Rövnəq Abdullayevin adamına qarşı öz işçiləri şok faktları açıqladılar - «Neftqaztikinti» Trestində rəsmən talan var
Tarix: 8-07-2014, 12:53 | Çap et
![Rövnəq Abdullayevin adamına qarşı öz işçiləri şok faktları açıqladılar Rövnəq Abdullayevin adamına qarşı öz işçiləri şok faktları açıqladılar](/uploads/posts/2014-07/1404816845_0001.jpg) DİA.AZ: - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində fəaliyyət göstərən idarə və müəssisələrin bir çoxunda mütəmadi olaraq qanun pozuntuları aşkar edilir, işçilərin əmək hüquqları pozulur və ən əsası külli miqdarda vəsait büdcədən silinərək hansısa vəzifəli şəxslərin cibinə gedir. Bu barədə DİA.AZ-a daxil olan müraciətdə qeyd olunur. Özlərini ARDNŞ-in tabeliyində fəaliyyət göstərən və qanunsuzluğun pik həddə çatdığı idarələrdən birinin «Neftqaztikinti» Trestinin işçiləri kimi təqdim edən şəxslər diaaz.space-a olduqca maraqlı faktları açıqlayıblar..
Müraciətdə deyilir: “Məlumat üçün vurğulayaq ki, trest Xəzər dənizinin dərinliklərində və quruda neft-qaz yataqlarının abadlaşdırılması və neft-qaz hasilatının inkişaf etdirilməsinə xidmət göstərən vacib obyektlərin tikintisi məqsədilə ARDNŞ prezidentinin 12 mart 2007-ci il tarixli, 51 saylı və 14 mart 2007-ci il tarixli, 61 saylı əmrləri ilə 31 oktyabr 1949-cu ildə yaradılmış «Azərdənizneftinşaat» və 07 may 1979-cu ildə yaradılmış «Xəzərdənizneftqaztikinti» trestlərinin bazasında yaradılıb və həmin qurumların hüquqi varisidir.
Trest ölkənin bütün regionlarında, o cümlədən «Günəşli» və "Neft Daşları” yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və başqa adalarda və onların ətrafında müxtəlif sifarişçi təşkilatlar (o cümlədən ARDNŞ-nin digər təşkilatları) üçün podratçı bəzi işləri həyata keçirir. Əldə etdiyimiz məlumatlara görə, trestin fəaliyyətini nöqsanlarla zənginləşdirən şəxslərdən biri də Yol Tikinti Təmir İdarəsinin (YTTİ) rəisi Əlimirzə Adıgözəlovdur.
Qeyd edək ki, onun rəhbərlik etdiyi idarə Zığda, «Neft Daşları»nda, Çilov adasında və Səngəçalda yerləşən asfalt-beton qurğuları vasitəsilə hər növ asfalt-beton istehsalı, həmçinin "Neft Daşları”nda, Çilov adasında, Bakıda və Abşeron yarımadasında magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-beton örtüklənməsi işləri ilə məşğul olur. Əlimirzə Adıgözəlovun həyata keçirdiyi qeyri-qanuni işlərdən məlumatlı olan mənbənin bizə çatdırdığı bilgilərə görə, Yol Tikinti Təmir İdarəsinin balansında olan texnikalardan necə gəldi istifadə olunur: «İdarə rəisi dövlətin büdcəsini elə bir formada dağıdır ki, bunu təsəvvür etmək mümkün deyil. «Neftqaztikinti» Trestinin ən böyük idarələrindən birinə başçılıq edən rəis vəzifə səlahiyyətlərindən sui-istifadə edərək büdcəyə ziyan vurur.
İdarənin sərəncamında olan texnikalar üçün nəzərdə tutulan yanacaqlar birbaşa onun əli ilə silinir. Bəzi texnikalar var ki, onlar qeyri-işlək vəziyyətdədir, yəni istismar müddətini başa vurublar. İdarə rəhbəri isə həmin texnikaları sənəddə saz vəziyyətdə göstərərək yanacaq və ehtiyat hissələri alır. Həmin yanacaq və ehtiyat hissələri isə idarənin müxtəlif işçilərinin vasitəçiliyi ilə satılır. Təbii ki, əldə olunan gəlir rəisin özünə çatır. Müəssisənin balansında olan yollarda təmir-tikinti işləri aparılarkən ciddi yeyinti hallarına rast gəlinir.
Əgər hansısa əraziyə beş maşın asfalt lazımdırsa, bunu iyirmi maşın yazıb nələrsə əldə edirlər. Əlimirzə Adıgözəlov heç kimdən və heç nədən qorxub çəkinməyərək milyonlar qazanır. Texnikaların çoxu dizel yanacağı ilə işləyir. Rəis yanacağı satıb pulunu mənimsəyir. Bəzi texnikalar isə təyinatdan kənar istifadə olunur. İdarə rəhbəri həmin texnikaları müxtəlif şəxslərə icarəyə verərək əlavə gəlir qazanır».
«Neftqaztikinti» Trestinin müdiri Mirkazım Abbasov idarə rəisinin özbaşına əməllərindən xəbərdar olsa da, baş verən hadisələri seyr etməklə kifayətlənir. Çünki idarə müdiri ARDNŞ rəhbərliyində təmsil olunan bəzi şəxslərin adını çəkir, onların adamı olduğunu bildirir. Məhz bu səbəbdən də trest müdiri ona artıq bir söz demir. Amma təcili olaraq Əlimirzə Adıgözəlov cəzalandırılmasa, «Neftqaztikinti» Trestində daha böyük fəsadlar yaranacaq. Ümid edirik ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev adıçəkilən şəxs haqqında lazımi ölçü götürəcək”.
DİA.AZ olaraq qarşı tərəfin də fikirlərini öyrənməyə hazırıq.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
• Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01 |
|
|
|
• Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59 |
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
|