                     Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür .....                     SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU .....                     "Başçıya demişik... amma nə olsun..." .....                     Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı .....                     Azərbaycanı onlar ŞİKAYƏT EDİB .....                     Ağstafada hərbçilər dəm qazından zəhərləndi .....                     Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb .....                     Hacı Qalib SÜKUTU POZDU... .....                     Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL .....                     “Rus evi” elə USAİD-in bir formasıdır... .....                     Marketlərimizin ƏDV FIRILDAĞI .....                     Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik .....                     Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... .....                     Jurnalist Şəmşad Ağa saxlanılıb .....                     USAİD-in ləğvi Ermənistanı yasa boğub .....                     "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" .....                     “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” .....                     Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` .....                     "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." .....                     AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... .....                     Türkiyə-Ermənistan sərhədi açılır .....                     "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." .....                     Tələbə ilə kollec direktoru arasında “dava” .....                     Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur .....                     Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir .....                     Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir .....                     Məcnun müəllimin süni intellekt həvəsi .....                     Müəmmalı şəkildə ölən idmançının atası: .....                     Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama .....                     İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır .....                     İlhamə Bədəlova və “Nə varsa”... .....                     “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” .....                     "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" .....                     Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? .....                     SOCAR-da benzin əvəzinə su vurulub .....                     "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." .....                     Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? .....                 

Yaqub Eyyubovun ermənilərlə NƏ ƏLAQƏSİ?.. - ŞOK İDDİA
Tarix: 19-01-2023, 09:45 | Çap et
Yaqub Eyyubovun ermənilərlə NƏ ƏLAQƏSİ?..
İki gün əvvəl ölkə mətbuatı informasiya yaydı ki, Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubovun oğlunun bankdakı bir milyard dolları dondurulub. İlkin olaraq “Unikal.az” və “Qafqazinfo” xəbər verdi ki, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsaitə “stop” qoyulub.

Xatırladaq ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir. O hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində iştirak edib. Onu da qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyinin Maliyyə idarəsinin bir neçə yüksək rütbəli zabitləri külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı həbs edilib.

Bu xəbərə aydınlıq gətirmək üçün Yaqub Eyyubova zəng edən “Gununsesi.info-nun əməkdaşı sualına sualla cavab alıb. Baş nazirin müavini: “nə pul, nə 1 milyard… Kim deyir bunu?” söyləyərək telefonun dəstəyini asıb.

Qeyd edək ki, Yaqub Eyyubovun Azərbaycandan xaricə — Rusiyaya, Avropaya, xüsusilə də Kanadaya yüz milyonlarla vəsait çıxarması və oğulları tərəfindən idarə edilməsi barədə faktlar illər öncə də yayılıb.

78 yaşlı Yaqub Eyyubov 1997-1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsinin sədri, 1998-1999-cu illərdə həmin komitənin sədrinin səlahiyyətlərini icra edən, 1999-cu ildən Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri olub. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini vəzifəsini tutub. 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.

Y.Eyyubovun dövlət rəsmisi kimi fəaliyyətini müşahidə etsək, elə nəticə çıxararıq ki, onun işi-gücü yalnız Azərbaycana səfər edən xarici dövlət və hökumət başçılarının hava limanında qarşılamaqdan ibarətdir. Yaqub Eyyubov Rusiya prezidenti Putin tərəfindən “Dostluq” ordeni, Belorus prezidenti Lukaşenko tərəfindən “Şərəf” ordeni ilə təltif edilib. Bu prizmadan baxanda Yaqub Eyyubovun qayınının Moskvada Rusiyaya general kimi xidmət etməsi təəccüblü görünmür.

Bir müddət öncə Yaqub Eyyubovun Qusarda 16 milyon dəyərində böyük torpaq sahələri və fındıq bağları alması haqqında məlumat yayıldı. Bildirilirdi ki, həmin ərazilər Qusarın Çubuqlu və Həsənqala kəndlərinin sakinlərinə məxsus olub və xeyli əvvəl Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin yaxın adamı kimi tanınan zəngilanlı iş adamı Xaliq Abbasova məxsus “QRANT QARDEN” MMC tərəfindən zəbt edilib. Sonradan isə MMC-nin banklara olan külli miqdarda borclarının ödənilməsi üçün Yaqub Eyyubova və başqa oliqarxlara satılıb.

Oğlu Orxan Eyyubov İngiltərə vətəndaşı olsa da, Kanadanın Ontario əyalətində daimi qeydiyyatdadır. Onun Kanadada, İngiltərədə, İsveçrə və Macarıstanda şirkətlərinin olduğu məlumdur. Yaqub Eyyubovun digər oğlu Emin Əyyubov Belçika Krallığında və Lüksemburqda fövqəladə və səlahiyyətli səfir işləsə də, diplomatik fəaliyyətdən daha çox çanta, sakvoyaj və yol arabalarının Bakıda ticarətinin təşkil olunmasında ad çıxarıb. Emin Eyyubov 2018-ci ilin oktyabrında Azərbaycanın Avropa Şurasında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Bir ay keçər-keçməz o, Bakıda 10.000 manat kapitalı olan “Dipcon” MMC yaradıb. Ailənin ortancılı Fərhad Eyyubov 2015-ci ilin noyabr ayından Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin olunub.

Yaqub Eyyubovun qardaşı Yusif Eyyubov Xorvatiyada, qardaşı oğlu Kamran Eyyubov Azərbaycanda böyük biznes şəbəkələrinə sahibdirlər. Yusif Eyyubov Dövlət Əmlakı Nazirliyi Dövlət əmlakının idarə edilməsi və istehsalın təşkili departamentinin direktoru işləyib, nazirliyin kollegiyasında təmsil olunub. 2001-ci ildə Xorvatiyada “Montevideo D.o.o” şirkətini yaradıb. Şirkətin mülkiyyətində Zaqrebdə, Rijeçka küçəsi, 10 ünvanında yerləşən zirzəmi nəzərə alınmaqla üçmərtbəli VITA Fitness SPA mərkəzi var. Burada voleybol da daxil olmaqla bir çox idman növü ilə qrup və fərdi şəkildə məşğul olmaq hər cür şərait var. Sauna, hovuz, kafe-bar da ki öz yerində. Yusif Eyyubov burada 10-da çox iş yeri açıb. Avropada yaşayan jurnalist Cavanşir Həsənlinin apardığı təhqiqat müəyyən edib ki, şirkətin təsisçisi onun yaradılımasına 19,9 milyon xorvat kunüsi (təxminən 3 milyon ABŞ dolları) yatırıb. Y.Eyyubov Azərbaycanla əlaqələrini də itirmir. 2017-ci ildə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası onu Xorvatiyada özünün nümayəndəsi təyin edib

Fəryad qəzetinin redaksiyasına məlumat verən etibarlı mənbə bildirir ki, Yaqub Eyyubovun pullarının “yuyulmasını” həyata keçirərək “obnaliçka” edilib nağdlaşdırılmasında ona kömək edən şəxs “Kapitalbank”ın paytaxtın Nərimanov rayonunda yerləşən “Rabitə” (“Gənclik”) filialının rəhbəri Sabir Əliyevdir. Filial rəhbərinin qanunsuz əməlləri ucbatından həbs olunduğunu iddia edən Sumqayıt şəhər sakini Şamil Əliyev hələ bir neçə il əvvəl KİV-də çıxış edərək bildirmişdi ki, Sabir Əliyevin əlbir olduğu mütəşəkkil cinayətkar dəstənin başçısı Şahoğlanın, üzvləri Əmrah və Cəbrayıl adlı şəxslərin toruna düşüb, ali savadı olmadan adına şirkət açılmasına razılıq verib və onların istədikləri sənədlərə qol çəkdiyinə görə cəncələ düşüb. Şamilin sözlərinə görə, dəstənin iri maliyyə əməliyyatlarını həyata keçirən Sabir Əliyev hər görüşlərində onu əmin edirmiş ki, bu işdə heç bir qanunsuzluq yoxdur: “Hər dəfə bankdan pul çıxarılanda mənə 10-20 manat civarında pul verirdilər. Mən isə adətən 500 min, bəzən bundan da artıq məbləğlərə imza atırdım. 2011-ci ildə həbs olunarkən məlum oldu ki, mənim 1 milyondan artıq vergi borcum var. İstintaq zamanı müstəntiqə dedim ki, axı mən 10-20 manatdan artıq pul almamışam bunun vergi borcu necə 1 milyon manatdan çox ola bilər? Mənə istintaq zamanı məlum oldu ki, aldadılmışam və adıma böyük şirkət açılaraq, maxinasiyalar olunub və məsuliyyət mənim ayağıma yazılıb. İstintaq zamanı mənim başıma bu oyunları açan şəxslərin adlarını açıqladım və bildirdim ki, Əmrah, Cəbrayıl, Şahoğlan və Kapital Bank ASC-nin «Rabitə» filialının müdiri Sabir müəllim məni bu oyuna salıblar. Lakin nədənsə onlar barəsində heç bir qanuni tədbir görülmədi. Bu zaman mən əmin oldum ki, həqiqətən də həmin mütəşəkkil dəstə üzvlərini yüksək səviyyədə himayə edənlər var”.

Sabir Əliyev həmin cinayətlərdə əlinin olduğunu təkzib etsə də, Şamili yalnız müştəri kimi tanıdığını desə də, ona türmədə yatdığı 2011-2016-cı illər arası maddi yardım göndərdiyini etiraf edib.

Etibarlı mənbə bildiriri ki, Sabir Əliyevin əvvəllər keçmiş spiker Rəsul Quliyevlə şərik “RUZİ” bankı olub. Rəsul Quliyevdən ayrılandan sonra bank və Sabir müflisləşib. Sabir Əliyev çevik hərəkət edərək bu dəfə “Texnikabank” rəhbəri Etibarın yardımı ilə qəddini düzəldə bilib.

Yaqub Eyyubovun ötən ilin sentyabr ayında Moskvada MDB İqtisadiyyat Şurasının iclası çərçivəsində Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan baş tutan ayaqüstü söhbətində erməni dilində sözlər işlətməsi isə əlahiddə mövzudur.

P.S. Növbəti sayımızda 1995 — ci ildə Gəncə alüminium zavodunda 6,5 milyon dollarlıq əməliyyatda alüminium və boksidin pulunun mənimsənilməsi və bu əməliyyatda Natiqin müəmmalı şəkildə öldürülməsi məsələsindən bəhs edəcəyik.

Dəryaz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19
Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17
Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14
Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13
Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
“Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05
Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01
Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59
Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53
USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49
"Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40
“Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38
Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36
"Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30
AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26
Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21
"Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34
Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30
Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00
Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52
Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50
Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45
Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42
İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37
İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30
“Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23
"AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21
Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18
SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14
"Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07
Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05
“Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03
"Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34
İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32
Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27
AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26
Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru